Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1968/2022 04.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2(075)-1132/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 193 (bir yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüzsəksən altı) manat alimentin tutularaq 17 fevral 2015-ci il təvəllüdlü X4 və 16 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 09 aprel 2014-cü il tarixdə Sabunçu rayon X6 qəsəbə bölməsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Onların birgə nikadan 17 fevral 2015-ci il təvəllüdlü X4 və 16 yanvar 2017-ci il təvəllüdlü X5 adlı iki övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan ailə münasibətləri pozulmuş və ayrılmışlar. Bundan sonra o, aliment tələbi ilə bağlı, həmçinin cavabdeh ona qarşı nikahın pozulması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 27 avqust 2020ci il tarixli 2(075)-1132/2020 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahlarından olan uşaqları onun himayəsində saxlanılmış, 17 fevral 2015-ci il təvəllüldlü X4 və 16 yanvar 2017-ci il təvəllüldlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 120 manat olmaqla, cəmi 240 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Artıq təyin olunmuş aliment hazırkı şəraitdə uşağın həyat fəaliyyətinin minimumu səviyyəsi üçün zəruri olan tələbatlarını təmin etmir. Həmin qətnamə qəbul olunandan sonra yaşayış minimum məbləği dəfələrlə artmışdır. Bundan əlavə bazar qiymətləri də artmış və nəticədə həmin məbləğ uşaqların təlabatının ödənilməsi üçün həddindən artıq azdır. Övladları günü gündən böyüyür və belə olan halda xərcləri də artır. Cavabdehin maddi vəziyyəti isə olduqca yaxşıdır. Cavabdeh onunla evli olduğu müddətdə həm qaynaqçı, həm də fərdi qaydada taksi sürücüsü işləməklə qazanc əldə etmişdir. Hal-hazırda uşaqla orta məktəbdə təhsil alırlar. Onların məktəbə gedib-gəlməsi üçün aylıq 40 manat olmaqla, taksi tutmuşdur. Uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Bildirmişdir ki, məhkəməyə müraciət etməmişdən qabaq “alimentin artırılması” tələbi ilə bağlı Mediasiya Şurasına müraciət etmişdir. Lakin 20 avqust 2022-ci il tarixində, 12:00 – 12:30 saatlarda keçirilmiş mediasiya sessiyasında aralarındakı mübahisənin həlli mümkün olmamışdır. Bununla bağlı 20 avqust 2022-ci il tarixli arayış verilmişdir. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və ya məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 27 fevral 2015-ci il tarixli, AZ-İİİ 494587 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 17 fevral 2015-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası Ağakişizadə (Nurəhmədova) Gültəkin Seyfullah qızıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 24 may 2017-ci il tarixli, AZ-İİİ 955210 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 16 yanvar 2017-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası Ağakişizadə (Nurəhmədova) Gültəkin Seyfullah qızıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(075)-1132/2020 saylı qətanaməsindən görünür ki, ilk iddianın qismən təmin edilməsi, 17 fevral 2015-ci il təvəllüdlü X4 və 16 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat alimentin tutularaq Ağakişizadə (Nurəhmədova) Gültəkin Seyfullah qızına verilməsi, aliment tutulmasının əvvəlinin 27 iyul 2020-ci il tarixdən hesablanması, qarşılıqlı iddianın təmin edilməsi, Ağakişizadə (Nurəhmədova) Gültəkin Seyfullah qızı ilə Cavabdeh arasında 09 aprel 2014-cü il tarixdə Sabunçu RQŞ-nin Maştağa qəsəbə bölməsində bağlanmış 89 nömrəli nikahın pozulması və tərəflərin birgə nikahdan olan uşaqları – 17 fevral 2015-ci il təvəllüdlü X4 və 16 yanvar 2017-ci il təvəllüdlü X1 anaları Ağakişizadə (Nurəhmədova) Gültəkin Seyfullah qızının yanında saxlanılması qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 11 yanvar 2022-ci il tarixli, AZ-İ 395695 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və Ağakişizadə (Nurəhmədova) Gültəkin Seyfullah qızı arasında bağlanmış nikahın Şəki Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli qətnaməsinə əsasən pozulması, akt qeydlər kitabında 03 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 20 avqust 2022-ci il tarixli, MŞŞ/1/-00318 nömrəli X3 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 20 avqust 2022-ci il tarixində 12:00-12:30 saatlarında keçirilməsi nəzərdə tutulan X3 iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Cavabdeh X3 iştirak etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(075)-1132/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 17 fevral 2015-ci il təvəllüdlü X4 və 16 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 17 fevral 2015-ci il təvəllüdlü X4 və 16 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəki Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(075)- 1132/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay, hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. 17 fevral 2015-ci il təvəllüdlü X4 və 16 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəki Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(075)-1132/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay, hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat məbləğində müəyyən edilsin və həmin aliment məbləği tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-1968/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1968/2022
04.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver