Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1981/2025 23.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, İddiaçı, Cavabdehlər X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər X2 və Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddia ərizəsinin tələbi, onunla bağlı izahat və etirazlar: İddiaçı cavabdehlər X2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona vurulmuş 1910 (min doqquz yüz on) manat məbləğində maddi zərərin və ödənilmiş 39,1 (otuz doqquz manat on qəpik) manat dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, “Ford Transit” yük markalı, **-UG-*** dövlət nömrə nişanlı avtomobil iddiaçının mülkiyyətindədir. xx.xx.2025- ci il tarixdə təxminən saat 21:30 radələrində Şəki şəhəri, Dağ dibi deyilən yolla üzü aşağı Qaz İdarəsi istiqamətinə Nəriman Nərimanov küçəsi ilə Ford markalı ** UG *** dövlət qeydiyyat nişanlı yük maşını ilə saatda 70 km surətlə hərəkətdə olarkən anidən qarşıma 3 (üç) baş iribuynuzlu (inək) heyvan qəfil qaçaraq asfalt örtüyə çıxdı. O, sürətini maksimum yavaşlatmış, lakin inəklərdən biri maşının üstünə qaçmış, yolun əks istiqamətindən başqa maşın gəldiyindən səbəbindən yolun əks istiqamətinə çıxa bilmədiyindən idarə etdiyi maşınla ehtiyatsızlıqdan 1 baş iribuynuzlu heyvanı (inək) vurmuşdur. Bundan sonra DİNnin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və bir qədər sonra polis əməkdaşlarının hadisə yerinə gəlmişlər. Həmin hadisə Azərbaycan Respublikası DİN-nin Şəki ŞRPŞ-nın Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X3 tərəfindən araşdırılmış və 22 iyun 2025-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin araşdırma aparılan zaman ibtidai istintaq orqanı toplanmış material ilə müəyyən etmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 21:30 radələrində Şəki şəhəri, Nəriman Nərimanov küçəsində İddiaçı idarə etdiyi Ford markalı ** UG *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkətdə olan zaman qabağına çıxmış 1 (bir) baş inəyi ehtiyyatsızlıqdan vurmuş, nəticədə 1 baş inək heyvan yerindəcə ölmüş, hər hansı bir şəxs xəsarət almamışdır. Buna baxmayaraq ölmüş heyvanın sahibi Cavabdeh2 əməlində Azərbaycan Respublikası İXM-nin 290.1.1-ci maddəsində ev heyvanlarının saxlanılması qaydasının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin qərara əsasən ölmüş heyvanın sahibi Cavabdeh2 inzibati məsuliyyətə cəlb olunması üçün qəbul edilmiş qərarın surəti şöbənin aidiyyəti xidmət sahəsinə göndərilməsi qərara alınmışdır. Göründüyü kimi hər iki cavabdehin təqsiri ucbatından mənə məxsus avtomobilə 1910 manat həcmində zərər dəymişdir. Məhkəmə iclasında İddiaçı iddia əizəsini müdafiə edərək, məhkəmədən təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehlər məhkəmə iclasında iddianı qəbul etmədilər. Cavabdeh2 bildirdi ki, inəklər ona məxsus olmuşdur. O, çətinliklə dolanır. Həmin mal-qaranı saxlamaqla ailəsinin ruzisini qazanır. Ona zərər dəymişdir. İnəklər nəzarətsiz olmamışdır. Onun heç bir ödəniş etməyə nə fikri, nə də ki imkanı yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş etdi. Digər Cavabdeh1 iddianı qəbul etmədiyini, qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə aşağıdakı sübutlara istinad edir: - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən məlum olur ki, “Ford Transit” yük markalı, **-UG-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı mülkiyyətindədir; - xx.xx.2025-ci il tarixli, CVN/İ 04-209/25 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus “Ford Transit” yük markalı, **-UG-*** dövlət nömrə nişanlı avtomobilə qəza nəticəsində dəymiş zərərin məbləği - işlər 775 manat, ehtiyat hissələri 1135 manat olmaqla, cəmi 1910 manat təşkil edir. Rəyə avtomobilin foyotları əlavə edilmişdir; - Şəki ŞRPŞ-nin xx.xx.2025-ci il tarixli, HK-1/1224 saylı cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yaşayan İddiaçı DİN-nin 102 xidmətinə zəng edərək Şəki şəhər, Nəriman Nərimanov küçəsində idarə etdiyi Ford markalı ** UG *** dövlət qeydiyyat nişanlı maşınla 1 (bir) baş iribuynuzlu heyvanı (inək) vurması barədə məlumat vermişdir. İzahatı alınmış İddiaçı vermiş olduğu izahatında özünə məxsus Ford markalı ** UG *** dövlət qeydiyyat nişanlı yük maşınını idarə etdiyini, xx.xx.2025-ci il tarixdə təxminən saat 21:30 radələrində Şəki şəhəri, dağ dibi deyilən yolla üzü asağı Qaz İdarəsi istiqamətinə yük maşını ilə saatda 70 km surətlə hərəkətdə olarkən anidən qarşısına 3 (üç) baş iribuynuzlu (inək) heyvanın qəfil qaçaraq asfalt örtüyə çıxdığını, o, sürətinin maksimum yavaşlatdığını, lakin inəklərdən birinin onun maşının üstünə qaçdığını,yolun əks istiqamətindən başqa maşının gəldiyi səbəbi ilə yolun əks istiqamətinə çıxa bilmədiyindən idarə etdiyi maşınla 1 baş iribuynuzlu (inək) vuraraq öldürdüyünü, həmin vaxt iribuynuzlu heyvanları aparan tanımadığı şəxsin digər 2 baş iribuynuzlu heyvanları aparıb getdiyini, bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək məlumat verdiyini və bir qədər sonra polis əməkdaşlarının hadisə yerinə gəldiyini bildirmişdir. Cavabdeh1 vermiş olduğu zahatında təsərrüfatında 2 baş iribuynuzlu heyvan olduğunu, həmin 2 baş iribuynuzlu heyvandan bir baş cins inəyi dövlətdən 3500 manat kredit yolu ilə həyat yoldaşı Cavabdeh2 adına aldığını, həmin inəkləri yaşadığı yerdə nəzarətlə otarıb axşam saatlarında yaşadıqları evin həyətyanı sahəsində olan tövləyə saldığını, həmişəki kimi xx.xx.2025-ci il tarixdə səhər saatlarında dağa otarmaq üçün apardığını, həmin tarixdə axşam saat 21: 30 radələrində geri qaytaran zaman Şəki şəhəri, Nəriman Nərimanov küçəsində asfalt örtükdən keçirən zaman Ford markalı ** UG *** dövlət qeydiyyat nişanlı yük maşını tərəfindən vurularaq tələf olunduğunu bildirmişdir. Cavabdeh2 əri Cavabdeh1 vermiş olduğu izahatı təsdiq edərək təsərrüfatlarında 2 baş iribuynuzlu heyvan olduğunu, həmin 2 baş iribuynuzlu heyvandan bir baş cins inəyi dövlətdən 3500 manata kredit yolu ilə öz adına aldığını, həmin inəkləri yaşadığı yerdə nəzarətlə əri Cavabdeh1 otarıb axşam saatlarında yaşadıqları evin həyətyanı sahəsində olan tövləyə saldığını, həmişəki kimi əri Cavabdeh1 xx.xx.2025-ci il tarixdə səhər saatlarında dağa otarmaq üçün apardığını, həmin tarixdə axşam saat 21: 30 radələrində geri qaytaran zaman Şəki şəhəri, Nəriman Nərimanov küçəsində asfalt örtükdən keçirən zaman harkalı ** UG *** dövlət qeydiyyat nişanlı yük maşını tərəfindən vurularaq tələf olduğunu bildirmişdir. Araşdırma zamanı toplanmış materialdan müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 21:30 radələrində Şəki şəhəri, Nəriman Nərimanov küçəsində X4 idarə etdiyi Ford markalı ** UG *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkətdə olan zaman qabağına çıxmış 1 (bir) baş inəyi ehtiyyatsızlıqdan vurmuş, nəticədə 1 baş inək heyvan yerindəcə ölmüş, hər hansı bir şəxs xəsarət almamışdır. Ölmüş heyvanın sahibi Cavabdeh2 əməlində Azərbaycan Respublikası İXM-in 290.1.1-ci maddəsində ev heyvanlarının saxlanılması qaydasının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Yekunda HK-1/ 1224 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, ölmüş heyvanın sahibinin müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün qəbul edilmiş qərarın surəti şöbənin aidiyyatı xidmət sahəsinə göndərilməsi qərara alınmışdır. - Şəki ŞRPŞ-nin xx.xx.2025-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-in 290.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat məbləğində cərimə edilmişdir. - Şəki ŞRPŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan aydın olur ki, xx.xx.2025-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar qüvvədədir. - Süni mayalanma haqqında məlumat vərəqəsindən görünür ki, Cavabdeh2 yerli cins sinək məxsusdur. - İş üzrə xx.xx.2025-ci il tarixdə dəymiş zərərin məbləğinin yenidən qiymətləndirilməsi məqsədilə ekspertzia təyin edilmiş, lakin qiymətləndiricinin xidmət haqqının ödənilməsindən imtina edildiyindən rəy verilməsi mümkün olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Azırbaycan Respublikası İXM-in: 290.1. İt, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına, yəni: 290.1.1. ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə; görə iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası MPM-in: 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh2 məxsus inəyin İddiaçı mülkiyyətində olan “Ford Transit” yük markalı, **-UG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə ziyan vurması faktının işdə olan yazılı sübutlar, tərəflərin izahatı ilə təsdiq edilir. Həmin hadisə ilə bağlı cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh2 Azərbaycan Respublikası İXM-in 290.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi maddi ziyanın vurulmasına səbəb olan heyvanın sahibinə yönəlmişdir. Heyvanın sahibi Şəlalə Süleymannzadə olmaqla, bu hüquqla bağlı qaldırılmış iddia üzrə cavabdeh də həmin şəxs hesab edilir. Məhz həmin hadisə ilə bağlı Cavabdeh2 inzibati məsuliyyətə cəlb edilmişdir. Cavabdeh1 tələbin yönəldilməli olduğu şəxs olmadığından iddia tələbi ona qarşı hissədə əsaslı deyildir. Qanunvericiliyə əsasən zərərin vurulması öhdəliyin əmələ gəlməsi əsaslarındandır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Hazırkı halda Cavabdeh2 təqsirli əməli onun inzibati məsuliyyətə cəlb edilməsi ilə təsdiq olunur. İşdəki sübutlara əsasən iddiaçı ona dəymiş zərərin məbləği ilə bağlı qiymətləndirici rəyi təqdim etmişdir. Həmin rəyinə qarşı cavabdeh ümumiyyətlə iddiaya etiraz etməklə kifayətlənmişdir. Hətta məhkəmə qiymətləndirici rəyinin yenidən alınması üçün təyin edilmiş ekspertizanın xidmət haqqını ödəmədiyindən rəy verilməsi mümkün olmamışdır. mümkün olmamışdır. Məhkəmə iddiaçının təqdim etdiyi qiymətləndirici rəyi ilə bağlı ziddiyyətli hal aşkar etməmişdir. Bunun əksini təsdiq edən heç bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh2 tərəfindən vurulmuş maddi ziyanı tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 vurulmuş 1910 (min doqquz yüz on) manat məbləğində maddi zərərin, ödənilmiş 39,1 (otuz doqquz manat biz qəpik) manat dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının əvəzi alınaraq İddiaçı ödənilməli, iddia Cavabdeh1 aid hissədə təmin edilməməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 77, 119, 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 vurulmuş 1910 (min doqquz yüz on) manat məbləğində maddi zərərin və ödənilmiş 39,1 (otuz doqquz manat biz qəpik) manat dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının əvəzi alınaraq İddiaçı ödənilsin. İddia Cavabdeh1 aid hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(075)-1981/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1981/2025
23.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver