Məhkəmə qərarları › İş №e-2(075)-1988/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1988/2025

27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1988/2025 27.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Hüryanova Şəbnəm Fərhad qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi Nümayəndə , Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 (on beş min) manat borcun və Şəki Regional Vəkil Bürosunun vəkili Nümayəndə ilə hüquqlarının müdafiəsi üçün bağlanılmış müqavilə üzrə ödənilmiş 400 (dörd yüz) manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Şəki sakini Cavabdeh ilə 19 mart 2025-ci il tarixdə borc müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən Cavabdeh 15000 (on beş min) manat pul vermiş, sonuncu həmin borc məbləğini 19 iyun 2025-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin müqavilədə göstərilən müddət bitdikdən sonra Cavabdeh borcunu qaytarmamış, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borcu ödəyəcəyini bildirsə də, borcun ödənilməsi istiqamətində hər-hansı real hərəkət etməmişdir. Yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, bu danışıqlar heç bir fayda verməmişdir və ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehlə aralarında barışıq əldə edilməmişdir. Cavabdeh onun kartına 1090 manat pul göndərmişdir. Lakin bunun hazırki mübahisə predmeti olan borc müqaviləsinə aidiyyəti yoxdur. Aralarında bundan başqa borc mübahisəsi olmuşdur və 1090 manat həmin borcu qaytarmaq məqsədilə verilmişdir. İddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh borcunu qaytarmamış, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borcu ödəyəcəyini bildirsə də, bu istiqamətdə hər-hansı real hərəkət etməmişdir. Dəfələrlə onunla və valideynləri ilə bu məsələ ilə bağlı əlaqə saxlanılsa da, borcun qaytarılması təmin edilməmişdir. 1090 manat pulun cavabeh tərəfindən iddiaçıya qaytarılmasına münasibətdə isə cavabdeh bununla bağlı əvvlki iclaslarda daha öncə məlumat verməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək və izahat verərək İddiaçı ona qarşı borc tələbinə dair iddiasını qəbul etdiyini bildirmişdir. Qeyd etmişdir ki, şəxsi ehtiyacları üçün iddiaçıdan 15000 manat borc götürmüşdür. Hal-hazırda imkanı zəif olduğu üçün pulu tam şəkildə qaytarmağa imkanı yetərli olmamışdır.Yaxın zamanda borcu hissə-hissə ödəyəcəkdir. İddiaçının özü ilə görüşüb mübahisəni öz aralarında həll etməyə çalışacaqdır. Bu mümkün olmadığı halda, məhkəmə tərəfindən iddianın təmin edilməsinə etiraz etməmişdir. O, 2025-ci ilin mart ayında iddiaçının kartına 1090 manat pul göndərmişdir. Aralarında başqa borc mübahisəsi olmamışdır və 1090 manat pulu iddiaçıya hazırda mübahisə predmeti olan borc müqaviləsi üzrə vermişdir. Ödədiyi 1090 manatın borc məbləğindən çıxılaraq, iddia tələbinin qalan hissəsinin təmin edilməsini xahiş etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 mart 2025-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında İddiaçı Cavabdeh 19 iyun 2025-ci il tarixədək qaytarnaq şərtilə 15000 manat məbləğində borc vermişdir. 11 iyul 2025-ci il tarixli, 153№-li arayışın surətindən görünür ki, İddiaçı hüquqlarının müdafiəsi üçün Şəki Regional Vəkil Bürosunun vəkili Nümayəndə ilə bağlanılmış 11 iyul 2025-ci il tarixli, EO-2010VK-27382/25 saylı hüquqi yardım göstərilməsi ilə bağlı müqavilənin şərtlərinə əsasən vəkilə göstərəcəyi xidmət müqabilində Şəki Regional Vəkil Bürosunun bank hesabına 400 manat ödəniş etmişdir. AA080515 seriya №-li, 03 dekabr 2003-cü il tarixli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki,1985-ci il təvəllüdlü İddiaçı 1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşmüşdür və hazırda Şəki şəhərində məskunlaşmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci mаddəsinə əsаsən öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətlərdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. 443.1-ci mаddəsinə əsаsən öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. 445.1.-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci mаddəsinə əsаsən əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dаxil оlаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. 739.1-ci mаddəsinə əsаsən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci mаddəsinə əsаsən bоrc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740-cı mаddəsinə əsаsən bоrc müqаviləsi şifаhi bаğlаnılır. Tərəflərin rаzılаşmаsı ilə yаzılı fоrmаdаn dа istifаdə edilə bilər. 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. 742.4. Bu Məcəllənin 742.2-ci maddəsində göstərilən müddət xəbərdarlığın alındığı vaxtdan hesablanır. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumundan azaddırlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 mart 2025-ci il tarixli borc müqaviləsinə əsasən iddiaçı cavabdehə 19 iyun 2025-ci il tarixədək qaytarmaq şərtilə 15000 manat məbləğində borc vermişdir. Cavabdeh isə borc məbləğini həmin tarixədək qaytarmaq öhdəliyini götürmüşdür. Lakin, müddət bitdikdən sonra pulu qaytarmayaraq öz öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək həmin borc məbləğindən 1090 manatını iddiaçıya qaytardığını bildirmiş, iddiaçı da izahatında bu faktı təsdiq etmişdir. İddia tələbinin hüquqi yardımla bağlı vəkilə ödənilmiş 400 (dörd yüz) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissə də işin mübahisəsiz halı kimi qəbul edilmişdir. Belə ki, iş materiallarında olan 11 iyul 2025-ci il tarixli, 153№-li arayışdan göründüyü kimi, İddiaçı hüquqlarının müdafiəsi üçün Şəki Regional Vəkil Bürosunun vəkili Nümayəndə ilə bağlanılmış 11 iyul 2025-ci il tarixli, EO-2010VK-27382/25 saylı hüquqi yardım göstərilməsi ilə bağlı müqavilənin şərtlərinə əsasən vəkilə göstərəcəyi xidmət müqabilində Şəki Regional Vəkil Bürosunun bank hesabına 400 manat ödəniş etmişdir. İş materiallarında olan AA080515 seriya №-li, 03 dekabr 2003-cü il tarixli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki,1985-ci il təvəllüdlü İddiaçı 1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşmüşdür və hazırda Şəki şəhərində məskunlaşmışdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumundan azaddırlar. Göründüyü kimi, iddiaçı məcburi köçkün statusunda olduğu üçün dövlət rüsumunun ödənilməsindən azad olmuşdur. Dövlət rüsumu haqqında qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən 143,73 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanları yekunlaşdıraraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 19 mart 2025-ci il tarixli borc müqaviləsinə əsasən 13910 manat və İddiaçı hüquqlarının müdafiəsi üçün Şəki Regional Vəkil Bürosunun vəkili Nümayəndə ilə bağladığı müqavilə üzrə ödənilmiş 400 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh 143,73 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. 19 mart 2025-ci il tarixli borc müqaviləsinə əsasən 13910 manat və İddiaçı hüquqlarının müdafiəsi üçün Şəki Regional Vəkil Bürosunun vəkili Nümayəndə ilə bağladığı müqavilə üzrə ödənilmiş 400 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 143,73 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar