Məhkəmə qərarları › İş №e-2(075)-1991/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1991/2022

11.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1991/2022 11.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 5585 manat borcun, digər Cavabdeh1 6015 manat borcun, ümumilikdə 11600 manat borcun və ödənilmiş 124,80 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı izahat verərək göstərmişdir ki, cavabdehlər Cavabdeh2 və onun atası Cavabdeh1 ilə bir müddət tanışlığı olmuşdur. Bildirmişdir ki, o, şirkətdə işləməklə gübrə alqı-satqısı ilə məşğul olur. Buna görə də dəfələrlə cavabdehlərə gübrə almaqda köməklik etmiş və cavabdehlər həmişə pulu vaxtında ödəmişlər. Göstərmişdir ki, 01 may 2022-ci il tarixdə Cavabdeh2 gübrə almaq üçün pulu olmadığını bildirmiş və ondan gübrə almaq üçün 8085 manat borc məbləğində pul istəmişdir. O isə cavabdehlə aralarında yaranan etibara inanıb Cavabdeh2 gübrə alması üçün şahidlər X7 və X2 iştirakları ilə 8085 manat məbləğində borc pul vermişdir. Həmçinin müqavilə yazıldıqdan sonra Cavabdeh2 ondan 600 manat əlavə borc istəmişdir. O da yenidən Cavabdeh2 600 manat əlavə borc vermişdir. Sadəcə olaraq 600 manat məbləğ alan zaman borc müqaviləsi elektron yazı olan kağız variantda hazırlandığı üçün Cavabdeh2 öz əli ilə aşağıdan əlavə olaraq 600 manat borc aldığını qeyd etmişdir. Ümumilikdə Cavabdeh2 8085 manat və əlavə olaraq 600 manat borc daxil olmaqla 8685 manat məbləğində borc pul vermişdir. Daha sonra Cavabdeh2 aldığı borcun 3100 manatın atası digər Cavabdeh1 ehtiyacı üçün aldığını bildirmiş, həmin pulun 3100 manatını borcdan çıxarılmasını xahiş etmiş, əlavə olaraq 3100 manatla bağlı atası Cavabdeh1 ona olduğu borca əlavə olunmasını xahiş etmişdir. O da razılaşaraq 01 may 2022-ci il tarixli aktda Fəxrəddindən 4985 manat borcu qaldığını qeyd etməsini bildirmişdir. Sadəcə olaraq Cavabdeh2 qeyd aparan zaman səhvən 4985 əvəzinə səhvən 4980 manat qeydini aparmış, o isə həmin qeydin 4985 manat əvəzinə 4980 manat yazmasına sonradan fikir vermişdir. Hazırda Cavabdeh2 ona 5585 manat borcu qalmışdır. Eyni zamanda digər Cavabdeh1 özü də ondan 1060 manat gübrə almaq üçün pul istəmiş, o isə cavabdehin etibarına inanıb, ona 1060 manat məbləğində borc vermişdir. Cavabdeh2 aldığı borcun 3100 manatının atasının ehtiyacı üçün aldığını bildirdiyini, həmin borcun atası Cavabdeh1 tərəfindən ödəniləcəyini sonuncuya bildirdikdə, Cavabdeh1 oğlu Fəxrədinin 3100 manat aldığı borcun həqiqətən ona görə alındığını qeyd etmiş, həmin pulu da özü ödəyəcəyini bildirmişdir. Buna görə də o, yenidən bu barədə qeydləri 01 may 2022-ci il tarixli borc müqaviləsində yazmasını xahiş etmiş, Cavabdeh1 də öz növbəsində 3100 manat borcun borc alması ilə bağlı öhdəliyi öz üzərinə götürüb müqavilənin aşağısında müvafiq qeydləri yazmış və imzalamışdır. Daha sonra Cavabdeh1lə 26 iyun 2022-ci il tarixdə görüşüb pulu niyə ödəmədiyini soruşduqda o, borcu ödəyəcəyini əlavə olaraq işləri dayanmasın deyə 1000 manat pula ehtiyacı olduğunu bildirmişdir. O isə yenədə cavabdehin səmimiliyinə inanıb əlavə 1000 manat məbləğində borc vermiş və bu barədə Cavabdeh1lə aralarında bağlanan 01 may 2022-ci il tarixli borc müqaviləsinin aşağısında bu barədə Cavabdeh1 öz imzası və yazısı ilə qeydlər yazmasını xahiş etmişdir. Cavabdeh1 borcunun etirafı barədə müqavilənin sonunda qeydləri yazaraq borcunu öz yazısı və imzası ilə yazıb təsdiq etmişdir. Daha sonra gübrə almaq üçün əlavə olaraq 915 manat ondan pul almışdır ki, gübrə almağa köməklik etməsə, əkdikləri tütün məhv olacaq və ona olan digər borcların ödənməsi gecikəcəkdir. Bu səbəbdən məcbur olaraq əlavə Məhyəddinə 915 manat yenidən pul vermişdir. Hazırda Cavabdeh1 ona 6015 manat borcu vardır. Bildirmişdir ki, cavabdehlərin borcu olduğu müqavilələri öz imzaları ilə təsdiqlədiyi zaman cavabdehlərin özlərinin də xəbəri ola-ola video çəkiliş aparmış və cavabdehlər tərəfindən borclarını təsdiq etməsinə dair müqavilə, akt və imzalarını əlavə olaraq təsdiq edən video çəkilişləri “CD” disk formasında saxlamışdır. Həmçinin cavabdehlərdən Cavabdeh1 855 manat borcunu etiraf etməsi borc müqaviləsində əks olunmadığı üçün əlavə olaraq xx.xx.2022-ci il tarixli mövcud borcun etirafı barədə mücərrəd müqavilə hazırlamış, Cavabdeh1 təqdim etmiş, o isə öz növbəsində videoçəkiliş altında, şahidlər X4 və X11 iştirakları ilə tam olaraq 6015 manat borcu olduğunu etiraf etmişdir. Digər Cavabdeh2 evdə olmadığı üçün mücərrəd müqaviləyə o, qol çəkməməmişdir. Lakin Cavabdeh2 tam olaraq 5585 manat borcu olması barədə etirafı videoçəkiliş altında imzaladığı xx.xx.2022-ci il tarixli borc müqaviləsi və şahid etirafları ilə sübuta yetirilir. Hazırda Cavabdeh2 ona ümumilikdə 5585 manat borcu, digər Cavabdeh1 isə ümumikdə 6015 manat borcu vardır. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X9 izahat verərək göstərmişdir ki, hazırki mülki iş üzrə tərəfləri tanıyır. Bildirmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında 12 avqust 2022-ci il tarixli müqavilə bağlanmasından xəbəri vardır. Həmin müqavilə tərəflər arasında imzalanan zaman o da onların yanında olmuşdur. Müqaviləyə əsasən Cavabdeh1 gübrə almaq üçün İddiaçı 6015 manat məbləğdə borc almasını etiraf etmişdır. Müqavilə imzalanan zaman o və Əli də orada olmuşdur. Həmin müqavilə Cavabdeh1 yaşadığı Şəki rayonu, Şorsu kəndində onlara məxsus evin həyətində bağlanmışdır. Həmin an telefonla çəkilmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X5 izahat verərək göstərmişdir ki, hazırki mülki iş üzrə tərəfləri tanıyır. Bildirmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında 01 may 2022-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə o da imza çəkmişdir. Qeyd olunan müqaviləyə əsasən Cavabdeh2 gübrə almaq üçün İddiaçı 8085 manat məbləğində borc pul almışdır. Sonradan Cavabdeh2 borcunun bir qismi Cavabdeh1 hesabına keçirilməsi ilə bağlı razılıq əldə edilmişdir. Həmçinin sonradan Cavabdeh2 Elşaddan əlavə 600 manat da borc pul almışdır. Hazırda Cavabdeh2 Elşada 5585 manat məbləğdə borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X12 da şahid X3 izahatına oxşar məzmunda izahat vermişdir. İşdə olan 01 may 2022-ci il tarixli aktdan görünür ki, İddiaçı Cavabdeh2 şahid X12 və X3 iştirakı ilə 8.085 manat məbləğində borc pul vermişdir. Həmin aktın aşağı hissəsində Cavabdeh2 öz əlyazma xətti ilə 4980 manat borcunun olduğunu və əlavə 600 manat borc aldığını qeyd etmişdir. İşdə olan 12 avqust 2022-ci il tarixli mücərrəd müqavilədən görünür ki, Cavabdeh1 01 may 2022-ci il tarixli borc müqaviləsinə əsasən 6015 manat borcu İddiaçı xx.xx.2022-ci il tarixdə ödəmək şərti ilə aldığını etiraf etmişdir. Hazırda xx.xx.2022-ci il tarixdə İddiaçı 6015 manat borcu qaldığını qeyd etmişdir. Qeyd olunan borcu xx.xx.2022-ci il tarixə qədər qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan CD diskdəki video görüntülərdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 İddiaçı borc aldıqlarını təsdiq edən müqavilələrə imza atmışlar. Məhkəmə iclasında tərəflərin izahatları nəticəsində müəyyən edildi ki, İddiaçı Cavabdeh2 8085 manat borc pul vermişdir. Lakin sonradan aralarındakı razılaşmaya əsasən həmin pulun 3100 manatı Fəxrəddinin atası Məhyədinə verildiyi üçün həmin 3100 manat Məhyəddinlə Elşad arasında Məhyəddinin borcu kimi qiymətləndirilərək yazılı əqd bağlanmışdır. Sonradan Cavabdeh2 əlavə olaraq iddiaçıdan 600 manat borc da almışdır. Daha sonra Cavabdeh2 qeyd olunan borc məbləğinin 3100 manatını atası Cavabdeh1 üçün aldığını bildirmiş və 01 may 2022-ci il tarixli aktda İddiaçı 4980 manat borcu olduğunu qeyd etmişdir. Cavabdeh1 digər Cavabdeh2 aldığı 3100 manat borcun ona aid olduğunu iddiaçıya bildirmiş, bundan əlavə iddiaçıdan 2915 manat məbləğlərdə borc almışdır. İşdə olan 01 may 2022-ci il tarixli aktla müəyyən olunur ki, Cavabdeh2 iddiaçıya 5585 deyil, 5580 manat borcu vardır. Həmçinin işdə olan 12 avqust 2022-ci il tarixli mücərrəd müqavilə ilə müəyyən olunur ki, Cavabdeh1 iddiaçıya 6015 manat borcu vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Buna görə də onlar arasındakı münasibətlərə borc müqaviləsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə pulludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (pul verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (pul alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (pul alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində pul verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul pul verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, pul müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Ödənilmiş 124,80 manat dövlət rüsumunun 56.20 manatı Cavabdeh2, 68.40 manatı isə Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh2 cəmi 5580 (beş min beş yüz səksən) manat borc pul, digər Cavabdeh1 isə 6015 (altı min on beş) manat borc pul alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 cəmi 5580 (beş min beş yüz səksən) manat borc pul, digər Cavabdeh1 isə 6015 (altı min on beş) manat borc pul alınaraq İddiaçı verilsin. Ödənilmiş 124,80 manat dövlət rüsumunun 56.20 manatı Cavabdeh2, 68.40 manatı isə Cavabdeh1 alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar