Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1996/2023 27.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, SKLMB-09766 saylı kredit müqaviləsi üzrə kreditə görə 3127,3 manat əsas, 195,88 manat faiz, 156,32 manat cərimə borcu olmaqla, cəmi 3479,5 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 54,8 manat vəsaitin tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş setka üzük - 1 ədəd, çəkisi – 4,8 qr, əyarı – 583; sepli qadın saatı - 1 ədəd, çəkisi – 14,2 qr,əyarı – 583; qaşlı boyunbağı - 1 ədəd, çəkisi – 14,8 qr, əyarı – 585; paxlava biləzik - 1 ədəd, çəkisi – 4,3 qr, əyarı – 585; qaşlı üzük - 1 ədəd, çəkisi – 4,1 qr, əyarı – 585; kişi üzüyü - 1 ədəd, çəkisi – 6,1 qr, əyarı – 583; nişan üzüyü - 1 ədəd, çəkisi – 4,9 qr, əyarı – 750; qaşlı boyunbağı - 1 ədəd, çəkisi – 11,6 qr, əyarı – 583; komplekt - 1 ədəd, çəkisi – 12,2 qr, əyarı – 583; məftil boyunbağı - 1 ədəd, çəkisi – 15 qr, əyarı – 583; cəmi 92 qr. qızıl-zinət əşyalarına yönəldilməsi, bu əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2022-ci il tarixli, SKLMB- 09766 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 3479,5 manat pul və dövlət rüsumu kimi ödənilmiş 54,8 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il tarixli, SKLMB- 09766 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh qalan borcun ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 22 avqust 2023-cü il tarixdə məhkəməyə daxil olmuş, mülki işin məhkəmə hazırlıq iclası bugünə, yəni 27 sentyabr 2023-cü il tarixə, 11:30-a təyin edilmişdir. Lakin 13 sentyabr 2023-cü il tarixdə iddiaçı «Rabitəbank” ASC məhkəməyə elektron ərizə göndərərək hazırki iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. İddiaçı ASC-nin ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli, 12 saylı Qərarının 5-ci bəndində göstərilmişdir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” İddiaçı «Rabitəbank” ASC-nin iddia ərizəsi ilə bağlı ödəmiş olduğu 54.80 manat rüsum onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı «Rabitəbank” ASC-nə yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. İddiaçı «Rabitəbank” ASC-nin ərizəsi ilə bağlı ödəmiş olduğu 54.80 manat rüsumü dövlət büdcəsindən onun özünə qaytarılsın Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1996/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1996/2023
27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver