Məhkəmə qərarları › İş №e-2(075)-1997/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1997/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1997/2023 06.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Bəkirov Yusif Şücaət oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pulun tutulmasına, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, SKLMB-07949 saylı kredit müqaviləsi üzrə kreditə görə 1112,99 manat əsas borc, 72,93 manat faiz borcu, 174,69 manat cərimə borcu olmaqla, cəmi 1360,61 manat borcun və ödənilmiş 33,61 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh məxsus olan girov qoyulmuş çəkisi 7,2 qr, əyarı 880 olan 1 ədəd Güllü lirə, çəkisi 2,5 qr, əyarı 583 olan 1 ədəd qırmızı qaş üzük, çəkisi 3,3 qr, əyarı 583 olan 1 ədəd qadın saatı, çəkisi 3,1 qr, əyarı 583 olan 1 ədəd qaşsız kalso, çəkisi 4,3 qr, əyarı 585 olan 1 ədəd tros sep, çəkisi 3,1 qr, əyarı 585 olan 1 ədəd kordinal sep, çəkisi 22,2 qr, əyarı 585 olan 1 ədəd qarnitur dəsti, çəkisi 5,6 qr, əyarı 585 olan 1 ədəd nişan üzüyü, çəkisi 6,2 qr, əyarı 750 olan 1 ədəd kişi üzüyü olmaqla, cəmi çəkisi 57,5 qr olan qızıl-zinət əşyalarına yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2021-ci il tarixli, SKLMB-07949 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 1360,61 manat borcun və ödənilmiş 33,61 manat dövlət rüsumunun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2021-ci il tarixli, SKLMB-07949 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh qalan borcun ümumi qaydada tutulması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Şəki” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SKLMB- 07949 saylı kredit müqaviləsinə əsasən illik 30% dərəcəsi olmaqla 24 ay müddətinə 3050 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, SKLMB-07949 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli, SKLMB-07949 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 1112,99 manat əsas, faiz borcuna görə 72,93 manat, cərimə borcuna görə 174,69 manat, borcun cəmi məbləği 1360,61 manat təşkil edir. xx.xx.2021-ci il tarixli, SKLMB-07949 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2021-ci il tarixli, SKLMB-07949 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2021-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASCnin “Şəki” filialına saxlanca verilmiş və çəkisi 7,2 qr, əyarı 880 olan 1 ədəd Güllü lirə, çəkisi 2,5 qr, əyarı 583 olan 1 ədəd qırmızı qaş üzük, çəkisi 3,3 qr, əyarı 583 olan 1 ədəd qadın saatı, çəkisi 3,1 qr, əyarı 583 olan 1 ədəd qaşsız kalso, çəkisi 4,3 qr, əyarı 585 olan 1 ədəd tros sep, çəkisi 3,1 qr, əyarı 585 olan 1 ədəd kordinal sep, çəkisi 22,2 qr, əyarı 585 olan 1 ədəd qarnitur dəsti, çəkisi 5,6 qr, əyarı 585 olan 1 ədəd nişan üzüyü, çəkisi 6,2 qr, əyarı 750 olan 1 ədəd kişi üzüyü olmaqla, cəmi çəkisi 57,5 qr olan qızıl-zinət əşyalarından ibarətdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SKLMB-07949 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Qeyd olunanlara əsasən cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyi üçün xx.xx.2021-ci il tarixli, SKLMB-07949 saylı kredit müqaviləsi üzrə kreditə görə 1112,99 manat əsas, faiz borcuna görə 72,93 manat, cərimə borcuna görə 174,69 manat, borcun cəmi məbləği 1360,61 manat pul tutulmalıdır, tələb girov predmetləri olan adları yuxarıda çəkilən qızıl-zinət əşyalarına yönəldilməlidir, girov predmetləri satıldıqdan sonra əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə yetərli olmazsa, qalan məbləğ borcludan tutulmalıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə 06 noyabr 2023cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq işə iştirakları olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 30 noyabr 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh illik 30 % (otuz) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 3050 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 3050 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 24 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 16 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 30 noyabr 2021-ci il tarixli, SKLMB- 07949 saylı kredit müqaviləsi üzrə 15 avqust 2023-cü il tarixə 1112,99 manat əsas, 72,93 manat faiz, 174,69 manat cərimə, cəmi 1360,61 manat borcu vardır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 30 noyabr 2021-ci il tarixli, SKLMB-07949 saylı girov müqaviləsindən görünür ki, Cavabdeh ona məxsus olan çəkisi 7,2 qr, əyarı 880 olan 1 ədəd Güllü lirə, çəkisi 2,5 qr, əyarı 583 olan 1 ədəd qırmızı qaş üzük, çəkisi 3,3 qr, əyarı 583 olan 1 ədəd qadın saatı, çəkisi 3,1 qr, əyarı 583 olan 1 ədəd qaşsız kalso, çəkisi 4,3 qr, əyarı 585 olan 1 ədəd tros sep, çəkisi 3,1 qr, əyarı 585 olan 1 ədəd kordinal sep, çəkisi 22,2 qr, əyarı 585 olan 1 ədəd qarnitur dəsti, çəkisi 5,6 qr, əyarı 585 olan 1 ədəd nişan üzüyü, çəkisi 6,2 qr, əyarı 750 olan 1 ədəd kişi üzüyü olmaqla, cəmi çəkisi 57,5 qr olan qızıl-zinət əşyalarını İddiaçı ASC-nə kredit müqavilində girov qoymuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 30 noyabr 2021-ci il tarixli, SKLMB-07949 saylı saxlanc girovun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair aktın surətindən görünür ki, çəkisi 7,2 qr, əyarı 880 olan 1 ədəd Güllü lirənin, çəkisi 2,5 qr, əyarı 583 olan 1 ədəd qırmızı qaş üzüyün, çəkisi 3,3 qr, əyarı 583 olan 1 ədəd qadın saatının, çəkisi 3,1 qr, əyarı 583 olan 1 ədəd qaşsız kalsonun, çəkisi 4,3 qr, əyarı 585 olan 1 ədəd tros sepin, çəkisi 3,1 qr, əyarı 585 olan 1 ədəd kordinal sepin, çəkisi 22,2 qr, əyarı 585 olan 1 ədəd qarnitur dəstinin, çəkisi 5,6 qr, əyarı 585 olan 1 ədəd nişan üzüyünün, çəkisi 6,2 qr, əyarı 750 olan 1 ədəd kişi üzüyünün bazar dəyəri 5026,34 manat təşkil edir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh ilə arasında bağlanmış 30 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 30 % (otuz) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 3050 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında cavabdeh kreditin ona hesablanmış faizləri ilə birlikdə ödənilməsini üzərinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh ilə bağlanmış 30 noyabr 2021-ci il tarixli, SKLMB-07949 saylı girov müqaviləsinə əsasən cavabdehə məxsus olan çəkisi 7,2 qr, əyarı 880 olan 1 ədəd Güllü lirə, çəkisi 2,5 qr, əyarı 583 olan 1 ədəd qırmızı qaş üzük, çəkisi 3,3 qr, əyarı 583 olan 1 ədəd qadın saatı, çəkisi 3,1 qr, əyarı 583 olan 1 ədəd qaşsız kalso, çəkisi 4,3 qr, əyarı 585 olan 1 ədəd tros sep, çəkisi 3,1 qr, əyarı 585 olan 1 ədəd kordinal sep, çəkisi 22,2 qr, əyarı 585 olan 1 ədəd qarnitur dəsti, çəkisi 5,6 qr, əyarı 585 olan 1 ədəd nişan üzüyü, çəkisi 6,2 qr, əyarı 750 olan 1 ədəd kişi üzüyü olmaqla, cəmi çəkisi 57,5 qr olan qızıl-zinət əşyaları İddiaçı ASC-nin xeyrinə girov qoyulmuşdur. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən pulun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı ASC-nin cavabdehlərə qarşı hazırkı iddia tələbinin 174,69 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 298.1ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür: 298.1.1. girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; 298.1.2. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; 298.1.3. girov saxlayanın tələblərinin ödənilməsinə; 298.1.4. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1, 295, 279, 298.1, 298.2, 467-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1112,99 manat əsas borc, 72,93 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 1235,92 manat borc və ödənilmiş 33,61 manat dövlət rüsumu tutulmalı, tutma Cavabdeh məxsus olan girov qoyulmuş çəkisi 7,2 qr, əyarı 880 olan 1 ədəd Güllü lirə, çəkisi 2,5 qr, əyarı 583 olan 1 ədəd qırmızı qaş üzük, çəkisi 3,3 qr, əyarı 583 olan 1 ədəd qadın saatı, çəkisi 3,1 qr, əyarı 583 olan 1 ədəd qaşsız kalso, çəkisi 4,3 qr, əyarı 585 olan 1 ədəd tros sep, çəkisi 3,1 qr, əyarı 585 olan 1 ədəd kordinal sep, çəkisi 22,2 qr, əyarı 585 olan 1 ədəd qarnitur dəsti, çəkisi 5,6 qr, əyarı 585 olan 1 ədəd nişan üzüyü, çəkisi 6,2 qr, əyarı 750 olan 1 ədəd kişi üzüyü olmaqla, cəmi çəkisi 57,5 qr olan qızıl-zinət əşyalarına yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 30 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə borcu və dövlət rüsumu kimi ödənilmiş 33,61 manat məbləğində pul ödənilməli, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 30 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə pulun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1112,99 manat əsas borc, 72,93 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 1235,92 manat borc və ödənilmiş 33,61 manat dövlət rüsumu İddiaçı ASCnin xeyrinə tutulsun. Tutma Cavabdeh məxsus olan girov qoyulmuş çəkisi 7,2 qr, əyarı 880 olan 1 ədəd Güllü lirə, çəkisi 2,5 qr, əyarı 583 olan 1 ədəd qırmızı qaş üzük, çəkisi 3,3 qr, əyarı 583 olan 1 ədəd qadın saatı, çəkisi 3,1 qr, əyarı 583 olan 1 ədəd qaşsız kalso, çəkisi 4,3 qr, əyarı 585 olan 1 ədəd tros sep, çəkisi 3,1 qr, əyarı 585 olan 1 ədəd kordinal sep, çəkisi 22,2 qr, əyarı 585 olan 1 ədəd qarnitur dəsti, çəkisi 5,6 qr, əyarı 585 olan 1 ədəd nişan üzüyü, çəkisi 6,2 qr, əyarı 750 olan 1 ədəd kişi üzüyü olmaqla, cəmi çəkisi 57,5 qr olan qızıl-zinət əşyalarına yönəldilsin, həmin əmlaklar açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 30 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə qalmış 1235,92 manat borcu və dövlət rüsumu kimi ödənilmiş 33,61 manat pul ödənilsin. Girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 30 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə pulun ödənilməsi üçün yetərli olmazsa qalan məbləğ Cavabdeh tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar