Məhkəmə qərarları › İş №e-2(075)-201/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-201/2023

09.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-201/2023 09.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı "xxxx" X1 Cavabdeh qarşı “vurulmuş maddi zərər” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisyə dəymiş maddi ziyandan ödənilməmiş 3741,60 manat pul vəsaiti və xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş maddi ziyandan ödənilməmiş 1351 manat pul vəsaiti olmaqla, cəmi 5092.60 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı "xxxx" X1 xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə “X5” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə müəssisəyə məxsus 2 ədəd “Polerma” tipli işıq dirəyini sıradan çıxararaq xx.xx.2021-ci il tarixli hadisə üzrə müəssisəyə 6448 (altı min dörd yüz qırx səkkiz) manat, xx.xx.2022-ci il tarixli hadisə üzrə 6351 (altı min üç yüz əlli bir) manat məbləğində maddi ziyan yetirmişdir. Hər iki hadisə ilə bağlı Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP 4038434, İXP ******* saylı İnzibati xəta haqqında protokollara və TP 4451467, TP5108619 saylı İnzibati tənbeh vermə haqqında qərarlara əsasən hər iki yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. xx.xx.2021-ci il tarixli hadisə baş verən zaman Cavabdeh tərəfindən idarə edilən “X5” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də, xx.xx.2022-ci il tarixli hadisə baş verən zaman isə "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən xx.xx.2021-ci il tarixli hadisə üzrə "xxxx" tərəfindən mütənasib qaydada 2706.40 manat, xx.xx.2022-ci il tarixli hadisə üzrə isə «Xalq Sığorta” ASC tərəfindən Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X1 bank hesabına 5000 (beş min) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Hesab edir ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 6448 (altı min dörd yüz qırx səkkiz) manat məbləğində maddi ziyandan ödənilməmiş 3741,60 (beş yüz yetmiş dörd manat əlli qəpik) manat və xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 6351 (altı min üç yüz əlli bir) manat məbləğində maddi ziyandan ödənilməmiş 1351 (bir min üç yüz əlli bir) manat, cəmi 5092.60 (beş min doxsan iki manat 60 qəpik) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq "xxxx" X4 ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün Müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. İddiaçı "xxxx" X3 və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" X3 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçı "xxxx" X3 08 avqust 2023-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmada keçirilməsi, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin Cavabdeh da 07 avqust 2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının vaxtının uzadılması və başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, hazırki mülki işin iclasının təxirə salınmasına və uzadılmasına lüzum yoxdur. Belə ki, iş üzrə ikinci məhkəmə baxış iclası təyin edilmişdir, həmçinin cavabdeh mülki işin başqa vaxta təxirə salınması səbəbi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək göstərmişdir ki, 26 iyun 2021-ci il və 30 iyun 2022-ci il tarixlərdə yol nəqliyyat hadisələri baş vermişdir. Həmin qəzalara görə o, inzibati məsuliyyətə cəlb edilmiş, barəsində qəbul edilmiş TP ******* saylı, 26 iyun 2021-ci il tarixli və TP ******* saylı, 03 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlara əsasən İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Bildirmişdir ki, iddiaçı müəssisəyə dəymiş maddi ziyanın bir hissəsi sığorta şirkətləri tərəfindən ödənilmişdir. Qalan 5000 manat məbləğində maddi ziyanı isə özü ödəmişdir. Növbəti məhkəmə iclasında qəbzləri təqdim edəcəyini qeyd etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İXP ******* nömrəli 26 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş TP ******* saylı, 26 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsinin tələblərini pozduğuna görə 40 manat məbləğdə cərimə edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 24 noyabr 2021-ci il tarixli, İ-1871/21 nömrəli sığorta ödənişi aktından görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat haqdisəsi nəticəsində Cavabdeh tərəfindən vurulmuş 6448 manat məbləğində zərərə görə 2706,40 manat məbləğdə sığorta ödənişi edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş smetadan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində “Ford” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş dirəyin bərpasına sərf olunan xərc 6448 manat təşkil edir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İXP ******* nömrəli 03 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş TP ******* saylı, 03 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsinin tələblərini pozduğuna görə 40 manat məbləğdə cərimə edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş PXA113243 nömrəli sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat haqdisəsi nəticəsində Cavabdeh tərəfindən vurulmuş 6351 manat məbləğində zərərə görə 5000 manat məbləğdə sığorta ödənişi edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş smetadan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində “Ford” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş dirəyin bərpasına sərf olunan xərc 6351 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Əmtəəşünaslıq ekspertizasının 06 aprel 2023-cü il tarixli, 9/434 nömrəli rəyindən görünür ki, Respublikada yerləşən ticarət şəbəkələrində mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara, eləcə də iş materiallarında olan "xxxx" X3 tərəfindən tərtib edilmiş Aktlara əsasən 2 ədəd “Palermo” markalı 2 çıraqlı işıq dirəklərinin orta bazar qiyməti ilə ümumi dəyəri 12799 (6448 + 6351) manat müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə tikinti-texniki ekspertizasının 04 may 2023-cü il tarixli, 10/365 nömrəli rəyindən görünür ki, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə baş vermiş yol nəqliyyat hadisələri nəticəsində "xxxx" X2 məxsus 2 ədəd “Polerma” tipli işıq diyərinin aşması nəticəsində tikinti üzrə dəymiş ziyanın məbləği təqribən 120 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin “zərərvurmuş şəxsə qarşı reqress hüququ” adlanan 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclası və işin təhlili zamanı müəyyən olundu ki, Cavabdeh 26 iyun 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı "xxxx" X2 məxsus olan “Polerma” tipli işıq dirəyinə zərər vurmuş və nəticədə iddiaçı "xxxx" X2 6448 manat məbləğində maddi zərər dəymişdir. Bundan başqa cavabdeh tərəfindən 30 iyun 2022-ci il tarixdə törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı "xxxx" X2 6351 manat məbləğində maddi ziyan dəymişdir. Həmin qəza hadisələrinə görə cavabdeh inzibati məsuliyyətə cəlb edilmiş, barəsində qəbul edilmiş TP ******* saylı, 26 iyun 2021-ci il tarixli və TP ******* saylı, 03 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlara əsasən İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğdə cərimə edilmişdir. İş materialları ilə müəyyən olunur ki, 6448 manat məbləğində zərərə görə 2706,40 manat məbləğdə sığorta ödənişi edilmiş və 6351 manat məbləğində zərərə görə 5000 manat məbləğdə sığorta ödənişi edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş qalan zərər məbləğləri isə ödənilməmiş qalmışdır. Bununla da Cavabdeh təqsirli hərəkətləri nəticəsində "xxxx" X2 maddi ziyan vurulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh məhkəmə iclasında iddiaçı "xxxx" X2 ödənilməli olan 5000 manat məbləğində maddi ziyanı ödədiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunaraq Cavabdeh 26 iyun 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" X2 dəymiş maddi ziyandan ödənilməmiş 3741,60 manat pul vəsaiti və 30 iyun 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" X2 dəymiş maddi ziyandan ödənilməmiş 1351 manat pul vəsaiti olmaqla, cəmi 5092.60 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" X2 ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hazırkı iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və ona görə də təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 26 iyun 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" X2 dəymiş maddi ziyandan ödənilməmiş 3741,60 manat pul vəsaiti və 30 iyun 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" X2 dəymiş maddi ziyandan ödənilməmiş 1351 manat pul vəsaiti olmaqla, cəmi 5092.60 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" X2 ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar