Məhkəmə qərarları › İş №e-2(075)-2015/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2015/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2015/2024 17.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSCnin xeyrinə xx.xx.2021-ci il tarixli 009A********** saylı kredit razılaşması üzrə 2929.96 (iki min doqquz yüz iyirmi doqquz manat doxsan altı qəpik) manat məbləğində kredit bоrcu, 531 (beş yüz otuz bir) manat məbləğində faiz bоrcu və 200.86 (iki yüz manat səksən altı qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3661.82 (üç min altı yüz altmış bir manat səksən iki qəpik) manat, xx.xx.2021-ci il tarixli 009KK**********01 saylı kart kredit müqaviləsi üzrə 932.12 (doqquz yüz otuz iki manat on iki qəpik) manat məbləğində kredit bоrcu, 42.75 (qırx iki manat yetmiş beş qəpik) manat məbləğində faiz bоrcu və 796.31 (yeddi yüz doxsan altı manat otuz bir qəpik) manat məbləğində cərimə olmaqla, 2 (iki) kredit razılaşması üzrə ümumilikdə cəmi 5433 (beş min dörd yüz otuz üç) manat məbləğində bоrcun və ödənilmiş 74.33 (yetmiş dörd manat otuz üç qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı QSC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə İddiaçı QSC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2021-ci il tarixdə bağladığı 009A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.75% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit götürmüşdür. Bundan başqa xx.xx.2021-ci il tarixdə bağladığı 009KK**********01 saylı kart kredit müqaviləsiəsasında aylıq faiz dərəcəsi 2.0833 % оlmaqla 36 ay müddətinə, kart kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1000 (min) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 2070.04 manat ödəniş etmiş və оnun iddiaçıya 2929.96 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə xx.xx.2021-ci il tarixli 009A********** saylı kredit razılaşması üzrə 414 gün üçün hesablanmış faiz borcu 531 manat, 009KK**********01 saylı kart kredit müqaviləsi üzrə 893 gün üçün heasblanmış faiz borcu 42.75 manat təşkil edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materriallarında olan xx.xx.2021-ci il tarixli 009KK**********01 saylı İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün aylıq faiz dərəcəsi 2.0833 % оlmaqla 36 ay müddətinə, kart kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1000 (min) manat məbləğində kredit xətti açılmışdır. xx.xx.2021-ci il tarixli 009A**********saylı İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün aylıq faiz dərəcəsi 1.75% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit xətti açılmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı QSC-yə xx.xx.2021-ci il tarixli 009KK**********01 saylı kredit müqaviləsinə əsasən 932.12 (doqquz yüz otuz iki manat on iki qəpik) manat məbləğində kredit bоrcu, 42.75 (qırx iki manat yetmiş beş qəpik) manat məbləğində faiz bоrcu və 796.31 (yeddi yüz doxsan altı manat otuz bir qəpik) manat məbləğində cərimə borcu olmaqla cəmi 1771.18 (min yeddi yüz yetmiş bir manat on səkkiz qəpik) manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı QSC-yə xx.xx.2021-ci il tarixli 009A********** saylı kredit razılaşması üzrə 2929.96 (iki min doqquz yüz iyirmi doqquz manat doxsan altı qəpik) manat məbləğində kredit bоrcu, 531 (beş yüz otuz bir) manat məbləğində faiz bоrcu və 200.86 (iki yüz manat səksən altı qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3661.82 (üç min altı yüz altmış bir manat səksən iki qəpik) manat məbləğində borcu vardır. İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh banka olan hər iki kredit müqaviləsi üzrə bütün borc məbləğlərini xx.xx.2024-cü il tarixədək ödəməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı QSC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 200.86 (iki yüz manat səksən altı qəpik) manat və 796.31 (yeddi yüz doxsan altı manat otuz bir qəpik) manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı QSC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı QSC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 2929.96 (iki min doqquz yüz iyirmi doqquz manat doxsan altı qəpik) manat məbləğində kredit bоrcu, 531 (beş yüz otuz bir) manat məbləğində faiz bоrcu və 100 (yüz) manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3560,96 (üç min beş yüz altmış manat doxsan altı qəpik) manat, xx.xx.2021-ci il tarixli 009KK**********01 saylı kart kredit müqaviləsi üzrə 932.12 (doqquz yüz otuz iki manat on iki qəpik) manat məbləğində kredit bоrcu, 42.75 (qırx iki manat yetmiş beş qəpik) manat məbləğində faiz bоrcu və 50 (əlli) manat məbləğində cərimə olmaqla,cəmi 1024,87 (min iyirmi dörd manat səksən yeddi qəpik) manat olmaqla 2 (iki) kredit razılaşması üzrə ümumilikdə cəmi 4585,83 (dörd min beş yüz səksən beş manat səksən üç qəpik) manat məbləğində bоrc və ödənilmiş 74.33 (yetmiş dörd manat otuz üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2929.96 (iki min doqquz yüz iyirmi doqquz manat doxsan altı qəpik) manat məbləğində kredit bоrcu, 531 (beş yüz otuz bir) manat məbləğində faiz bоrcu və 100 (yüz) manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3560,96 (üç min beş yüz altmış manat doxsan altı qəpik) manat, xx.xx.2021-ci il tarixli 009KK**********01 saylı kart kredit müqaviləsi üzrə 932.12 (doqquz yüz otuz iki manat on iki qəpik) manat məbləğində kredit bоrcu, 42.75 (qırx iki manat yetmiş beş qəpik) manat məbləğində faiz bоrcu və 50 (əlli) manat məbləğində cərimə olmaqla,cəmi 1024,87 (min iyirmi dörd manat səksən yeddi qəpik) manat olmaqla 2 (iki) kredit razılaşması üzrə ümumilikdə cəmi 4585,83 (dörd min beş yüz səksən beş manat səksən üç qəpik) manat məbləğində bоrc və ödənilmiş 74.33 (yetmiş dörd manat otuz üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar