Məhkəmə qərarları › İş №e-2(075)-2018/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2018/2022

06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2018/2022 06.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, L-SK-0050668-F saylı kredit müqaviləsinə əsasən Cavabdeh ödənilməmiş 478,79 manat (dörd yüz yetmiş səkkiz manat 79 qəpik) məbləğində əsas borc, 68,28 manat (altmış səkkiz manat 28 qəpik) faiz borcu və 27,69 manat (iyirmi yeddi manat 69 qəpik) cərimə borcu olmaqla cəmi 574,76 manat (beş yüz yetmiş dörd manat 76 qəpik) məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-nə verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh bank olmayan kredit təşkilatı "xxxx" MMC-nə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli, L-SK-0050668-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “Borcun Maliyyələşdirilməsi” məqsədilə borcluya 17 ay müddətinə, aylıq 1%, illik 12% olmaqla 768 (yeddi yüz altmış səkkiz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 289,21 manat (iki yüz səksən doqquz manat 21 qəpik), müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 61,79 manat (altmış bir manat 79 qəpik) və müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 4,50 manat (dörd manat 50 qəpik) olmaqla cəmi 355,50 manat (üç yüz əlli beş manat 50 qəpik) məbləğində pul ödənilmişdir. Hal-hazırda Cavabdeh təşkilata ödənilməmiş 478,79 manat (dörd yüz yetmiş səkkiz manat 79 qəpik) məbləğində əsas borcu, 68,28 manat (altmış səkkiz manat 28 qəpik) faiz borcu və 27,69 manat (iyirmi yeddi manat 69 qəpik) cərimə borcu olmaqla cəmi 574.76 manat (beş yüz yetmiş dörd manat 76 qəpik) məbləğində borcu var. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2020-ci il tarixli, L- SK-0050668-F saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 478,79 manat (dörd yüz yetmiş səkkiz manat 79 qəpik) məbləğində əsas borc, 68,28 manat (altmış səkkiz manat 28 qəpik) faiz borcu və 27,69 manat (iyirmi yeddi manat 69 qəpik) cərimə borcu olmaqla cəmi 574,76 manat (beş yüz yetmiş dörd manat 76 qəpik) məbləğində kredit borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq BOKT "xxxx" MMC-nə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli, L-SK-0050668-F saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 478,79 manat (dörd yüz yetmiş səkkiz manat 79 qəpik) məbləğində əsas borc, 68,28 manat (altmış səkkiz manat 28 qəpik) faiz borcu və 27,69 manat (iyirmi yeddi manat 69 qəpik) cərimə borcu olmaqla cəmi 574,76 manat (beş yüz yetmiş dörd manat 76 qəpik) məbləğində kredit borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq BOKT "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar