Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2025/2025 21.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Hüryanova Şəbnəm Fərhad qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10479,86 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə cəmi 109,17 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "X1" QSC arasında bağlanmış 16 aprel 2024-cü il tarixli 302057 saylı kredit müqaviləsinə əsasən bank cavabdehə 48 ay müddətinə, ilik 16 faiz olmaqla, 10000 manat məbləğində kredit vermişdir. “X1 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehə dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə, həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və bu günə kimi “X1 Azərbaycan” QSC-ə olan borcunu ödəməmişdir. Lakin, öhdəliklər cavabdeh tərəfindən tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən Banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 9611,83 manat əsas məbləğ üzrə borc, faiz məbləği üzrə 724,22 manat, cərimə məbləği üzrə 41,49 manat, cəmi 10377,54 manat məbləğində kredit borcu, həmçinin dövlət büdcəsinə köçürülmüş 102.32 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Göründüyü kimi, cavabdehin 16 aprel 2025-ci il tarixə borc üzrə 10479,86 manat ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh 16 aprel 2025-ci ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehin kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən illik 5 faiz olaraq 109,17 manat məbləğində Banka maddi zərər dəymişdir. Cavabdehin Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün ilik 5 % (beş faiz) olmaqla, xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 75 gün – 109,17 manat olmaqla ümumilikdə cəmi 109,17 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı “X1 Azərbaycan“ QSC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin “X1 Azərbaycan” QSC-nin etibarnamə üzrə nümayəndəsi məhkəməyə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı “X1 Azərbaycan” QSC -nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək və məhkəməyə eyni məzmunda ərizə təqdim edərək “X1 Azərbaycan” QSC-nin ona qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbini qəbul etdiyini və pul məbləğini ödəməyə razı olduğunu bildirmişdir. İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş, Şəki Rayon Məhkəməsinin e-2(075)-667/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh “X1 Azərbaycan” QSC ilə bağlanmış xx.xx.2024-cü il tarixli, 302057 saylı kredit müqaviləsinə əsasən 9611,83 (doqquz min altı yüz on bir manat səksən üç qəpik) manat əsas borc, 724,22 (yeddi yüz iyirmi dörd manat iyirmi iki qəpik) manat faiz borcu, cərimə məbləği üzrə 41,49 (qırx bir manat qırx doqquz qəpik) manat olmaqla, cəmi 10377,54 (on min üç yüz yetmiş yeddi manat əlli dörd qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 102,32 (yüz iki manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq X1 Azərbaycan» QSC-yə ödənilməsi qət edilmişdir. “X1 Azərbaycan” QSC tərəfindən Cavabdeh göndərilmiş 25 iyul 2025-ci il tarixli pretenziya məktubundan görünür ki, ondan Şəki Rayon Məhkəməsinin e-2(075)-667/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən tutulmalı olan 10479,86 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə 109,17 manat borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh məxsus bank hesabından çıxarışdan görünür ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-667/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən ondan tutulmalı olan 10479,86 manat pul məbləğinin gecikdirildiyi gün sayı 75 gün olmaqla, xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə əsas məbləğ üzrə gecikdirilmiş borcu ümumilikdə 109,17 manat təşkil etmişdir. “X1 Azərbaycan” QSC tərəfindən təqdim edilmiş maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh “X1 Azərbaycan” QSC-yə 16 aprel 2024-cü il tarixli 302057 nömrəli kredit müqaviləsi üzrə ödənilməli olan borclardan qalan pul vəsaitinin gecikdirilməsinə görə, 25 iyul 2025-ci il tarixə illik 5 faizlə hesablanmış cəmi 109,17 manat məbləğində borcu vardır. **********03 saylı, xx.xx.2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddia ərizəsinin verilməsinə görə, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Cavabdeh ilə "X1" QSC arasında bağlanmış 16 aprel 2024-cü il tarixli 302057 saylı kredit müqaviləsinə əsasən bank cavabdehə 48 ay müddətinə, ilik 16 faiz olmaqla, 10000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Bu səbəbdən, iddiaçı bank tərəfindən məhkəməyə pul tələbinə dair ərizəsi ilə müraciət edilmişdir. Şəki Rayon Məhkəməsinin e-2(075)-667/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən,Cavabdeh xx.xx.2024-cü il tarixli, 302057 saylı kredit müqaviləsi üzrə 9611,83 (doqquz min altı yüz on bir manat səksən üç qəpik) manat əsas borc, 724,22 (yeddi yüz iyirmi dörd manat iyirmi iki qəpik) manat faiz borcu, cərimə məbləği üzrə 41,49 (qırx bir manat qırx doqquz qəpik) manat olmaqla, cəmi 10377,54 (on min üç yüz yetmiş yeddi manat əlli dörd qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 102,32 (yüz iki manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Cavabdeh 16 aprel 2025-ci ildən sonra qətnaməni icra etməmiş və kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün ilik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehin kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən illik 5 faiz olaraq 109,17 manat məbləğində Banka maddi zərər dəymişdir. Cavabdehin Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün ilik 5 % (beş faiz) olmaqla, xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 75 gün – 109,17 manat olmaqla ümumilikdə cəmi 109,17 manat təşkil etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxıb sonra bu sübutlara tətbiq edilməli hüquq normaların tətbiq edib qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı "X1" QSC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə ilə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmiş, Şəki Rayon Məhkəməsinin e-2(075)-667/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən ondan tutulmalı olan borc məbləğini də ödəməmişdir. Bu səbəbdən də "X1" QSC qalıq qalmış kredit borcunun ödənilməsi nəticəsində dəymiş zərəri Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1 və 445.7-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh Şəki Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, qətnaməsi üzrə tutulmalı olan 10479,86 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə 109,17 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq “X1 Azərbaycan” QSC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilədən yaranan öhdəliklərin növlərindən biri borc müqaviləsindən əmələ gələn öhdəliklərdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri yekunlaşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10479,86 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə 109,17 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq “X1 Azərbaycan” QSC-yə ödənilməli, iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun cavabdeh tərəfindən iddiaçıya ödənildiyi nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosesual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Şəki Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, qətnaməsi üzrə tutulmalı olan 10479,86 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə 109,17 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq “X1 Azərbaycan” QSC-yə ödənilsin. İddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun cavabdeh tərəfindən iddiaçıya ödənildiyi nəzərə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.. Sədrlik edən Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №e-2(075)-2025/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2025/2025
21.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver