Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2026/2024 05.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, SKLMB-11995 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2122,6 manat, faiz borcuna görə 166,55 manat, cərimə borcuna görə 0 manat, cəmi 2289,15 manat pul və dövlət rüsumu kimi ödənilmiş 43 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi, qırmızı qaş üzük - 1 ədəd, çəkisi - 2,9, əyarı–583; paxlava komplekt – 1 ədəd, çəkisi- 6,9, əyarı–500; komplekt – 1 ədəd, çəkisi - 8,8, əyarı – 500; kardinal sep – 1 ədəd, çəkisi- 24,6, əyarı–583; cəmi: 43,2 qr, bu qızıl-zinət əşyalarının hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2024-cü il tarixli, SKLMB-11995 saylı kredit müqaviləsi üzrə cəmi 2289,15 manat pul və dövlət rüsumu kimi ödənilmiş 43 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2024-cü il tarixli, SKLMB-11995 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Şəki” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, SKLMB-11995 saylı kredit müqaviləsinə əsasən illik 28% dərəcəsi olmaqla 24 ay müddətinə 2200 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2024-cü il tarixli, SKLMB-11995 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdeh dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdehnın xx.xx.2024-cü il tarixli, SKLMB-11995 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2122,6 manat, faiz borcuna görə 166,55 manat, cərimə borcuna görə 0 manat, cəmi 2289,15 manat təşkil edir. xx.xx.2024-cü il tarixli, SKLMB-11995 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2024-cü il tarixli, SKLMB-11995 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2024-cü il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Şəki” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: Qırmızı qaş üzük - 1 ədəd,çəkisi- 2,9,əyarı–583; Paxlava komplekt – 1 ədəd,çəkisi - 6,9, əyarı–500; Komplekt – 1 ədəd, çəkisi - 8,8,əyarı–500; Kardinal sep – 1 ədəd,çəkisi- 24,6, əyarı–583; Cəmi: 43,2 qr. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan : - xx.xx.2024-cü il tarixli, SKLMB-11995 saylı kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh illik 28% dərəcəsi olmaqla 24 ay müddətinə 2200 manat məbləğində kredit verilmişdir. - Ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 2200 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 24 ay müddətinə qaytarmalı olmuşdur. - xx.xx.2024-cü il tarixli kassa məxaric orderindən görünür ki, cavabdeh 2200 manat pulu təhvil almışdır. - xx.xx.2024-cü il tarixli, SKLMB-11995 saylı saxlanc girovu müqaviləsindən görünür ki, Cavabdeh ona məxsus olan və ümumi dəyəri 3907,56 manat təşkil edən qızıl-zinət əşyalarını girov qoymuşdur. - xx.xx.2024-cü il tarixli, SKLMB-11995 saylı saxlanc girovun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair aktın surətindən görünür ki, bazar dəyəri 277,15 manat təşkil edən, çəkisi-2,9, əyarı-583 olan 1 ədəd qırmızı qaş üzük, bazar dəyəri 562,28 manat təşkil edən çəkisi-6,9, əyarı-500 olan 1 ədəd paxlava komplekt, bazar dəyəri 717,11 manat təşkil edən, çəkisi-8,8, əyarı-500 olan 1 ədəd komplekt, bazar dəyəri 2351,02 manat təşkil edən çəkisi-24,6 əyarı-583 olan 1 ədəd kardinal sep, cəmi çəkisi 43,2 qr olan, qızıl-zinət əşyalarının ümumi bazar dəyəri 3907,56 manat təşkil edir. - 09 avqust 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdehnın xx.xx.2024-cü il tarixli, SKLMB-11995 saylı müqavilə üzrə 08 avqust 2024-cü il tarixə 2122,6 manat əsas, 166,55 manat faiz, 0 manat cərimə, cəmi 2289,15 manat borcu vardır. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 43 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 280.1-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli, SKLMB-11995 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 28% dərəcəsi olmaqla 24 ay müddətinə 2200 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında cavabdeh kreditin ona hesablanmış faizləri ilə birlikdə ödənilməsini üzərinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh ilə bağlanmış xx.xx.2024-cü il tarixli, SKLMB-11995 saylı girov müqaviləsinə əsasən cavabdehə məxsus olan bazar dəyəri 277,15 manat təşkil edən, çəkisi-2,9, əyarı-583 olan 1 ədəd qırmızı qaş üzük, bazar dəyəri 562,28 manat təşkil edən çəkisi-6,9, əyarı-500 olan 1 ədəd paxlava komplekt, bazar dəyəri 717,11 manat təşkil edən, çəkisi-8,8, əyarı-500 olan 1 ədəd komplekt, bazar dəyəri 2351,02 manat təşkil edən çəkisi-24,6 əyarı-583 olan 1 ədəd kardinal sep, cəmi çəkisi 43,2 qr olan, qızıl-zinət əşyaları İddiaçı ASC-nin xeyrinə girov qoyulmuşdur. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən pulun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə, işin hallarını və qeyd edilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, borcun tutulması, tutmanın girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaitinin girov predmetinə yönəldilməsi və həmin vəsait borcun ödənilməsinə yetərli olmazsa qalan məbləğin cavabdehdən tutulması barədə iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 43 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehdən əsas borcuna görə 2122,6 (iki min iyirmi iki manat altmış qəpik) manat, faiz borcuna görə 166,55 (yüz altmış altı manat əlli beş qəpik) manat, cəmi 2289,15 (iki min yüz səksən doqquz manat on beş qəpik) manat pul və dövlət rüsumu kimi ödənilmiş 43 (qırx üç) manat məbləğində pul alınaraq İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh məxsus olan girov qoyulmuş çəkisi - 2,9, əyarı-583 olan 1 ədəd qırmızı qaş üzük, çəkisi - 6,9, əyarı - 500 olan 1 ədəd paxlava komplekt, çəkisi - 8,8, əyarı - 500 olan 1 ədəd komplekt, çəkisi - 24,6 əyarı - 583 olan 1 ədəd kardinal sepə yönəldilsin, həmin əmlaklar açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2024-cü il tarixli, SKLMB-11995 saylı kredit müqaviləsi üzrə qalmış 2289,15 (iki min iki yüz səksən doqquz manat on beş qəpik) manat borc və dövlət rüsumu kimi ödənilmiş 43 (qırx üç) manat pul ödənilsin. Girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2024-cü il tarixli, SKLMB-11995 saylı kredit müqaviləsi üzrə pulun ödənilməsi üçün yetərli olmazsa qalan məbləğ Cavabdeh tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2026/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2026/2024
05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver