Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-203/2024 07.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borcu 1725.33 manat, faiz borcu 59,67 manat olmaqla, cəmi 1785 manat (min yeddi yüz səksən beş) manat borc məbləğinin və ödənilmiş 37.85 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli RA-002 saylı X2 bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 1725.33 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqaviləyə əlavə edilmiş 01 saylı ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. X2 üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin Şəki filialı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli Z-1(RA-002) saylı zaminlik müqaviləsi bağlanmışdır. X2 üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin Şəki filialı ilə Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixli Z-1(RA-002) saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da Cavabdeh1 güzəştli kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Bağlanmış xx.xx.2020-ci il tarixli RA-002 saylı X1 əsasən Cavabdeh1 İddiaçı QSC-yə olan əsas borcu 1725.33 manat, faiz borcu 59,67 manat olmaqla, cəmi borc 1785,0 manat (min yeddi yüz səksən beş) manat təşkil etmişdir. Borcun ödənilməsi barədə Cavabdeh1 və onun zaminləri Cavabdeh2 və Cavabdeh3 dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(075)-2369/2023 saylı qərardadına əsasən İddiaçı QSC BOKT-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “pul tələbi”nə dair iddiasına iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2020-ci il tarixli, RA-002 saylı “X2”nə əsasən iddiaçı cavabdehin vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 1725,33 manat qalıq məbləğini ödəməsi məqsədilə 1725,33 manat məbləğində güzəştli krediti verməyi, cavabdeh isə verilmiş krediti və ona hesablanan faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə iddiaçıya ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən kredit illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə verilir. Həmin müqavilənin 8.4-cü bəndinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə və lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar. Bu müqavilənin qüvvədə olduğu müddətdə tərəflər yarana biləcək mübahisələrin həllinə qarşılıqlı müzakirə yolu ilə nail olmağa çalışacaqlar. Razılığa gələ bilmədikdə mübahisənin məhkəmə qaydasında həlli hüququndan istifadə ediləcəkdir. - X1 Əlavə N01 ödəniş cədvəlindən görünür ki, kreditin ödəniş tarixi xx.xx.2020-ci ildən xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir. - İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, bu müqavilə ilə zaminliklə təmin olunan öhdəlıiyin əsası: 16 yanvar 2020-ci il tarixli RA-005 saylı kredit müqaviləsidir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən təmin olunmuş müqavilənin predmeti: Borcalana veriləcək 1725,33 manat kreditdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilə ilə təmin olunmuş əsas öhdəliyin icrası müddəti: Borcalanın Kredit Təşkilatı qarşısında 16 yanvar 2020-ci il tarixli RA-002 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirilənədəkdir. - İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, bu müqavilə ilə zaminliklə təmin olunan öhdəlıiyin əsası: 16 yanvar 2020-ci il tarixli RA-005 saylı kredit müqaviləsidir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən təmin olunmuş müqavilənin predmeti: Borcalana veriləcək 1725,33 manat kreditdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilə ilə təmin olunmuş əsas öhdəliyin icrası müddəti: Borcalanın Kredit Təşkilatı qarşısında 16 yanvar 2020-ci il tarixli RA-002 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirilənədəkdir. - Kredit borcunun xx.xx.2023-cü il tarixə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli RA-002 saylı müqavilə üzrə 1725,33 manat əsas, 59,67 manat faiz, cəmi 1785 manat borcu mövcuddur. - İddiaçı tərəfindən cavabdehlərə ünvanlanan xx.xx.2021-ci il tarixli 522, 517 və 523 nömrəli bildirişlərdən görünür ki, iddiaçı əsas və faiz borcunun 15 təqvim günü müddətində ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyini bildirmişdir. - xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 39,40 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəlikləri tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli RA-002 saylı X2ndən və xx.xx.2020-ci il tarixli Zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə, işin sadalanan hallarını, qanunvericilik normalarını, eləcə də cavabdehlərin üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların qeyd olunan kredit və zaminlik müqavilələri üzrə iddiaçıya borclarının yarandığını, həmçinin yuxarıda qeyd edilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərdən 1725,33 manat əsas, 59,67 manat faiz məbləği tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 37,85 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1725,33 (bir min yeddi yüz iyirmi beş manat otuz üç qəpik) manat əsas, 59,67 (əlli doqquz manat altmış yeddi qəpik) manat faiz, cəmi 1785 (bir min yeddi yüz səksən beş manat) manat borc məbləği və 37,85 (otuz yeddi manat səksən beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-203/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-203/2024
07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver