Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2034/2022 03.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC BOKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2və Cavabdeh1 müştərək qaydada 4413,36 manat əsas borcun, 55,29 manat faiz borcunun, cəmi 4468,65 (dörd min dörd yüz altmış səkkiz manat 65 qəpik) manat borc məbləğinin və ödənilmiş 64,68 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının İdarə Heyətinin 06 avqust 2020-ci il tarixli, 86 saylı qərarının icrası ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə Şəki şəhər sakiniCavabdeh2 ilə 11 fevral 2021-ci il tarixli RDB-089 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının Restrukturizasiya Müqaviləsi”( Restrukturizasiya müqaviləsi) bağlanmışdır. Həmin müqavilə üzrə 4508,98 manat məbləğində vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi imzalandığı tarixdən 5 (beş) il müddətində illik 1 faiz hesablanmaqla qrafik üzrə ödənilməsinə dair razılıq əldə edilmişdir. Restrukturizasiya Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə Cavabdeh1 arasında 11 fevral 2021-ci il tarixli Z-1 (RDB-089) saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Borclu 95,62 manat əsas borcdan, 4,38 manat faiz borcundan ödəmişdir. Bununla da cavabdeh Restrukturizasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Bağlanmış 11 fevral 2021-ci il tarixli RDB-089 saylı Restrukturizasiya Müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 4413,36 manat, faiz borcu 41,56 manat, cəmi borcu 4454,92 (dörd min dörd yüzəlli dörd manat 92 qəpik) manat təşkil etmişdir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh2və onun zamininə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Buna görə də mehkəməyə müracit etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının etibarnamə üzrə nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı QSC BOKT ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 11 fevral 2021-ci il tarixli, RDB-089 saylı Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiyası müqaviləsindən görünür ki, həmin kredit müqaviləsi imzalandığı tarixdən "xxxx" ASC tərəfindən Cavabdeh2 verilmiş 4508.98 manat məbləğində güzəştli kredit 5 il müddətədək uzadılmışdır. İş materiallarında olan 11 fevral 2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 Cavabdeh2 İddiaçı QSC BOKT qarşısındakı 11 fevral 2021-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh2 götürdüyü 4508.98 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 60 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan Cavabdeh2 restrukturizasiya olunmuş kredit borcunun 24.02.202-ci il tarixə olan vəziyyəti barədə maliyyə arayışından görünür ki, Cavabdeh2 4413.36 manat əsas, 41.56 manat faiz borcu olmaqla, cəmi 4454.92 manat kredit borcu vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən Cavabdeh2 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh2 kredit müqaviləsi üzrə, Cavabdeh1 isə zaminlik müqaviləsi üzrə üzərinə götürdükləri öhdəliklərini tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh2, Cavabdeh1 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1, 471, 472-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh1 və Cavabdeh2 4413.36 manat əsas, 55.29 manat faiz borcu olmaqla, cəmi 4468.65 manat borc və 64.68 manat dövlət rüsumu tutularaq İddiaçı QSC BOKT-nın xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 4413.36 manat əsas, 55.29 manat faiz borcu olmaqla, cəmi 4468.65 manat borc və 64.68 manat dövlət rüsumu tutularaq İddiaçı QSC BOKT-nın xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-2034/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2034/2022
03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver