Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-204/2023 01.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) Cavabdeh qarşı “borc tələbinin vərəsələrə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “borc tələbinin vərəsələrə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Şəki” filialı ilə borclu Bağırov Məhərrəm Ənvər oğlu arasında bağlanmış 27 avqust 2019-cu il tarixli, 49-xx-xx- 06542 saylı kredit müqaviləsinə əsasən əsas kredit borcuna görə 269.91 manat, faiz borcuna görə 10.16 manat, cəmi 280.07 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun borclu kimi Bağırov Məhərrəm Ənvər oğlunun qanun üzrə birinci dərəcəli vərəsəsi - Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı “İddiaçı ASC-nin “Şəki” filialı ilə borclu Bağırov Məhərrəm Ənvər oğlu arasında bağlanmış 27 avqust 2019-cu il tarixli, 49-xx-xx-06542 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 01 faiz olmaqla 60 ay müddətinə 269.91 manat məbləğində kredit verilmişdir. Lakin borclu Bağırov Məhərrəm Ənvər oğlu kredit ödənişlərini vaxtlı-vaxtında edə bilməmişdir. Şəki regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinin 22 fevral 2020-ci il tarixli Ölüm haqqında şəhadətnaməsinə əsasən, Bağırov Məhərrəm Ənvər oğlu xx.xx.2020-ci ildə vəfat etmişdir. Hal-hazırda Bank Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə (vərəsələrin kreditorlar qarşısında məsuliyyəti) əsaslanaraq, borclu Bağırov Məhərrəm Ənvər oğlu xx.xx.2020-ci ildə vəfat etdiyini nəzərə alaraq, 27 avqust 2019-cu il tarixli, 49xx-xx-06542 saylı kredit müqaviləsinə görə borcu onun qanun üzrə 1-ci dərəcəli vərəsəsindən tələb edir. Bu borclunun vərəsəsi- Cavabdehdur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasına iştirakları olmadan baxılmasını və iddialarının tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; İddiaçı ASC-nin “Şəki” filialı ilə cavabdeh Bağırov Məhərrəm Ənvər oğlu arasında bağlanmış 27 avqust 2019-cu il tarixli, 49-xx-xx-06542 saylı kredit müqaviləsindən görünür ki, Bağırov Məhərrəm Ənvər oğluna illik 1 faizlə 60 ay müddətinə 269.91 manat kredit verilmişdir. xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Bağırov Məhərrəm Ənvər oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasından 269.91 manat pulu imza etməklə götürmüşdür. 25 iyul 2022-ci il tarixli M/19-6361 nömrəli maliyyə arayışından görünür ki, borclu Bağırov Məhərrəm Ənvər oğlunun 27 avqust 2019-cu il tarixli, 49-xx-xx-06542 saylı kredit müqaviləsi üzrə 15 sentyabr 2022-ci il tarixinə İddiaçı ASC-yə cəmi borcu 280.07 (iki yüz səksən manat yeddi qəpik) manat, o cümlədən 269.91 (iki yüz altmış doqquz manat doxsan bir qəpik) manat əsas kredit borcu, 10.16 (on manat on altı qəpik) manat faiz borcu təşkil edir. AZ-İİ seriyalı, 206469 nömrəli Şəki regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 fevral 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Bağırov Məhərrəm Ənvər oğlu 24 yanvar 2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 22 fevral 2020-ci il tarixdə 184 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki regional “Asan xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2022-ci il tarixli, V-218/2020 nömrəli və xx.xx.2020-ci il tarixli 218 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, Bağırov Məhərrəm Ənvər oğlunun xx.xx.2020-ci ildə vəfatından sonra vərəsəsi kimi ünvan 1 ünvanında qeydiyyatda olan oğlu – Cavabdeh tanınmışdır. Şəki şəhəi İHB-nın Bağbanlar Məhəllə nümayəndəliyi tərəfindən verilmiş 02 may 2020-ci il tarixli arayışdan görünür ki, Bağırov Məhərrəm Ənvər oğlunun xx.xx.2020-ci il tarixdə vəfat etmiş və vərəsələri (arvadı) X3, (oğlu) Cavabdeh, (qızı) X4 və (qızı) X1r. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki regional “Asan xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2020-ci il tarixli, ərizələrin təsdiqindən görünür ki, Bağırov Məhərrəm Ənvər oğlunun xx.xx.2020-ci ildə vəfatından sonra vərəsələri olan (arvadı) X3, (qızı) X4 və (qızı) X2 vərəsəliyi qəbul etməmişlər və gələcəkdə bununla bağlı heç bir iddiaları olmayacaqlarını bildirmişlər. Azərbaycan Respublikası ƏMDKY-nın DƏDRX-nın ******* nömrəli çıxarşdan görünür ki, Bağırov Məhərrəm Ənvər oğlunun Şəki şəhəri, Şərablar küçəsində adına 0,0140 ha torpaq sahəsi, xx.xx.2016-cı il qeydiyyat tarixli, **********63 qeydiyyat nömrəli payı tam olan daşınmaz əmlak vardır. Azərbaycan Respublikası DİN, DYP-nin Şəki RQİ və TBŞ-nin xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayışından görünür ki, Bağırov Məhərrəm Ənvər oğlunun adına olan QAZ 3110 minik markalı, **-GA-*** dövlət nömrə nişanlı avtomaşın müaynədən keçirilmiş və avtomaşının həbsdə, girovda və axtarışda olmaması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Məhkəmə qeyd edir ki, Bağırov Məhərrəm Ənvər oğlunun İddiaçı ASC-yə 27 avqust 2019-cu il tarixli, 49-xx-xx-06542 saylı kredit müqaviləsi üzrə borcu onun mirasını qəbul etmiş vərəsəsindən tutulmalıdır. Belə ki, miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsələrə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə miras qoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, iddiaçı bankla X8 Ənvər oğlu arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, Bağırov Məhərrəm Ənvər oğlu isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. X8 Ənvər oğlu vəfat etdiyindən və onun vəfatından sonra miras qalmış evə cavabdehin miras payı müəyyən olunduğundan yuxarıda qeyd edilən mülki qanunvericiliyin tələbləri baxımından məhkəmə hesab edir ki, sözügedən borc cavabdehdən miras payına mütənasib olaraq tutulmalı və iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, X8 Ənvər oğlunun vərəsəsi Cavabdeh 269.91 manat, faiz borcuna görə 10.16 manat, cəmi 280.07 manat borc tutulub İddiaçı ASC-yə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. İddia tələbi əsaslı olduğundan məhkəmə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 269.91 manat, faiz borcuna görə 10.16 manat, cəmi 280.07 manat borc və məhkəmə xərci qismində ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-204/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-204/2023
01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver