Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2043/2025 14.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2012-ci il tarixli DK0333717/12 saylı müqaviləyə əsasən 140,5 manat əsas, 7 manat faiz, 112,66 manat cərimə borcu, cəmi 260,16 manat, xx.xx.2012-ci il tarixli BAL0060017/12 saylı müqaviləyə əsasən 493,86 manat əsas, 724,9 manat faiz, 87 manat cərimə borcu, cəmi 1305,76 manat, xx.xx.2013-cü il tarixli CC0670617U/13A saylı müqaviləyə əsasən 134,7 manat əsas, 197,79 manat faiz, 114,6 manat cərimə borcu, cəmi 447,09 manat və 64 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, X4 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli DK0333717/12 saylı, müqaviləyə əsasən 150 manat, xx.xx.2012-ci il tarixli BAL0060017/12 saylı müqaviləyə əsasən 500 manat, xx.xx.2013-cü il tarixli CC0670617U/13A saylı müqaviləyə əsasən 3000 məbləğində kredit verilmişdir. Hazırda mərhum X2 2013,1 manat borcu vardır. X4 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. 1 saylı notariat ofisinin verdiyi şəhadətnaməyə əsasən X2 vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. İddia ərizəsinə tələblərinin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin icraatında İddiaçı ASC-nin ona qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki iş vardır. Lakin, o, İddiaçı ASC-nin həmin iddiası ilə razılşamamış, həmin iddianı qəbul etməmişdir. İddiaçı ASC hazırkı iddia tələbi ilə bağlı iddia müddətini ötürmüşdür. Belə ki, İddiaçı ASC həmin tələbində haqlı olduğu halda belə, o, hazırkı iddiası üçün iddia müddətini ötürmüşdür. Çünki iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi İddiaçı ASC ilə X4 arasında bağlanmış xx.xx.2012-ci il tarixli DK0333717/12 saylı, müqaviləyə əsasən İddiaçı ASC tərəfindən X3 150 manat, xx.xx.2012-ci il tarixli BAL0060017/12 saylı müqaviləyə əsasən İddiaçı ASC tərəfindən X3 500 manat və xx.xx.2013-cü il tarixli CC0670617U/13A saylı müqaviləyə əsasən İddiaçı ASC tərəfindən X3 3000 məbləğində kredit verilmişdir. Həmin kredit məbləğləri 18 ay müddətinə verilmişdir. Yəni, X4 tərəfindən 12 may 2015-ci il tarixədək ödənilməli idi. Halbuki, X4 26 fevral 2014-cü il tarixdə vəfat etmişdir. X2 ölümündən 11 ildən artıq müddət keçmişdir. Həmçinin, X2 ödəməli olduğu kredit məbləğlərinin də tam şəkildə ödənilməli olan müddətindən 10 ildən artıq müddət keçmişdir. Göründüyü kimi İddiaçı ASC hazırkı iddia tələbi ilə bağlı iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Göründüyü kimi X4 ilə İddiaçı ASC arasında bağlanmış müqavilə üzrə iddia müddəti 3 il təşkil edir. İddiaçı ASC X4 ilə aralarında bağlanmış həmin müqavilələrin tələblərindən irəli gələn hüquqları ilə bağlı, yəni mübahisənin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 il müddətində məhkəməyə müraciət etməli olduğu halda, həmin müddət ərzində bu hüququndan istifadə etməmişdir. Yəni, X4 ilə İddiaçı ASC arasında bağlanmış müqavilənin müddətinin bitməsindən nəinki 3 ildən çox müddət, hətta 10 ildən çox müddət ötmüşdür. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. X1 öhdəliklərini icra etməyi üçün hər hansı bir qanuni əsas da mövcud deyildir. Ümumiyyətlə, iddia əsassızdır. Onun iddiaçıya hər hansı bir məbləğdə borcu yoxdur, iddia tamamilə əsassızdır. O, İddiaçı ASC-dən hər hansı bir məbləğdə kredit almamışdır, İddiaçı ASC-yə hər hansı bir məbləğdə kredit ödəməmişdir və ödəməli də deyildir. Bunun üçün hər hansı bir qanuni əsaslar da mövcud deyildir. İddiaçı ASC-nin iddiası əsaslı olsa belə, o, hazırkı tələbi ilə bağlı iddia müddətini ötürmüşdür. Buna görə də ona qarşı olan həmin iddia tamamilə rədd edilməlidir. Bütün göstərdiklərinə əsasən İddiaçı ASC-nin hazırkı iddiası həm əsassızlığına görə, həmçinin də iddiaya iddia müddəti tətbiq edilməklə, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı ASC ilə X4 arasında bağlanmış 25 dekabr 2012-ci il tarixli, DK0333717/12 №-li kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında X3 1825 gün (5 il) müddətinə qaytarmaq şərtilə 150 manat məbləğində kredit verilmişdir. - İddiaçı ASC ilə X4 arasında bağlanmış 12 noyabr 2013-cü il tarixli, CC0670617U/13A №-li kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında X3 18 ay müddətinə qaytarmaq şərtilə 3000 manat məbləğində kredit verilmişdir. - İddiaçı ASC ilə X4 arasında bağlanmış xx.xx.2012-ci il tarixli BAL0060017/12 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında X3 12 ay müddətinə qaytarmaq şərtilə 500 manat məbləğində kredit verilmişdir. - xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdehdur. - xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 34 manat dövlət rüsumu ödənilmişdir. - xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 739.1-ci maddəsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743-cü maddəsinə əsasən Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında məhkəmə qeyd edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə X4 arasında bağlanmış 25 dekabr 2012-ci il tarixli, DK0333717/12 №-li kredit müqaviləsinə əsasən X3 1825 gün (5 il) müddətinə qaytarmaq şərtilə 150 manat məbləğində, 12 noyabr 2013-cü il tarixli, CC0670617U/13A №-li kredit müqaviləsinə əsasən X3 18 ay müddətinə qaytarmaq şərtilə 3000 manat məbləğində, xx.xx.2012-ci il tarixli BAL0060017/12 saylı kredit müqaviləsinə əsasən X3 12 ay müddətinə qaytarmaq şərtilə 500 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən kredit müqavilələri üzrə öhdəliklər yerinə yetirilsə də cavabdeh tərəfindən lazımi qaydada yerinə yetirilməmişdir. X4 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olsa da, iddia ərizəsi müqavilələr üzrə müddətlər bitdikdən sonra üç il ərzində verilməli olduğu halda, iddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Hətta vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyi xx.xx.2015-ci il tarixdən götürüldükdə belə 3 illik iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. İddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş 64 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2043/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2043/2025
14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver