Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-205/2022 29.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh və Maraqlı şəxs qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 dəymiş maddi zərərə görə 1707 (min yeddi yüz yeddi) manat, şirkətin iş fəaliyyətinin məhdudlaşmasına görə itirilmiş 5000 (beş min) manat, o cümlədən ödənilmiş 87,07 (səksən yeddi) manat, 07 qəpik məbləğində dövlət rüsumu və ümumilikdə 6794,07 (altı min yeddi yüz doxsan dörd) manat, 07 qəpik məbləğində dəymiş zərər tutularaq GMKB İNŞAAT MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 25 noyabr 2022-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə məhkəmə hazırlıq iclasları 27 dekabr 2021-ci il, 25 yanvar 2022-ci il, 22 fevral 2022-ci il, 18 mart 2022-ci il və 01 aprel 2022-ci il tarixlərdə keçirilmiş, 01 aprel 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Şəki Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(075)-205/2022 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsi və iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi alınanadək icraat dayandırılması qərara alınmışdır. İddiaçı MMC-nin direktoru Engin Bingol 12 sentyabr 2022-ci il tarixdə məhkəməyə elektron qaydada vəsatət ünvanlayaraq bildirmişdir ki, hazırki mülki iş üzrə Cavabdeh məhkəmə iclası barədə məktub və bildiriş göndərilməyinə baxmayaraq, o, heç bir prosesdə iştirak etməmişdir. Bu səbəbdən hazırki mülki işə xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə ekspert rəyinin verilməsinə zərurət olmadığından iş materialı 04 noyabr 2022ci il tarixdə Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(075)-205/2022 saylı qərardadı ilə mülki işin icraatı təzələnmiş və mülki işin məhkəmə hazırlıq iclası bu günə, yəni 29 noyabr 2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. İddiaçı MMC-nin direktoru Engin Bingol yenidən 11 noyabr 2022-ci il tarixdə məhkəməyə elektron ərizə ünvanlayaraq xx.xx.2022 tarixli vəsatəti nəzərə almaqla mülki iş üzrə məhkəmə işinə xitam verilməsini xahiş etmişdir. Mülki proses tərəfləri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Göründüyü kimi İddiaçı MMC-nin direktoru Engin Bingol 12 sentyabr 2022-ci il və 11 noyabr 2022-ci tarixlərdə məhkəməyə elektron ərizələr ünvanlayaraq İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xitam verilməsini xahiş etmişdir. İddiaçı MMC-nin direktoru Engin Bingolun iddiadan imtina barədə ərizəsi məhkəmə tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə İddiaçı MMC-nin direktoru Engin Bingolun əizəsini nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264, 267-268-ci madələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-205/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-205/2022
29.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver