Məhkəmə qərarları › İş №e-2(075)-2060/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2060/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2060/2023 12.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı “X1” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 135,07 manat əsas borc və 1,57 manat faiz borcu olmaqla, cəmi 136,64 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun Cavabdeh alınaraq “X1” ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə 28 avqust 2023-cü il tarixdə məhkəməyə sadələşdirilmiş icraat qaydasında daxil olmuşdur. İddiaçı “X1” ASC-nin nümayəndəsi Nümayəndə 15 sentyabr 2023-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin qərardadı ilə 06 oktyabr 2023-cü il tarixli, 2(075)- 2060/2023 saylı qərardadı ilə iddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair sadələşdirilmiş iddia ərizəsi üzrə iddiasına iddia icraatı qaydasında baxılması, mülki iş üzrə məhkəmə hazırlıq iclasının 12 oktyabr 2023-cü il tarixə, saat 11:20-ə Şəki Rayon Məhkəməsinin binasına təyin edilməsi qərara alınmışdır. Cavabdeh məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. İddiaçı “X1” ASC-nin nümayəndəsi Nümayəndə ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli, 12 saylı Qərarının 5-ci bəndində göstərilmişdir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” İddiaçı “X1” ASC-nin iddia ərizəsi ilə bağlı ödəmiş olduğu 30 manat rüsum onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı “X1” ASC-nin iddia ərizəsi ilə bağlı ödəmiş olduğu 30 manat rüsumü dövlət büdcəsindən onun özünə qaytarılsın. İddiaçı “X1” ASC-nə yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar