Məhkəmə qərarları › İş №e-2(075)-2063/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2063/2022

14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2063/2022 14.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı Qnyaz oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Qnyaz oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Qnyaz oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi əsasında 12000 (on iki min) manatın, müqavilə əsasında vəkilə ödənilmiş 300 çü) yüz) manatın və dövlət büdcəsinə ödənilmiş 126.90 (bir yüz iyirmi altı manat doxsan qəpik) manat dövlət rüsumunun, ümumilikdə isə 12426.90 (on iki min dörd yüz iyirmi altı manat doxsan qəpik) pulun Cavabdeh oğlundan alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qnyaz oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh oğlunu bir müddət əvvəl tanımışdır. Belə ki, Cavabdeh ona müraciət edərək bildirmişdir ki, Şəki rayonu Cumakənd kəndi ərazisində bostan əkməyi ilə bağlı ona 12000 manat məbləğində pul borc verməyimi ondan xahiş etmişdir. O ona etiraz etməyərək ona notarial qaydada 18 aprel 2022-ci il tarixdə 12000 manat məbləğində borc pul vermişdir. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin şərtlərinə əsasən borc verən borc alana 12000 manat məbləğində pul borc verir. Borc alan krediti xx.xx.2022-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin qeyd olunan müddətə kimi Cavabdeh oğlu pulu ona geri qaytarmamışdır. Dəfələrlə ondan həmin pulu geri qaytarmasını tələb etsə də müxtəlif bəhanələrlə pulu geri qaytarmaqdan yayınmışdır. Ona görə də o hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Qnyaz oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək göstərmişdir ki, həqiqətən də İddiaçı Qnyaz oğlundan bostan əkmək üçün 12000 manat borc almışdır. Lakin məhsuldarlıq az olduğundan pul qazana bilməmişdir. Maddi imkanı olmadığından borcu qaytara bilməmişdir. Borcu ödəməkdən yayınmır. Həmin borcu hissə-hissə ödəyəcəkdir. Buna görə də məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş edir. İşdə olan 18 aprel 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Qnyaz oğlu Cavabdeh 12.000 manat məbləğində borc vermişdir. İşdə olan Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosu tərəfindən verilmiş 09 sentyabr 2022-ci il tarixli, 147 nömrəli arayışdan görünür ki, vətəndaş İddiaçı Qnyaz oğlu Vəkil ilə bağladığı xx.xx.2022-ci il tarixli, 360 saylı hüquqi yardım göstərilməsi ilə bağlı müqavilənin şərtlərinə əsasən vəkilə göstərəcəyi xidmət müqabilində Şəki Regional Vəkil Bürosunun bank hesabına 300 manat ödəniş etmişdir. İşdə olan İddiaçı Qnyaz oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil tərəfindən elektron qaydada göndərilmiş 13 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, kredit müqaviləsi əsasında 12000 (on iki min) manatın, müqavilə əsasında vəkilə ödənilmiş 300 (üç yüz) manatın və dövlət büdcəsinə ödənilmiş 126.90 (bir yüz iyirmi altı manat doxsan qəpik) manat dövlət rüsumunun, ümumilikdə isə 12426.90 (on iki min dörd yüz iyirmi altı manat doxsan qəpik) pulun Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin izahatları nəticəsində müəyyən edildi ki, Cavabdeh İddiaçı Qnyaz oğlundan 12000 manat borc pul götürmüşdür. Cavabdeh iddiaçıdan aldığı 12000 manat pulu qaytarmamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Buna görə də onlar arasındakı münasibətlərə pul müqaviləsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə pulludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (pul verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (pul alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (pul alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində pul verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul pul verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, pul müqaviləsi yazılı formada bağlanmalıdır. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və 12000 manat borc, hüquqi yardım göstərilməsi üçün vəkilə odənilmiş 300 manat və 126.90 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 12426.90 manat pul alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh kredit müqaviləsi əsasında 12000 manat borc, hüquqi yardım göstərilməsi üçün vəkilə odənilmiş 300 manat və 126.90 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 12426.90 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar