Məhkəmə qərarları › İş №e-2(075)-2063/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2063/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2063/2023 24.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 07 fevral 2022-ci il tarixli, BPM**********23 nömrəli kredit və 12 avqust 2021-ci il tarixli, BPM**********31 nömrəli Tam kart çərçivə müqavilələri üzrə 26 iyul 2023-cü il tarixə kart krediti üzrə (kreditin referens kodu: ********************) 273.55 manat əsas borc, 40.47 manat faiz borcu olmaqla, cəmi 314.02 manat borcun, nəğd kredit üzrə (kreditin referens kodu: 266RTL**********) 3146.85 manat əsas borc, 440.04 manat faiz borcu olmaqla, cəmi 3586.89 manat borcun, ümumilikdə 3900.91 (üç min doqquz yüz 91 qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 58.6 (əlli səkkiz manat 60 qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, "xxxx" ASC-nin “Şəki” filialı ilə Cavabdeh arasında bağlanmış 07 fevral 2022-ci il tarixli, BPM**********23 nömrəli Kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana 48 ay müddətinə, illik 22 % dərəcəsi ilə hesablanmaqla, 3600 (üç min altı yüz) manat məbləğində nəğd, 12 avqust 2021-ci il tarixli, BPM**********31 nömrəli Tam kart çərçivə müqaviləsinə əsasən Bank tərəfindən borcalana 36 ay müddətinə, illik 24 % dərəcəsi ilə hesablanmaqla, 300 (üç yüz) manat məbləğində kart krediti verilmişdir. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də,cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. "xxxx" ASC-nin “Şəki” filialı ətrəfından təqdim edilmiş maliyyə arayışa əsasən, Cavabdeh Banka 26 iyul 2023-cü il tarixə kart krediti üzrə (kreditin referens kodu: ********************) 273.55 manat əsas, 40.47 manat faiz olmaqla, cəmi 314.02 manat, nəğd kredit üzrə (kreditin referens kodu: 266RTL**********) 3146.85 manat əsas, 440.04 manat faiz olmaqla, cəmi 3586.89 manat, ümumilikdə 3900.91 manat borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh yaranmış borcun ödənilməsi barədə məlumatlandırılmasına baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün hər hansı tədbir görməmiş, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, 07 fevral 2022-ci il tarixli, BPM**********23 nömrəli kredit və 12 avqust 2021-ci il tarixli, BPM**********31 nömrəli Tam kart çərçivə müqavilələri üzrə 26 iyul 2023-cü il tarixə kart krediti üzrə (kreditin referens kodu: ********************) 273.55 manat əsas borc, 40.47 manat faiz borcu olmaqla, cəmi 314.02 manat borc, nəğd kredit üzrə (kreditin referens kodu: 266RTL**********) 3146.85 manat əsas borc, 440.04 manat faiz borcu olmaqla, cəmi 3586.89 manat borc olmaqla, ümumilikdə 3900.91 (üç min doqquz yüz 91 qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 58.6 (əlli səkkiz manat 60 qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı Cavabdeh tutularaq "xxxx" ASC-nə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 07 fevral 2022-ci il tarixli, BPM**********23 nömrəli kredit və 12 avqust 2021-ci il tarixli, BPM**********31 nömrəli Tam kart çərçivə müqavilələri üzrə 26 iyul 2023-cü il tarixə kart krediti üzrə (kreditin referens kodu: ********************) 273.55 manat əsas borc, 40.47 manat faiz borcu olmaqla, cəmi 314.02 manat borc, nəğd kredit üzrə (kreditin referens kodu: 266RTL**********) 3146.85 manat əsas borc, 440.04 manat faiz borcu olmaqla, cəmi 3586.89 manat borc olmaqla, ümumilikdə 3900.91 (üç min doqquz yüz 91 qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 58.6 (əlli səkkiz manat 60 qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı Cavabdeh tutularaq "xxxx" ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar