Məhkəmə qərarları › İş №e-2(075)-2079/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2079/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2079/2023 26.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada **********6888 saylı kredit müqaviləsi üzrə 2160.00 AZN əsas borc, 299.09 AZN faiz borcu olmaqla, cəmi 2459.09 (iki min dörd yüz əlli doqquz manat doqquz qəpik) AZN borcun, həmçinin, **********6875 saylı kredit müqaviləsi üzrə 2071.00 AZN əsas borc, 263.83 AZN faiz borcu olmaqla, cəmi 2334.83 (iki min üç yüz otuz dörd manat səksən üç qəpik) AZN məbləğində borcun və 67.94 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin icraatında olan İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair iddiasına sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış və bununla bağlı bildiriş tərəflərə göndərilmişdir. Cavabdeh3 08 sentyabr 2023-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə iddia icraatı qaydasında baxılması, Cavabdeh1, Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə xitam verərək iddianın onlara qarşı rədd edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(075)-2079/2023 saylı qərardadı ilə İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair iddiasına iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********3070 saylı kredit müqaviləsinə əsasən şəxsə istehlak məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.77% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2500 (iki min beş yüz dollar) USD və **********3736 saylı kredit müqaviləsinə əsasən 2500 (iki min beş yüz manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 133 USD və 133 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 və Cavabdeh1 zaminlər qismində sözü gedən kredit müqavilələrinin tərəfi olmuşdurlar. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin, xx.xx.2015-ci il tarixli, **********3070 saylı kredit müqaviləsi xx.xx.2016-ci il tarixli, **********6888 hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 3247.78 AZN, faiz 0.00 AZN, cərimə 0,00 AZN müəyyən edilmişdir. Eyni tarixli, **********3736 saylı kredit müqaviləsi xx.xx.2016-ci il tarixli, **********6875 hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2071.00 AZN, faiz 0.00 AZN, cərimə 0,00 AZN müəyyən edilmişdir. Tərə2lər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərə2indən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Hacıyev Nüsrət Samit oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-ci il tarixinə olan maliyyə arayışına əsasən Hacıyev Nüsrət Samit oğlunun borc məbləği, **********6888 saylı kredit müqaviləsi üzrə borcun məbləği 2160.00 AZN əsas, faiz borcu üzrə 299.09 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 2459.09 (iki min dörd yüz əlli doqquz manat doqquz qəpik) AZN təşkil edir. Həmçinin, **********6875 saylı kredit müqaviləsi üzrə borcun məbləği 2071.00 AZN əsas, faiz borcu üzrə 263.83 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 2334.83 (iki min üç yüz otuz dörd manat səksən üç qəpik) AZN təşkil edir. Cavabdeh3 etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMM QBKT tərəfindən Cavabdeh3, X2 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şəki ravon məhkəməsinə müraciət edərək kreidt müqaviləsi üzrə cəmi 2459.09 manat pulun və digər müqavilə üzrə 2334.83 manat pulun müştərək qaydada bizdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf tələbini onunla əsaslandırmışdır ki, aralarında 2015-ci ildə və 2016-cı ilə kredit müqaviləsi rəsmiləşdirilmişdir. Müqaviləni müddəti 24 ay nəzərdə tutulmuşdur. Eyni zamandan müqavilənin təminatı olaraq X2 və Cavabdeh2 ilə zaminlik müqaviləsi imzalanmışdır. Daha sonra kredit müqaviləsi restrukturizasiya edilmiş və onunla bank arasında saziş imzalanaraq müqavilənin müddəti 60 aya kimi uzadılmışdır. Aralarında olan razılşamanın müddəti 2021-ci ilin aprel avında bitir. İşə əlavə edilmiş sazişlərdən göründüyü kimi sazişlər yalnız kredit təşkilatı ilə onun arasında bağlanmışdır. X1 və Cavabdeh2 isə müqavilənin iştirakçısı deyillər. Buna görədə hesab edir ki, iddia tələbi üzrə zaminliyə xitam verilməlidir. Göründüyü kimi zaminlərin imzaladığı müqavilənin müddəti 2017-ci ildə bitmişdir. Müqavilə müddətindən 6 ilə yaxın vaxat keçmişdir. Bu müddət zaminliyə xitam üçün əsasdır. Bundan başqa hesab edir ki, iddiaçı "xxxx" MMM QBKT tərəfindən ona qarşı olan tələb üzrədə iddia müddəti keçirmişdir. Belə ki, o, müqavilə üzrə 2016-cı ildən ödənişləri dayandırmışdır. İddiaçı tərəf öz hüquqlarının pozulduğunu artıq 2016-cı ildən bilirdi. Müqavilə münasibətləri üzrə iddia müddəti 3 il nəzərdə tutulmuşdur. Müddətin bitməsi iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır. Bunun üçün mübahisə tərəfin ərizəsinin olması vacibdir. Odur ki, iddiaçı "xxxx" MMM QBKT-nin Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi üzrə iddia tələbinin iddia icraatı qaydasında araşdırılması, Cavabdeh1 və Cavabdeh2 ilə bağlanmış “Zaminlik müqaviləsi”nə xitam verərək onlara qarşı iddia tələbinin rədd edilməsi, ona qarşı olan iddia tələbi üzrə müddətin bitməsini nəzərə alaraq iddiadan imtina barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Lakin, İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatının nümayəndəsi 22 dekabr 2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirərək qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh3 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, onunla bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********3070 saylı kredit müqaviləsinə əsasən illik 23.77% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2500 (iki min beş yüz dollar) USD və **********3736 saylı kredit müqaviləsinə əsasən 2500 (iki min beş yüz manat) AZN məbləğində kredit verilmişdir. O, kredit borcundan müəyyən məbləğlərdə ödəniş etsə də, sonradan bank bağlandığı üçün ödənişlər edə bilməmişdir. Ona bankın Yevlax filialına yaxınlaşıb kredit borclarının ödəməsi bildirilmişdir. Lakin səhhəti ilə əlaqədar borclarını ödəyə bilməmişdir. Hesab edir ki, bank borc tələbi ilə bağlı iddia qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulan müddəti ötürmüşdür. Odur ki, iddia ərizəsi üzrə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh3 arasında bağlanmış 24 avqust 2015-ci il tarixli, **********3736 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh3 24 ay müddətinə illik faiz dərəcəsi 23.77 faiz olmaqla 2500 manat məbləğində kredit verilmişdir. Həmçinin zaminlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 bank qarşısında 24 avqust 2015-ci il tarixli, **********3736 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşlər. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 24 avqust 2015-ci il tarixli, **********3736 saylı kredit müqaviləsi üzrə götürdüyü 2500 manat məbləğində borcunu ona hesablanmış faizləri ilə birlikdə 24 ay müddətinə qaytarmalı olmuşdur. 24 avqust 2015-ci il tarixli, **********3736 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 25 aprel 2016-cı il tarixli sazişdən görünür ki, 24 avqust 2015-ci il tarixli, **********3736 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 əsas borcu 2071 manat təşkil edir. 25 aprel 2016-cı il tarixli sazişə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 25 aprel 2016-cı il tarixli saziş üzrə 2071 manat borcunu 60 ay müddətə qaytarmalı olmuşdur. İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh3 arasında bağlanmış 24 avqust 2015-ci il tarixli, **********3070 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh3 24 ay müddətinə illik faiz dərəcəsi 23.77 faiz olmaqla 2500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin zaminlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 bank qarşısında 24 avqust 2015-ci il tarixli, **********3736 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşlər. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 24 avqust 2015-ci il tarixli, **********3070 saylı kredit müqaviləsi üzrə götürdüyü 2500 ABŞ dolları məbləğində borcunu ona hesablanmış faizləri ilə birlikdə 24 ay müddətinə qaytarmalı olmuşdur. 24 avqust 2015-ci il tarixli, **********3070 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 25 aprel 2016-cı il tarixli sazişdən görünür ki, 24 avqust 2015-ci il tarixli, **********3070 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 əsas borcu 3247,78 manat təşkil edir. 25 aprel 2016-cı il tarixli sazişə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 25 aprel 2016-cı il tarixli saziş üzrə 3278,78 manat borcunu 60 ay müddətə qaytarmalı olmuşdur. 22 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 24 avqust 2015-ci il tarixli, **********3736 saylı kredit müqaviləsi üzrə 2160 manat əsas, 299,09 manat faiz borcu olmaqla, 2459,09 manat borcu vardır. 22 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 24 avqust 2015-ci il tarixli, **********3070 saylı kredit müqaviləsi üzrə 2071 manat əsas, 263,83 manat faiz borcu olmaqla, 2334,83 manat borcu vardır. Məhkəmə iclasında cavabdehin izahatları, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh3 arasında bağlanmış 24 avqust 2015-ci il tarixli, **********3736 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 24 ay müddətinə illik faiz dərəcəsi 23.77 faiz olmaqla 2500 manat məbləğində kredit verilmiş, eyni zamanda İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh3 arasında bağlanmış 24 avqust 2015-ci il tarixli, **********3070 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 24 ay müddətinə illik faiz dərəcəsi 23.77 faiz olmaqla 2500 ABŞ dolları məbləğində kredit verilmişdir. Bununla da bank kredit müqavilələri üzrə üzərinə düşən öhdəliyi icra etmişdir. Cavabdeh3 bank qarşısındakı kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə kredit müqavilələrinin zaminliyə dair hissəsini imzalamış, zaminlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 bank qarşısındakı kredit öhdəliklərinin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdələrininə götürmüşlər. Kredit sazişinə əsasən Cavabdeh3 kredit sazişi üzrə kredit məbləğini tərəflər arasında imzalanmış kredit sazişinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki əsasında hər ay hissə-hissə ödəməli olmuşdur. Lakin Cavabdeh3 kredit müqaviləsinin şərtlərini pozaraq kredit borcunu bankın hesabına ödəməmişdir. Cavabdeh3 iddianı qəbul etməyərək, iddia müddəti tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 473.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlərlə İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı arasında bağlanmış zaminlik müqaviləsi əsasında zaminlər Cavabdeh1 və Cavabdeh2 bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, LPO İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək Cavabdeh3 kredit məbləği verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 kredit sazişi üzrə kredit borcunun tam şəkildə iddiaçının hesabına ödənilməsini təmin etməmişlər. Bu səbəbdən də LPO İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı ödənilməmiş kredit borcunun ödənilməsini Cavabdeh3 tələb etməkdə haqlıdır. İddiaçı LPO İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı iddia tələbində borcun əsas borclu Cavabdeh3 ilə yanaşı, zaminlər Cavabdeh1 və Cavabdeh2 da borcun tutulmasını xahiş etsə də, məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş kredit borcunun zamindən tələb etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Belə ki, Azərbaycan Respubikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi kredit müqavilələri LPO İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh3 arasında 24 avqust 2015-ci il tarixdə 60 ay müddətinə, yəni 24 avqust 2020-ci il tarixədək imzalanmışdır. Eyni zamanda kredit müqaviləsinin restukrizasiyasına dair saziş 25 aprel 2016-cı il tarixdə 60 ay müddətinə imzalanmışdır. Kredit müqavilələrinin zaminliyinə dair hissəsi isə Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanmışdır. Məhkəmə hesab edir ki, iddiaçı LPO İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı zaminlərə qarşı iddia qaldırmaq üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Eyni zamanda məhkəmə Cavabdeh3 idda müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd edir ki, LPO İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh3 arasında 24 avqust 2015-ci il tarixdə 60 ay müddətinə, yəni 24 avqust 2020-ci il tarixədək kredit müqavilələri imzalanmışdır. Bundan başqa kredit müqaviləsinin restukrizasiyasına dair saziş 25 aprel 2016-cı il tarixdə 60 ay müddətinə imzalanmışdır. Göründüyü kimi cavabdehin öhdəliklərini icra etmə müddəti 25 aprel 2021-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələbləri baxımından müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Göründüyü kimi iddiaçı əsas borcluya qarşı məhkəmədə iddia qaldırmaq müddətini ötürməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 374.2-ci maddəsinə əsasən iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 **********6888 saylı kredit müqaviləsi üzrə 2160 manat əsas borc, 299.09 manat faiz borcu olmaqla, cəmi 2459.09 manat borc, həmçinin, **********6875 saylı kredit müqaviləsi üzrə 2071 manat əsas borc, 263.83 manat faiz borcu olmaqla, cəmi 2334.83 manat borc və ödənilmiş 67.94 manat dövlət rüsumu LPO İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatının xeyrinə tutulmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 **********6888 saylı kredit müqaviləsi üzrə 2160 manat əsas borc, 299.09 manat faiz borcu olmaqla, cəmi 2459.09 manat borc, həmçinin, **********6875 saylı kredit müqaviləsi üzrə 2071 manat əsas borc, 263.83 manat faiz borcu olmaqla, cəmi 2334.83 manat borc və ödənilmiş 67.94 manat dövlət rüsumu LPO İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatının xeyrinə tutulsun. İddia Cavabdeh1 və Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar