Məhkəmə qərarları › İş №e-2(075)-2079/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2079/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2079/2024 10.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Bankı ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Bankı ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehiddiaçı "xxxx" ASC-nin xeyrinəxx.xx.2023-cü il tarixli, BPM**********44 nömrəli kredit müqaviləsi üzrə banka borcu 7548.37 manat əsas, 2167.87 manat faiz borcu olmaqla, cəmi 9716.24 manat nağd kredit, xx.xx.2020-ci il tarixli, BPM**********72 nömrəli tam kart çərçivə müqaviləsi üzrə borcu500 manat əsas, 131.62 manat faiz borcu olmaqla, cəmi 631.62 manat kart kredit borclarının tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 121.04 AZN dövlət rüsumunun və 0.4 AZN bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Bankı ASC-nin nümayəndəsi məhkəməyə elektron qaydada iddia tələbinin həcminin artırılması barədə ərizə göndərərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, BPM**********44 nömrəli kredit müqaviləsi üzrə banka borcu 7548.37 manat əsas, 2597,08 manat faiz borcu olmaqla, cəmi 10145,45 manat nağd kredit, xx.xx.2020-ci il tarixli, BPM**********72 nömrəli tam kart çərçivə müqaviləsi üzrə borcu 500 manat əsas, 160,91 manat faiz borcu olmaqla, cəmi 860,91 manat kart kredit borclarının tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 122,42 AZN dövlət rüsumunun və 0.8 AZN bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Xətai filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********44 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə hesablanmaqla 7750 manat məbləğində kredit verilmişdir. Həmçinin bank ilə cavabdeh arasında imzalanmış xx.xx.2020-ci il tarixli, BPM**********72 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 500 manat məbləğində kredit xətti açılmışdır. Borclu Cavabdeh kredit müqavilələri üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilələr ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. Xətai filialı tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli, BPM**********44 nömrəli kredit müqaviləsi üzrə banka borcu 7548.37 manat əsas, 2167.87 manat faiz borcu olmaqla, cəmi 9716.24 manat, xx.xx.2020-ci il tarixli, BPM**********72 nömrəli tam kart çərçivə müqaviləsi üzrə borcu500 manat əsas, 131.62 manat faiz borcu olmaqla, cəmi 631.62 manat təşkil edir. Beləliklə, Cavabdeh borcun vaxtında qaytarılması haqqında tərəfimizdən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdehsonuncu rəsmi qeydiyyatda olduğu yer üzrə xx.xx.2024-cü il tarixində 6-2-22/2-25019/2024 saylı xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Bankı ASC-nin nümayəndəsi izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********44 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən xx.xx.2023-cü il tarixli, BPM**********44 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə hesablanmaqla 7750 manat məbləğində kredit verilmişdir. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********44 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən xx.xx.2023-cü il tarixli, BPM**********44 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə hesablanmaqla 7750 manat məbləğində kredit verilmişdir. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********72 nömrəli tam kart çərçivə müqaviləsindən görünür ki, həmin tam kart çərçivə müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 500 manat məbləğində kredit xətti açılmışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, BPM**********44 nömrəli kredit müqaviləsinə əsasən götürdüyü 7750 manat məbləğdə krediti ona hesablanmış faizləri ilə birlikdə 48 ay müddətinə qaytarmalı olmuşdur. xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 121,04 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ...öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Məhkəmə hesab edir ki, kreditorun borcluya bildiriş göndərərək bütün borcun qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, BPM**********44 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 7548,37 manat əsas borcu, 2100,33 manat faiz borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********72 nömrəli tam kart çərçivə müqaviləsi üzrə ödənilməmiş 500 manat əsas borcu, 126,87 manat faiz borcu qalmışdır. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 739.1, 739.2, 743.1, 746.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, BPM**********44 nömrəli kredit müqaviləsi üzrə banka borcu 7548.37 manat əsas, 2100,33 manat faiz borcu, xx.xx.2020-ci il tarixli, BPM**********72 nömrəli tam kart çərçivə müqaviləsi üzrə borcu 500 manat əsas, 126,87 manat faiz borcu olmaqla, ümumilikdə 10275,57 manat borc və iddia ərizəsi üçün ödənilmiş 120,82 manat dövlət rüsumu və 0.4 AZN bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, BPM**********44 nömrəli kredit müqaviləsi üzrə banka borcu 7548.37 (yeddi min beş yüz qırx səkkiz manat otuz yeddi qəpik) manat əsas, 2100,33 (iki min yüz manat otuz üç qəpik) manat faiz borcu, xx.xx.2020-ci il tarixli, BPM**********72 nömrəli tam kart çərçivə müqaviləsi üzrə borcu 500 (beş yüz) manat əsas, 126,87 (yüz iyirmi altı manat səksən yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 10275,57 (on min iki yüz yetmiş beş manat əlli yeddi qəpik) borc və iddia ərizəsi üçün ödənilmiş 120,82 (yüz iyirmi manat səksən iki qəpik) manat dövlət rüsumunun və 0.4 AZN (qırx qəpik) bank xidmət haqqının tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar