Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2091/2022 19.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulmasına dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə 209.08 manat əsas borc, 17.42 manat cərimə olmaqla, cəmi 226.50 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi qaydada bildirişlər göndərilmiş, lakin cavabdehlər tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ərzində iddiaya qarşı etiraz məhkəməyə daxil olmamışdır. Buna görə də məhkəmə iddia üzrə məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını və həmin işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab edir. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 26 may 2021-ci il tarixli, 18734/2 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 12 ay müddətinə illik 26 faiz ödəmək şərti ilə 1200 manat məbləğində kredit verilmişdir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında 26 may 2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC qarşısındakı 26 may 2021-ci il tarixli, 18734/2 nömrəli kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirilənədək onunla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərinin icrasını təmin etməmişlər. İşdə olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Şəki filialı ilə Cavabdeh2 arasında bağlanmış 26 may 2021-ci il tarixli, 18734/2 nömrəli kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əsasən Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən Cavabdeh2 12 ay müddətinə illik 26 faiz ödəmək şərti ilə 1200 manat məbləğində kredit verilmişdir. İşdə olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Şəki filialı ilə Cavabdeh1 arasında bağlanmış 26 may 2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 26 may 2021-ci il tarixli, 18734/2 nömrəli kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirilənədək Cavabdeh2 ilə birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İşdə olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən verilmiş 14 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 kredit təşkilatına 209.08 manat əsas borc, 17.42 manat cərimə olmaqla, cəmi 226.50 manat borcu vardır. Məhkəmə bilavasitə təqdim edilmiş sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən müqavilə iştirakçılardan bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdehlər kredit müqaviləsi üzrə kredit borcunun tam şəkildə iddiaçının hesabına ödənilməsini təmin etməmişlər. Bu səbəbdən də Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, 209.08 manat əsas borc, 17.42 manat cərimə olmaqla, cəmi 226.50 manat borc, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-1, 284- 5 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. 209.08 manat əsas borc, 17.42 manat cərimə olmaqla, cəmi 226.50 manat borc, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elçin Mehdiyev MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi 19 oktyabr 2022-ci il Şəki şəhəri Mən, Şəki Rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlu İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulmasına dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 11:15-də başlandı. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2və Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə 1448,37 manat əsas borc, 23,75 manat faiz borcu və 0.15 manat cərimə borcu olmaqla, cəmi 1472,27 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi qaydada bildirişlər göndərilmiş, lakin cavabdehlər tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ərzində iddiaya qarşı etiraz məhkəməyə daxil olmamışdır. Buna görə də məhkəmə iddia üzrə məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını və həmin işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab edir. Ona görə də bu barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 11:30-da qurtardı. Hakim: Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-2091/2022 19 oktyabr 2022-ci il İddiaçı: Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nə (Şəki şəhəri, İ.Həmidov küçəsi dalan 1, ev 2) Cavabdehlər: Cavabdeh2, (Şəki şəhəri V.Məmmədov ev 1/9) Cavabdeh1 (Şəki şəhəri M.B.Qasımov ev 24) Şəki Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(075)-2091/2022 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 02 vərəqə, 04 səhifə. Hakim Elçin Mehdiyev.
Məhkəmə qərarları › İş №e-2(075)-2091/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2091/2022
19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver