Məhkəmə qərarları › İş №e-2(075)-2100/2025

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2100/2025

09.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2100/2025 09.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 qarşı “maddi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 qarşı “maddi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı2 məhkəməyə ərizə ünvanlayaraq, onun və İddiaçı1 iddia ərizəsi və ona əlavə edilmiş sənədlərinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1 - 261.0.3 və 261.0.6 - 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə həmçinin qeyd edir ki, MPM-in 114.1.3-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 qarşı “maddi zərər” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** saylı qəbz üzrə ödənilmiş 36,70 manat dövlət rüsumu İddiaçı2 geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar