Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2115/2024 17.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh AVNS 1073 saylı maliyyələşdirmək üçün ərizəyə əsasən 499.95 manat əsas borc, 146.77 manat cərimə borcu olmaqla, cəmi 646.72 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə GTC-13015İB/2019 saylı ərizə imzalanmış, ərizəni imzalamaqla o Bank xidmətlərinin göstərilməsinə dair X1 Bankın rəsmi internet səhifəsindəwww.pashabank.az saytında yerləşdirilmiş xx.xx.2020-ci il tarixli 1.1.3 nömrəli versiyasının şərtlərini (müvafiq redaksiyada) qəbul etmişdir. Həmin Ərizənin daxilində AVNS1073 saylı xx.xx.2020-ci il tarixli maliyyələşdirilmə üçün Ərizə forması imzalanmış və Bank tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 20%, illik cərimə faizi 24% olmaqla, 500 (beş yüz) manat məbləğində istehlak xərcləri məqsədilə kredit xətti ayrılmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixinə İddiaçı ASC qarşısında AVNS 1073 saylı maliyyələşdirilmə üçün ərizəyə əsasən 499.95 (dörd yüz doxsan doqquz manat doxsan beş qəpik) manat əsas borc, 146.77 (bir yüz qırx altı manat yetmiş yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 646.72 (altı yüz qırx altı manat yetmiş iki qəpik) manat təşkil edir. Gecikmə günlərinin sayı 441 gün təşkil edir. Qeyd olunanlara əsasən Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. X2 əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə, Kreditdən “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan məqsədlər üçün istifadə edilmədikdə və ya Kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı Bankın əsaslı ehtimalları yarandıqda Bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və/və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadansadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli GTC-13015İB/2019 saylı saylı razılıq ərizəsinə əsasən iddiaçı tərəfindən istehlak məqsədləri üçün illik faiz dərəcəsi 20%, cərəmə faizi 24% olmaqla 500 manat məbləğində kredit xətti ayrılmışdır. İddiaçı öz öhdəliyini yerinə yerinə yetirsə də cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə əsas, faiz və cərimə borcu yaranmışdır. İddiaçı borcun ödənilməsi barədə cavabdehə bildiriş göndərmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 739.1, 739.2, 743.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 499.95 manat əsas borc tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən 146.77 manat cərimə borcunun tutulması hissəsində iddianı əsaslı hesab etmir. Belə ki, iddiaçı "xxxx" ASC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 146.77 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli GTC-13015İB/2019 saylı saylı razılıq ərizəsi üzrə 50 manat məbləğdə cərimə borcunun tutulması məqsədə müvafiqdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 499.95 (dörd yüz doxsan doqquz manat doxsan beş qəpik) manat əsas borc, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 569.95 (beş yüz qırx doqquz manat doxsan beş qəpik) manat borc məbləği və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2115/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2115/2024
17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver