Məhkəmə qərarları › İş №e-2(075)-212/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-212/2025

01.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-212/2025 01.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı Ayatəli oğlunun və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Ayatəli oğlunun Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təsviri hissə: İddiaçı Ayatəli oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş 3255 (üç min iki yüz əlli beş) manat məbləğində maddi zərərin və ödənilmiş 52.55 (əlli iki manat əlli beş qəpik) manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, onun mülkiyyətində Nissan Sentra minik markalı, **-TH-*** dövlət nömrə nişanlı avtomobil olmuşdur. xx.xx.2024-cü il tarixdə ona məxsus həmin Nissan Sentra minik markalı, **-TH-*** dövlət nömrə nişanlı avtomibili yaşadığı evin qarşısında saxlamışdır. Həmin günü saat 10:00 – 11:00 radələrində sürücü Cavabdeh idarə etdiyi “Ford Transit” yük markalı avtomobil ilə hərəkətdə olarkən sükan arxasında yatmış və beləliklə həmin avtomobil ona məxsus avtomobilə çırpılmışdır. Həmin hadisə Şəki ŞRPŞ-nin TB-də araşdırılmış və Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən vətəndaş Cavabdeh barəsində material üzrə cinayət işinin başlanılması rədd edilmiş, vətəndaş Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsi qərara alınmışdır. Hadisə nəticəsində ona məxsus Nissan Sentra minik markalı, **-TH-*** dövlət nömrə nişanlı avtomobil Şəki Avtomotoservis ASC-də müayinə edilmiş və avtomobilə 7455 manat maddi ziyanın dəyməsi müəyyən edilmişdir. Hadisədən sonra "xxxx" ASC tərəfindən ona məxsus Nissan Sentra minik markalı, **-TH-*** dövlət nömrə nişanlı dəymiş zərərin bir hissəsi yəni 4200 manatı ona ödənilmişdir. O, onun avtomobilinə dəymiş ziyanın qalıq hissəsini (7455 AZN – 4200 AZN = 3255 AZN) Cavabdeh tələb etsə də, o həmin qalıq məbləği ona ödəyəcəyini bildirsə də, hal-hazıradək ona həmin məbləği verməmişdir. O, dəfələrlə cavabdehdən ona vurduğu həmin zərərin ödənilməsini tələb etsə də, o, müxtəlif bəhanələr gətirərək həmin zərəri ödəməkdən imtina edir. Ona görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən ona vurulmuş 3255 (üç min iki yüz əlli beş) manat məbləğində maddi zərərin, tərəfindən "xxxx" MMC-yə ödənilmiş 300 manat xidmət haqqının, ödənilmiş 52.55 (əlli iki manat əlli beş qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə icraata qəbul edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən İddiaçı Ayatəli oğlu və onun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etdi. Sübutların tədqiqi: İş materiallarında olan: - xx.xx.2024-cü il qeydiyyat tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Nissan sentra minik” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. - xx.xx.2024-cü il tarixli, Şəki "xxxx" ASC tərəfindən tərtib olunmuş qüsur aktından görünür ki, “Nissan sentra minik” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan təmir xərci ilə birlikdə 7455 manat təşkil edir. - xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən, Vələdov X2 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh X1 327.1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, “Nissan sentra minik” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün eydiyyat hissələrinin dəyəri – 5100 manat, işçilik xidmət haqqı 1900 manat, ümumilikdə 7000 manat təşkil edir. - xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 4200 manat sığorta ödənişi həyata keçirilmişdir. - İddiaçı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-yə 300 manat ödəniş həyata keçirilmişdir. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı Ayatəli oğlu tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 54 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə qeyd edir ki, hazırkı işdə bu əsaslar müəyyən edilir. Çünki baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə zərər dəyməsi, həmin hadisə baş verərkən Cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati qaydada cərimə edilməsi işin mübahisəsiz hallarıdır. Ona görə də, iddiaçı baş vermiş delikt nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda həmin zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuşdur. Bu səbəbdən vurulmuş zərərə görə məsuliyyət Mülki Məcəllənin 1108.1-ci maddəsinə uyğun müəyyən olunmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərərə görə məsuliyyəti yüksək təhlükə mənbəyini idarə edən Cavabdeh daşıyır. Ona görə də, iddiaçıya dəymiş zərərin məbləği Cavabdeh tərəfindən ödənilməlidir. Həmin zərərin məbləği isə aşağıdakı qaydada müəyyən edilməlidir. İddiaçı tərəfindən məhkəməyə ziyan aktı təqdim edilmiş, lakin cavabdehin etirazı səbəbindən məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəyə əsasən “Nissan sentra minik” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün eydiyyat hissələrinin dəyəri – 5100 manat, işçilik xidmət haqqı 1900 manat, ümumilikdə 7000 manat zərər müəyyən edilmişdir. Eyni zamanda işin mübahisəsiz halıdır ki, dəymiş zərərlə bağlı iddiaçıya 4200 manat sığorta ödənişi ödənilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat sığorta məbləği müəyyən edilmişdir. Ona görə məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı dəymiş maddi zərərin əvəzi olaraq Cavabdeh 2000 (7000–5000=2000) manat alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı ona ödənilməli olan pulun 5000 manata qədər olan hissəsini sığortaçıdan tələb etməli idi. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 40 manat ödənilmiş dövlət rüsumunun əvəzi, 0.4 manat xidmət haqqı və 300 manat məhkəmə xərci ("xxxx" MMC-yə ödənilən məbləğ) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh 2000 (iki min) manat vurulmuş zərərin əvəzi, 40 (qırx) manat ödənilmiş dövlət rüsumunun əvəzi, 0,40 (qırx qəpik) manat xidmət haqqı və 300 (üç yüz) manat məhkəmə xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar