Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2144/2023 01.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı Rafiq qızının iştirakı ilə, İddiaçı Rafiq qızının Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Rafiq qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından 11 yanvar 2013-cü ildə doğulmuş uşaqları X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəki Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(075)-885/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 150 manat alimentin artırılaraq, Cavabdeh hər ay 250 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi, həmçinin 50 manat mediasiya xərcinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını 03 avqust 2010-cu il tarixində Şəki şəhər Qeydiyyat Şöbəsində 250 nömrə ilə qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 11 yanvar 2013-cü il tarixdə X3 adlı bir övladları anadan olmuşdur. İlk vaxtlar səmimi ailə münasibətlərində yaşasalar da, sonradan ondan asılı olmayan səbəblərdən ailə münasibətləri pozulmuşdur. Bundan sonra Cavabdeh iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, onunla aralarında Şəki şəhər Qeydiyyat Şöbəsində bağlanmış 03 avqust 2010-cu il tarixli, 250 nömrəli nikahın pozulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(075)-885/2020 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh ilə onun arasında 03 avqust 2010-cu il tarixdə Şəki rayon qeydiyyat şöbəsində bağlanmış 250 nömrəli nikahın pozulması, birgə nikahdan olan uşaqları - 11 yanvar 2013-cü il təvəllüdlü X1 onun yanında saxlanılması, 11 yanvar 2013cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat məbləğində alimentin ona verilməsi, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsi qəbul edildiyi 01 oktyabr 2020-ci il tarixdən hesablanması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 manat rüsumunun onun özünə aid edilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Keçən bu müddət ərzində ölkələrində və dünyada kifayət qədər dəyişikliklər baş vermiş, demək olar ki, hər şeyin qiyməti artmışdır. Azyaşlı övladları 11 yanvar 2013-cü il təvəllüdlü X3 da artıq 11-ci yaşda olmaqla onun da, xərcləri artmışdır. Belə ki, onun təhsili, geyimi, qidalanması əlavə xərclər tələb edir. Cavabdeh həm müəllim kimi işləməklə, həm də fərdi əməklə məşğul olmaqla kifayət qədər yaxşı qazanca malikdir. Hesab edir ki, cavabdehin uşaqları saxlanması üçün daha artıq miqdarda aliment vermək imkanı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinin və “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 26-cı maddəsinin tələblərinə uyğun olaraq aralarında olan mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi üçün tərəfindən mediatora müraciət edilmişdir. Lakin, mübahisənin mediasiya mərhələsində həlli mümkün olmamışdır. Bu barədə 04 iyul 2023-cü ildə, MŞŞ/MT018/2023-01579 nömrəli arayış verilmişdir. Məhkəmə iclasında İddiaçı Rafiq qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin 2 (075)-885/2020 saylı, 01 oktyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə cavabdeh İddiaçı Rafiq qızı arasında 03 avqust 2010-cu il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış 250 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları 11 yanvar 2013-cü il təvəllüdlü X2 anası İddiaçı Rafiq qızının yanında saxlanılması və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 150 manat məbləğində alimentin iddiaçı Cavabdeh alınaraq cavabdeh İddiaçı Rafiq qızına verilməsi qət edilmişdir. Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 11 yanvar 2013-cü il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçı Rafiq qızıdır. 04 iyul 2023-cü il tarixli, MŞŞ/MT018/2023-01579 ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı Rafiq qızı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Rafiq qızının Şəki Rayon Məhkəməsinin 2 (075)-885/2020 saylı, 01 oktyabr 2020-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılmaları üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 11 yanvar 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı Rafiq qızının xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11 yanvar 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 190 (bir yüz doxsan) manat məbləğində aliment tutularaq İddiaçı Rafiq qızına ödənilməli, alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 42.80 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh ödənilmiş mediasiya xərcinin 25 manatı tutularaq İddiaçı Rafiq qızına ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11 yanvar 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 190 (bir yüz doxsan) manat məbləğində aliment tutularaq İddiaçı Rafiq qızına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 42.80 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin 25 manatı tutularaq İddiaçı Rafiq qızına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-2144/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2144/2023
01.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver