Məhkəmə qərarları › İş №e-2(075)-2153/2025

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2153/2025

12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2153/2025 12.01.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı kreditin qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10 000 ( on min) manat əsas borcu və dövlət rüsumu qaydasında ödədiyi 120 (yüz iyirmi) manatın, ümumilikdə 10.120 (on min yüz iyirmi) manat məbləğində pul vəsaitinin tutularaq nəfinə ödənilməsi barəsində qətnamə qəbul etməyinizi xahiş etmişdir. Tərəflər məhkəmənin baxış iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə m.əhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron qaydada ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini üzrlü hesab edərək, işə onun iştirakı olmadan baxılmasını və iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində məhkəmə iclasında iştirak etməməsinin üzrlü hesab edilməsini xahiş etsədə, iştirak etməməyinin üzürlü olması barədə sübutlar təqdim etməmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Göründüyü kimi işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş tərəflər, iştirak etməmələrinin üzrlü olması barədə sübutlar təqdim etməmişlər. İş üzrə iddiaçı iddianın predmetini pul məbləği təşkil edir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc məbləğindən hər hansı ödənişin edilib-edilməməsi və s. hallar tərəflərin iştirakı ilə məhkəmə baxışı zaman müəyyən edilməlidir, hazırki halda isə tərəflər iştirak etmədiyi üçün işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qərarının çıxarılması məqsədə uyğun deyildir. Belə olan halda iddiaçının ərizəsi baxılmamış saxlanılmalı və ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ İddiaçı izah edilməlidir. Göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçının Cavabdeh qarşı kreditin qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçı izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar