Məhkəmə qərarları › İş №e-2(075)-216/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-216/2024

09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-216/2024 09.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı "Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 1090 (bir min doxsan) manat, faiz borcu üzrə 2678.88 (iki min altı yüz yetmiş səkkiz manat, səksən səkkiz qəpik) manat olmaqla, cəmi 3768.88 (üç min yeddi yüz altımış səkkiz manat, səksən səkkiz qəpik) manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 57.69 (əlli yeddi manat, altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi 18 oktyabr 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, iş üzrə məhkəmə hazırlıq iclası keçirilmiş, növbəti məhkəmə hazırlıq iclası bu günə, yəni 09 yanvar 2024-cü il tarixə təyin edilmişdir. Lakin 08 yanvar 2024-cü il tarixdə iddiaçı «Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilat məhkəməyə elektron qaydada ərizə göndərərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. İddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: İddiaçı "Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı "Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının ərizəsi ilə bağlı ödəmiş olduğu 58 manat rüsumü dövlət büdcəsindən onun özünə qaytarılsın. İddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar