Məhkəmə qərarları › İş №e-2(075)-2180/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2180/2022

29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2180/2022 29.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 007A********** saylı, 007A********** saylı və 007A********** saylı kredit müqaavilələrinin ləğv edilməsi və Cavabdeh İddiaçı QSC-nin xeyrinə 007A********** saylı kredit müqaviləsi üzrə 253.61 manat məbləğində kredit borcu, 4.18 manat məbləğində faiz borcu və 161.88 manat məbləğində cərimə, 007A********** saylı kredit müqaviləsi üzrə 272.49 manat məbləğində kredit borcu, 4.63 manat məbləğində faiz borcu və 173.95 manat məbləğində cərimə, 007A********** saylı kredit müqaviləsi üzrə 760.64 manat məbləğində kredit borcu, 11.84 manat məbləğində faiz borcu və 485.61 manat məbləğində cərimə olmaqla, hər üç müqavilə üzrə ümumilikdə 2128.83 manat məbləğində borcun və ödənilmiş 41.29 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında aylıq 0.0833 faiz olmaqla 60 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 253.61 manat məbləğində kredit verilmişdir. O, həmin kredit müqaviləsi üzrə götürdüyü kredit borcundan heç bir ödəniş etməmiş və onun iddiaçıya 253.61 manat əsas kredit borcu, 4.18 manat faiz borcu və 161.88 manat cərimə borcu qalmışdır. Bundan başqa, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında aylıq 0.0833 faiz olmaqla 60 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 770.18 manat məbləğində kredit verilmişdir. O, həmin kredit müqaviləsi üzrə götürdüyü kredit borcundan 9.54 manat ödəniş etmiş və onun iddiaçıya 760.64 manat əsas kredit borcu, 11.84 manat faiz borcu və 485.61 manat cərimə borcu qalmışdır. Bundan başqa, Cavabdeh. Bəhram oğluna İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında aylıq 0.0833 faiz olmaqla 60 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 272.49 manat məbləğində kredit verilmişdir. O, həmin kredit müqaviləsi üzrə götürdüyü kredit borcundan heç bir ödəniş etməmiş və onun iddiaçıya 272.49 manat əsas kredit borcu, 4.63 manat faiz borcu və 173.95 manat cərimə borcu qalmışdır. Cavabdehə qeyd edilən borclarını ödəmədiyindən iddiaçı hazıkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi işə onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə elektron ərizə göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh qeyd edilən kredit müqavilələri üzrə borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq edilsə də o, banka olan borclarını ödəməkdən yayınmışdır. Ona görə də, iddia tələbinin təmin edilməsini, kredit müqavilələri üzrə borc məbləğlərinin cavabdehdən tutulması barəd qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh 60 ay müddətinə, illik 0.0833 faiz dərəcəsi ilə 253.61 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh 60 ay müddətinə, illik 0.0833 faiz dərəcəsi ilə 770.18 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh 60 ay müddətinə, illik 0.0833 faiz dərəcəsi ilə 272.49 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 26 sentyabr 2022-ci il tarixli, 1611 nömrəli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 21 sentyabr 2022-ci il tarixə 30 iyul 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 253.61 manat əsas, 4.18 manat faiz, 161.88 manat cərimə borcu olmaqla cəmi 419.67 manat kredit borcu vardır. İş materiallarına əlavə edilmiş 26 sentyabr 2022-ci il tarixli, 1612 nömrəli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 21 sentyabr 2022-ci il tarixə 30 iyul 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 272.49 manat əsas, 4.63 manat faiz, 173.95 manat cərimə borcu olmaqla cəmi 451.07 manat kredit borcu vardır. İş materiallarına əlavə edilmiş 26 sentyabr 2022-ci il tarixli, 1613 nömrəli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 21 sentyabr 2022-ci il tarixə 30 iyul 2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 760.44 manat əsas, 11.84 manat faiz, 485.61 manat cərimə borcu olmaqla cəmi 1258.09 manat kredit borcu vardır. İş materiallarına əlavə edilmiş 14 sentyabr 2022-ci il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, Cavabdeh banka olan borclarının ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi əsasında aylıq ona 0.0833 faiz olmaqla 60 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 253.61 manat məbləğində kredit verilmişdir. Bundan başqa, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi əsasında ona aylıq 0.0833 faiz olmaqla 60 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 770.18 manat məbləğində kredit verilmişdir. Həmçinin İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsi əsasında ona aylıq 0.0833 faiz olmaqla 60 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 272.49 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqavilələrinin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış və hazırda onun İddiaçı QSC-yə ümumilikdə 2128.83 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüququ münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Göründüyü kimi İddiaçı QSC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı QSC kredit borcunun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Bundan başqa cərimənin ödənilməsi tələbinin hüquqi əsаslаrını müəyyən edən Аzərbаycаn Respublikаsı Mülki Məcəllənin 460.1-ci mаddəsində göstərilmişdir ki, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci mаddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci mаddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci mаddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 467-ci mаddəsinə əsasən məhkəmə işin hаllаrını nəzərə аlаrаq tənаsübsüz surətdə yüksək dəbbə pulunu аzаldа bilər. Tənаsüb müəyyənləşdirilərkən kreditorun həm əmlаk mənаfeləri, həm də bütün əsаslı mənаfeləri nəzərə аlınır. İş mаteriаllаrındаn göründüyü kimi, kreditоrun bоcluyа hesаblаdığı cərimələr tənаsübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə, cavabdehin yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafeyinə mənfi təsir edə bilməsini nəzərə alaraq hesab edir ki, 007A********** saylı saylı kredit müqaviləsi üzrə hesablanmış 161.88 manat cərimə borcu azaldılaraq 15 manat, 007A********** saylı kredit müqaviləsi üzrə hesablanmış 485.61 manat cərimə borcu azaldılaraq 20 manat, 007A********** saylı kredit müqaviləsi üzrə hesablanmış 173.95 manat cərimə borcu isə azaldılaraq 15 manat məbləğində müəyyən edilməli və bununla da cavabdehin mülkiyyət maraqları qorunmuş və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmış olacaqdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh arasında 30 iyul 2019-cu il tarixdə bağlanmış 007A********** saylı, 007A********** saylı və 007A********** saylı kredit müqaavilələri ləğv edilməli, Cavabdeh 30 iyul 2019-cu il tarixli, 007A********** saylı saylı kredit müqaviləsinə əsasən 253.61 manat əsas, 4.18 manat faiz, 15 manat cərimə borcu, 30 iyul 2019-cu il tarixli, 007A********** saylı saylı kredit müqaviləsinə əsasən 760.64 manat əsas, 11.84 manat faiz, 20 manat cərimə borcu, 30 iyul 2019-cu il tarixli, 007A********** saylı saylı kredit müqaviləsinə əsasən 272.49 manat əsas, 4.63 manat faiz, 15 manat cərimə borcu olmaqla, ümumilikdə 1357.39 manat məbləğində kredit borcu tutulub İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 41.29 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında 30 iyul 2019-cu il tarixdə bağlanmış 007A********** saylı, 007A********** saylı və 007A********** saylı kredit müqavilələri ləğv edilsin. Cavabdeh 30 iyul 2019-cu il tarixli, 007A********** saylı saylı kredit müqaviləsinə əsasən 253.61 manat əsas, 4.18 manat faiz, 15 manat cərimə borcu, 30 iyul 2019-cu il tarixli, 007A********** saylı saylı kredit müqaviləsinə əsasən 760.64 manat əsas, 11.84 manat faiz, 20 manat cərimə borcu, 30 iyul 2019-cu il tarixli, 007A********** saylı saylı kredit müqaviləsinə əsasən 272.49 manat əsas, 4.63 manat faiz, 15 manat cərimə borcu olmaqla, ümumilikdə 1357.39 manat məbləğində kredit borcu və 41.29 manat məbləğində dövlət rüsumu tutulub İddiaçı QSC-yə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar