Məhkəmə qərarları › İş №e-2(075)-2181/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2181/2022

23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2181/2022 23.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, (Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh) iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən 7401,23 AZN əsas borc, 1368,49 AZN faiz borcu olmaqla, cəmi 8769,72 AZN borcun və 107,69 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən ona illik 22 faiz dərəcəsi ilə 48 ay müddətinə 7401,23 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən 7401,23 AZN əsas borc, 1368,49 AZN faiz borcu olmaqla, cəmi 8769,72 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasına gəlməsini təmin etməmişdir. Lakin, İddiaçı ASC-nin nümayəndəsi X1 xx.xx.2022-ci il tarixdə elektron qaydada məhkəməyə göndərdiyi ərizəsində işə iddiaçı tərəfin iştirakı olmadan baxılaraq iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh izahat verərək göstərmişdir ki, həqiqətəndə onunla İddiaçı ASC ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 7401,23 AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən götürdüyü krediti ona hesablanmış faizləri ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Bildirmişdir ki, o, əvvəllər 15 il, 6 ay müdətddə polis orqanlarında işləmişdir. Sonradan açıq ürək əməliyyatl olduğu üçün onu işdən azad etmişlər. İşdən azad olunandan sonra o, İİ qrup əlil kimi pensiyaya çıxmışdır. 2011-ci ilin fevral ayından 2021-ci ilə kimi sosial müavinat almışdır. Lakin 2021-ci ilin noyabr ayından aldığı sosial müavinatı kəsilmişdir. Göstərmişdir ki, uşağı universtetə qəbul olandan sonra, pula ehtiyacı olduğu üçün bankdan kredit götürmüşdür. Həyat yoldaşı da əməliyyat olunduğu üçün əlavə olaraq da kredti almışdır. Sosial müavinat aldığı dövrdə aylıq 135 manat olmaqla borcunu ödəmişdir. Lakin sosial müavinatı kəsiləndən sonra, başqa gəlir yeri olmadığı üçün borcunu ödəyə bilməmişdir. Hal-hazırda işsizdir. Maddi imkanı aşağıdır. Banka olan borcunu qəbul edir. Qanuna müvafiq qətnamə çıxarılmasını etiraz etmədiyini bildirmişdir. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli RGTK4533516A170 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh illik 22 faiz dərəcəsi ilə 48 ay müddətinə 7401,23 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 7401,23 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 48 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC-nin müştərisi olan Cavabdeh xx.xx.2022-ci il tarixə xx.xx.2021-ci il tarixli RGTK4533516A170 saylı kredit müqaviləsi üzrə 7401,23 manat əsas, 1368,49 manat faiz, cəmi 8769,72 manat borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli RGTK4533516A170 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 22 faiz dərəcəsi ilə 48 ay müddətinə 7401,23 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh isə qanuni qərar çıxarılmasına etiraz etməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli RGTK4533516A170 saylı kredit müqaviləsinə əsasən 7401,23 AZN əsas borc, 1368,49 AZN faiz borcu olmaqla cəmi 8769,72 AZN borc və 107,69 AZN dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli RGTK4533516A170 saylı kredit müqaviləsinə əsasən 7401,23 AZN əsas borc, 1368,49 AZN faiz borcu olmaqla cəmi 8769,72 AZN borc və 107,69 AZN dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar