Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2186/2022 02.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 2(075)-1809/2019 nömrəli, 22 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən 31 yanvar 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün tutularaq ona ödənilən 110 manat alimentin miqdarını 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbаycаn Respublikаsı Qanunundа uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu məbləğində bir uşağa görə nəzərdə tutulmuş 193 manat məbləğinə artırılması, Şəki 1 saylı Meiasiya Təşkilatının hesabına ödədiyi 50 manat mediasiya xərcinin və Şəki Regional vəkil bürosunun hesabına ödədiyi 50 manatın Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs İddiaçı 21 sentyabr 2011-ci il tarixdə Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahlarından 31 yanvar 2013-cü il təvəllüdlü X7 adlı bir övladları anadan olmuşdur. Bildirmişdir ki, tərəflər ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan ailə münasibətləri pozulmuş və ayrılmışlar. Şəki Rayon Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli, 2(075)-5510/2015 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, onların birgə nikahlarından olan uşaqları 31 yanvar 2013-cü il təvəllüdlü X7 anası İddiaçı himayəsində saxlanılmış, birgə nikahlarından olan uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay üçün sabit pul məbləğində 75 manat alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Göstərmişdir ki, sonradan uşaq böyüdükcə onun maddi ehtiyacları da artmış, təyin edilmiş aliment məbləği uşağın zəruri tələbatlarını ödəməmişdir. Bu səbəbdən İddiaçı aliment məbləğinin artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 2(075)-1890/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən Şəki Rayon Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli, 2(075)-5510/2015 nömrəli qətnaməsi ilə 31 yanvar 2013-cü il təvəllüdlü X1 üçün təyin edilmiş 75 manat alimentin məbləği artırılaraq hər ay 110 (yüz on) manat müəyyən edilmişdir. Bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1890/2019 nömrəli, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə təyin оlunmuş аliment hаzırki şərаitdə uşağın həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları ilə təmin olunmasına, habelə məktəbə gedib-gəlməsi üçün, məktəb ləvazımatları, məktəblilər üçün müəyyən olunmuş vahid geyim formaları almaq üçün uşаğın artan tələbatlarını ödəmir. Bundan əlavə son illər iddiaçının səhhətində baş verən görmə qabiliyyəti zəiflədiyindən davamlı həkim müayinələrində olmaqla əməliyyat olunmağının vacib olması səbəbli işləmək iqtidarında deyil, habelə həkim müayinələrinə gedib-gəlmək üçün əlavə xərcləri olduğu üçün 31 yanvar 2013-cü il təvəllüdlü X1 üçün təyin olunmuş alimentlə qızının həyat fəaliyyətinin səviyyəsini minumum səviyyədə ödəyə bilmir və qeyd etdiyi hər iki səbəbdən dolanışıq səviyyələri minimum həddən də aşağıdır. Bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 2(075)-477/2016 nömrəli qətnaməsi ilə Cavabdeh hər həftənin bazar günləri səhər saat 11:00-dan axşam saat 18:00-dək uşağı, 31 yanvar 2013-cü il təvəllüdlü X7 ilə görüşərək ünsiyyətdə olması təmin edilməsinə baxmayaraq Cavabdeh övladına olan ögey münasibəti səbəbli bu günə kimi qızı ilə ünsiyyətdə olmamış və ya maraqlanmamışdır. Bildirmişdir ki, məhkəməyə müraciət etməmişdən qabaq “alimentin artırılması” tələbi ilə bağlı Mediasiya Şurasına müraciət etmişdir. Lakin 27 sentyabr 2022-ci il tarixində, 16:00 - 18:00 saatlarda keçirilmiş mediasiya sessiyasında aralarındakı mübahisənin həlli mümkün olmamışdır. Bununla bağlı 27 sentyabr 2022-ci il tarixli arayış verilmişdir. Artıq birgə nikahlarından olan uşaqlarının saxlanılmasında çətinlik çəkir. Təyin olunmuş aliment uşağın zəruri tələbatını ödəmir. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh izahat verərək göstərmişdir ki, o, İddiaçı ilə 21 sentyabr 2011-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahlarından 31 yanvar 2013-cü il təvəllüdlü X7 adlı bir övladları anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət səmimi yaşasalar da, sonradan ailə münasibətləri pozulmuş və ayrımışlar. Şəki Rayon Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli, 2(075)-5510/2015 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, onların birgə nikahlarından olan uşaqları 31 yanvar 2013-cü il təvəllüdlü X7 İddiaçı himayəsində saxlanılmış, birgə nikahlarından olan uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay üçün sabit pul məbləğində 75 manat alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bildirmişdir ki, sonradan iddiaçı uşağın maddi ehtiyaclarının artmasını əsas gətirərək aliment məbləğinin artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir və Şəki Rayon Məhkəməsinin 2(075)-1890/2019 saylı, 22 oktyabr 2019cu il tarixli qətnaməsinə əsasən Şəki Rayon Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli, 2(075)-5510/2015 nömrəli qətnaməsi ilə 31 yanvar 2013-cü il təvəllüdlü X1 üçün təyin edilmiş 75 manat alimentin məbləği artırılaraq hər ay 110 (yüz on) manat müəyyən edilmişdir. Göstərmişdir ki, məhkəmə qətnaməsi ilə təyin olunmuş 110 manat məbləğində alimenti hər ay vaxtı-vaxtında ödəmişdir. Bundan başqa uşaqların paltarlarını, məktəb ləvazimatlarını və digər ehtiyaclarını özü almışdır. Hər həftənin bazar günü uşaqla görüşür. Uşaqla görüşdükdə də onun üçün zəruri olan ehtiyaclarını qarşılamışdır. İddiaçının alimenti artırmaqda məqsədi özü üçün qazanc götürməkdir. Bildirmişdir ki, iddiaçıdan ayrıldıqdan sonra ikinci dəfə ailə qurmuşdur. İkinci nikahdan da iki azyaşlı övladı vardır. Uşaqlarından birinin səhhətində xəstəlik vardır. Belindən əməliyyat olunmalıdır. Uşağını əməliyyat etdirməyə maddi imkanı yoxdur. Bundan başqa himayəsində yaşlı ata və anası vardır. Valideynlərinin heç biri təqaüd almır. Özü iş olanda fəhləlik eləməklə qazanc əldə edir. Maddi imkanı aşağıdır. Onun artıq məbləğdə aliment ödəməyə imkanı yoxdur. 110 manatdan əlvə olaraq 5 manat ödəyə bilər. Təyin olunmuş alimenti vaxtı-vaxtında ödəyir. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 2(075)-477/2016 saylı qətanaməsindən görünür ki, Cavabdeh hər həftənin bazar günləri səhər saat 11:00-dan axşam saat 18:00-dək uşağı, 31 yanvar 2013-cü il təvəllüdlü X7 ilə görüşərək ünsiyyətdə olması müəyyən edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(075)-1809/2019 saylı qətanaməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli, 2(075)-5510/2015 nömrəli qətnaməsi ilə 31 yanvar 2013-cü il təvəllüdlü X2 üçün təyin edilmiş 75 manat aliment məbləği artıraraq hər ay 110 (yüz on) manat müəyyən edilməsi qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 22 aprel 2022-ci il tarixli tibbi rəydən görnür ki, İddiaçı gözündə zəifləmə əlaməti aşkar edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 27 sentyabr 2022-ci il tarixli, MŞŞ/1/01062 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan və xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh və İddiaçı 27 sentyabr 2022-ci il tarixdə, 16:00 - 18:00 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirmək barədə qərar qəbul etməmişlər. İlkin mediasiya sessiyasının keçirilməsi üçün İddiaçı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. İşdə olan Şəki Regional Vəkil Bürosunun 03 oktyabr 2022-ci il tarixli, 136 saylı arayışından görünür ki, İddiaçı vəkil Nümayəndə ilə bağladığı xx.xx.2022-ci il tarixli, 404 saylı hüquqi yardım göstərilməsi ilə bağlı müqavilənin şərtlərinə əsasən vəkilə göstərəcəyi xidmət müqabilində Şəki Regional Vəkil Bürosunun bank hesabına 50 manat ödəniş etmişdir. İşdə olan 23 noyabr 2018-ci il tarixli, AZ-İİ 298202 seriya nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X8 arasında 23 noyabr 2015-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Cəlilova soyadı verilmişdir. İşdə olan 23 iyul 2022-ci il tarixli, AZ-İV 605672 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 09 iyul 2021-ci il təvəllüdlü X6 atası Cavabdeh, anası X4r. İşdə olan 21 noyabr 2022-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, 18 noyabr 2022-ci il təvəllüdlü X5 atası Cavabdeh, anası X4r. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(075)-1809/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 31 yanvar 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini, həmçinin cavabdehin ikinci dəfə ailə quraraq həmin nikahdan da 2 azyaşlı uşağının olmasını nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. 50 manat ekspertiza xərci, həmçinin Şəki Regional vəkil bürosunun hesabına ödənilmiş 50 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 31 yanvar 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(075)-1809/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 120 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. 31 yanvar 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(075)-1809/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 120 manat məbləğində müəyyən edilsin və həmin aliment məbləği tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. 50 manat ekspertiza xərci, həmçinin Şəki Regional vəkil bürosunun hesabına ödənilmiş 50 manat xərc cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-2186/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2186/2022
02.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver