Məhkəmə qərarları › İş №e-2(075)-2193/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2193/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2193/2023 21.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17 oktyabr 2022-ci il tariхli, 100804-532484/1 nömrəli krеdit müqaviləsi üzrə 7454.36 (yeddi min dörd yüz əlli dörd manat otuz altı qəpik) manat məbləğində əsas, 1244.08 (min iki yüz qırx dörd manat səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 8698.44 (səkkiz min altı yüz doxsan səkkiz manat qırx dörd qəpik) manat borcun və ödənilmiş 107.39 (bir yüz yeddi manat otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı ASC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı ASC məhkəməyə 21 dekabr 2023-cü il tarixdə ərizə göndərərək, məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 17 oktyabr 2022 il tariхli, 100804-532484/1 nömrəli istehlak krеdit müqaviləsinə əsasən borcluya 42 ay müddətinə, illik 20% dərəcəsi ilə 8000 (səkkiz min) manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 13 sentyabr 2023-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 7454.36 manat məbləğində əsas bоrc və 1244.08 manat faiz borcu оlmaqla, ümumilikdə 8698.44 (səkkiz min altı yüz doxsan səkkiz manat qırx dörd qəpik məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 oktyabr 2022-ci il tarixli, 100804-532484/1 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh 42 ay müddətinə, illik 20 % dərəcəsi ilə 8000 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 8000 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 42 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 13 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 13 sentyabr 2023-cü il tarixə Borcalanın Banka 7454.36 (yeddi min dörd yüz əlli dörd manat otuz altı qəpik) manat manat əsas borc və 1244.08 (min iki yüz qırx dörd manat səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 8698.44 (səkkiz min altı yüz doxsan səkkiz manat qırx dörd qəpik) manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 120 gün təşkil edir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 oktyabr 2022-ci il tarixli, 100804-532484/1 nömrəli kredit müqaviləsinə əsasən borcluya 42 ay müddətinə, illik 20 % dərəcəsi ilə 8000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 17 oktyabr 2022-ci il tarixli, 100804-532484/1 saylı kredit müqaviləsi üzrə 7454.36 (yeddi min dörd yüz əlli dörd manat otuz altı qəpik) manat məbləğində əsas, 1244.08 (min iki yüz qırx dörd manat səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 8698.44 (səkkiz min altı yüz doxsan səkkiz manat qırx dörd qəpik) manat borc və ödənilmiş 107.39 (bir yüz yeddi manat otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 17 oktyabr 2022-ci il tarixli, 100804-532484/1 saylı kredit müqaviləsi üzrə 7454.36 (yeddi min dörd yüz əlli dörd manat otuz altı qəpik) manat məbləğində əsas, 1244.08 (min iki yüz qırx dörd manat səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 8698.44 (səkkiz min altı yüz doxsan səkkiz manat qırx dörd qəpik) manat borc və ödənilmiş 107.39 (bir yüz yeddi manat otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar