Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2208/2022 15.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 0084077AZN13497 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1,568.25 (bir min beş yüz altmış səkkiz manat, iyirmi beş qəpik) manat əsas borc, 389.82 (üç yüz səksən doqquz manat, səksən iki qəpik) manat faiz borcu, 1,279.14 (bir min iki yüz yetmiş doqquz manat, on dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,237.21 (üç min iki yüz otuz yeddi manat, iyirmi bir qəpik) manat məbləğində borcun, 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyatına əsasən 104.46 (bir yüz dörd manat, qırx altı qəpik) manat əsas borc, 29.69 (iyirmi doqquz manat, altmış doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 134.15 (bir yüz otuz dörd manat, on beş qəpik) manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 54 (əlli dörd) manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.1.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC- 23916İB/2020 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Həmçinin tərəflər arasında ÜŞT-yə əlavə olan0084077AZN13497 saylıxx.xx.2020-ci il tarixli maliyyələşdirmə üçün ərizə imzalanmış və Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 19 %, illik cərimə faizi 18 0% olmaqla, 2,000 (iki min) manat məbləğində istehlak xərcləri məqsədilə birdəfəlik kredit verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 478 gün, texniki overdraft əməliyyatı üzrə gecikdirilmiş günlərin üzrə 477 gün təşkil edir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2022-ci il tarixə İddiaçı ASC qarşısında öhdəliyiaşağıdakı kimidir: - 0084077AZN13497 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1,568.25 (bir min beş yüz altmış səkkiz manat, iyirmi beş qəpik) manat əsas borc, 389.82 (üç yüz səksən doqquz manat, səksən iki qəpik) manat faiz borcu, 1,279.14 (bir min iki yüz yetmiş doqquz manat, on dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,237.21 (üç min iki yüz otuz yeddi manat, iyirmi bir qəpik) manat təşkil edir. - 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyatına əsasən 104.46 (bir yüz dörd manat, qırx altı qəpik) manat əsas borc, 29.69 (iyirmi doqquz manat, altmış doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 134.15 (bir yüz otuz dörd manat, on beş qəpik) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı "xxxx" ASC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 1,279.14 manat və 29.69 manat məbləğində cərimələrinin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimlərin məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 0084077AZN13497 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1,568.25 manat əsas borc, 389.82 manat faiz borcu, 150 manat cərimə borcu olmaqla, cəmi 2108.07 manat məbləğində borc; 41010AZNFK********** saylı kart hesabına əsasən overdraft əməliyatı üzrə 104.46 manat əsas, 10 manat cərimə borcu olmaqla, cəmi 114.46 manat məbləğində borc və ödənilmiş 54 (əlli dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 0084077AZN13497 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1,568.25 manat əsas borc, 389.82 manat faiz borcu, 150 manat cərimə borcu olmaqla, cəmi 2108.07 manat məbləğində borc, həmçinin 41010AZNFK********** saylı kart hesabına əsasən overdraft əməliyatı üzrə 104.46 manat əsas, 10 manat cərimə borcu olmaqla, cəmi 114.46 manat məbləğində borc və ödənilmiş 54 (əlli dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-2208/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2208/2022
15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver