Məhkəmə qərarları › İş №e-2(075)-2212/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2212/2022

30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2212/2022 30.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı: İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 6869,58 manat məbləğində əsas borc, 0.57 manat məbləğində faiz borcu olmaqla, cəmi 6870,15 manat borcun və 96 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli Nağd pul lahiyəsi müqaviləsinə əsasən bank Borcluya 60 ay müddətinə, illik 1% olmaqla 7854.61 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Göstərmişdir ki, cavabdehlə bağlanmış xx.xx.2019-cu il tarixli, BF/59611/71/13 saylı kredit müqaviləsi əsasında ona verilmiş 7854.61 manat kredit məbləği, xx.xx.2014-cü il tarixli, MK/75350/44/13 saylı müqavilə əsasında ona istehlak məqsədilə verilmiş 10000 ABŞ dolları məbləğində kreditin restrukturizasiyasıdır. Cavabdeh2 ilə bağlanmış zaminlik müqаviləsinə əsаsən zamin bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün Cavabdeh1 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı Cavabdeh1 bütün öhdəliklərini icrа еtməlidir. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərmişdir ki, həqiqətən "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli Nağd pul lahiyəsi müqaviləsinə əsasən bank ona 60 ay müddətinə, illik 1% olmaqla 7854.61 manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsi üzrə onun yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədi ilə "xxxx" ASC ilə digər cavabdeh - anası Cavabdeh2 və qayınatası Qaffarov Mais arasında zaminlik müqavilələri bağlanmışdır. Lakin qayınatası Qaffarov Mais vəfat etdiyindən restujrizasiya müqaviləsi onunla və anası Cavabdeh2 ilə bank arasında bağlanmışdır. O, həmin kredit müqaviləsinə əsasən krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin maddi imkanı yaxşı olmadığından borcunu tam şəkildə ödəyə bilməmişdir. Bildirmişdir ki, o, əvvəllər Rusiya Federasiyasında Moskva şəhərində taksi fəaliyyəti ilə məşğul olaraq qazanc əldə etmişdir. 2020-ci ildə İİ Qarabağ müharibəsi başlayan zaman onun oğlu da könüllü yazılaraq müharibəyə getmişdir. Bu səbəbdən qayıdıb Azərbaycan Respublikasına gəlmişdir. Sonradan isə Rusiya Federasiyasına qayıda bilməmişdir. Qayıdıb gəldikdən sonra isə heç bir yerdə işləməmişdir. Bildirmişdir ki, ona İİİ qrup əlilliyə görə 120 manat məbləğdə sosial müavinat təyin edilmişdir. Aldığı 120 manat pensiyasının hər ay 100 manatını banka ödəmişdir. Hal-hazırda banka olan borcunu qəbul edir. Məhkəmə qətnaməsi çıxarılmasına etiraz etmir. Qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli, BF/59611/71/13 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh1 60 ay müddətinə, illik 1% olmaqla 7854,61 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 02 oktyabr 2019-cu il tarixli, Z-BF/59611/71/13 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 02 oktyabr 2019-cu il tarixli, BF/59611/71/13 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 götürdüyü 7854,61 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 60 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 ünvanlanmış 02 mart 2021-ci il tarixli bildirişdən görünür ki, bildiriş əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 7775,12 manat əsas borcunun, 1,51 manat faiz borcunun olması bildirilmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli, BF/59611/71/13 nömrəli “Kredit” müqaviləsinə əsasən bank cavabdehlərə 60 ay müddətinə, illik 1% olmaqla 7854,61 manat məbləğində kredit vermişdir. Həmçinin kredit müqaviləsinə əsasən zamin Cavabdeh2 Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyır. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehlərə kredit məbləğinin verilməsinə, cavabdehlər tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin və Cavabdeh2 zaminlik müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1, 472.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli, BF/59611/71/13 nömrəli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 6869,58 manat məbləğində əsas borc, 0.57 manat məbləğində faiz borcu olmaqla cəmi 6870,15 manat məbləğində borc və 96 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli, BF/59611/71/13 nömrəli kredit müqaviləsi ləğv edilsin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada İddiaçı ASC-nin xeyrinə 6869,58 manat məbləğində əsas borc, 0.57 manat məbləğində faiz borcu olmaqla cəmi 6870,15 manat məbləğində borc və 96 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar