Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2220/2024 05.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “uşaqla ünsiyyətə yaranmış maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçılar Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli iclasının qərarı ilə müəyyən edilmiş onların hər həftənin şənbə günləri saat 11:00-dan 16:00-dək, 3 may 2019-cu il təvəllüdlü Məmmədli Uğur Samir oğlunun və 5 noyabr 2020ci il təvəllüdlü X2 doğum günlərində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qəbul edilmiş bayram günlərində saat 11:00-dan 15:00-dək nəvələri- 3 may 2019-cu il təvəllüdlü Məmmədli Uğur Samir oğlu və 5 noyabr 2020-ci il təvəllüdlü X13 oğlu ilə onların istəyinə uyğun olan yerlərdə görüşmələrinə və ünsiyyətdə olmalarına cavabdeh Məmmədova Günel Tahir qızı tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, oğlu X3 cavabdeh Məmmədova Günel Tahir qızı ilə nikahlarını 16 iyul 2018-ci ildə Şəki şəhər İHB-nin Aşağı Göynük kənd İƏD-si üzrə nümayəndəliyində rəsmi qaydada qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından 3 may 2019-cu ildə Məmmədli Uğur Samir oğlu və 5 noyabr 2020-ci ildə X13 oğlu adlı iki övladları dünyaya gəlmişdir. Onlar ilk vaxtlar səmimi ailə münasibətlərində yaşasalar da, daha sonra aralarında olan münasibətlər pozulmuş və faktiki olaraq ayrılmışlar. Daha sonra Məmmədova Günel Tahir qızı nikahın pozulması, uşaq və aliment tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh Məmmədova Günel Tahir qızı nəvələri olan - 3 may 2019-cu il təvəllüdlü Məmmədli Uğur Samir oğlu və 5 noyabr 2020-ci il təvəllüdlü X13 oğlunun ilə onların görüşmələrinə imkan vermədiyindən Şəki şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək nəvələri ilə görüş və ünsiyyətdə olmalarına köməklik göstərilməsini xahiş etmişlər. 13 avqust 2024-cü il tarixli məktubla onlara göndərilmiş Şəki şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 6 avqust 2024-cü il tarixli iclasının qərarı ilə onların ərizələri nəzərə alınaraq nəvələri 3 may 2019-cu il təvəllüdlü Məmmədli Uğur Samir oğlu və 5 noyabr 2020-ci il təvəllüdlü X13 oğlu ilə hər həftənin şənbə günü 5 saat müddətində, yəni saat 11:00-dan 16:00-dək, uşaqların doğum günlərində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş əlamətdar günlərdə saat 11:00-dan 15:00-dək (bir neçə gün davam edən bayram günlərinin 2-ci günü) görüş və ünsiyyət qaydası müəyyən edilmişdir. Həmin qərarla onlara 3 may 2019-cu il təvəllüdlü Məmmədli Uğur Samir oğlu və 5 noyabr 2020ci il təvəllüdlü X13 oğlu ilə görüşmələrinə, həmçinin Şəki şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının qərarının icrasına süni maneələr yaradılarsa, onların qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Göstərilən qərarın verilməsindən bir aya yaxın vaxt keçməsinə baxmayaraq Məmmədova Günel Tahir qızı hələ də nəvələri - 3 may 2019-cu il təvəllüdlü X8 və 5 noyabr 2020-ci il təvəllüdlü X13 oğlu ilə onların ünsiyyətdə olmaqlarına imkan verməmişdir. 13 avqust 2024-cü il tarixli məktubu ilə bizə göndərilmiş Şəki şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 6 avqust 2024-cü il tarixli iclasının qərarının icrasına süni olaraq maneələr yaradılmışdır. Bu səbəbdən onlar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəki şəhər İHB-nin Qəyyumluq və Himayəçilik Komissiyasının 6 avqust 2024-cü il tarixli qərarına əsasən o və İddiaçı1 ilə nəvələri Uğur və Onur ilə onların görüş və ünsiyyət qaydası müəyyən edilmişdir. Onlar uşaqlarla görüşmək istəyəndə cavabdeh müxtəlif bəhanələr gətirərək onların nəvələri ilə görüşməsinə suni maneələr yaratmışdır. Onlar hər zaman nəvələrinin qayğısına qalmışlar. Onların nəvələri ilə görümək və ünsiyyətdə olmaq hüququ vardır. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşlar. İddianın təmin edilməsi barədə qətnamə çəxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 İddiaçı2 ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Cavabdeh ilə mobil telefonla əlaqə saxlanılan zaman cavabdeh işdə olması səbəbindən məhkəmə iclasına gələ bilməyəcəyini, uşaqların baba və nənəsini görmək istəmədiklərini qeyd etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallqarına əlavə ediməklə məhkəmə baxışında tədqiq edilmiş; Şəki şəhər HB-nın Aşağı Göynük kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 sentyabr 2019-cu il tarixli, AZ-T 022403 seriya nömrəli “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 ilə X7 arasında 16 iyul 2018-ci il tarixdə bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 25 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. Şəki şəhər HB-nın Aşağı Göynük kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 may 2019-cu il tarixli, AZ-İV 224050 seriya nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 3 may 2019-cu il təvəllüdlü X4 atası X1, anası X5r. Şəki regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 mart 2021-ci il tarixli, AZ-İV 572604 seriya nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 5 noyabr 2020-ci il təvəllüdlü X2 atası X1, anası X5r. Şəki şəhər İHB-nin Qəyyumluq və Himayəçilik Komissiyasının 6 avqust 2024-cü il tarixli qərarından görünür ki, Şəki rayonu, Abbas kənd sakinləri İddiaçı2 və İddiaçı1 ərizələri nəzərə alınaraq nəvələri 3 may 2019-cu il təvəllüdlü Məmmədli Uğur Samir oğlu və 5 noyabr 2020-ci il təvəllüdlü X13 oğlu ilə hər həftənin şənbə günü 5 saat müddətində, yəni saat 11:00-dan 16:00-dək, uşaqların doğum günlərində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş əlamətdar günlərdə saat 11:00-dan 15:00-dək (bir neçə gün davam edən bayram günlərinin 2-ci günü) görüş və ünsiyyət qaydası müəyyən edilmiş, ərizəçilər İddiaçı2 və İddiaçı1 nəvələri- 3 may 2019-cu il təvəllüdlü Məmmədli Uğur Samir oğlu və 5 noyabr 2020-ci il təvəllüdlü X13 oğlu ilə görüşmələrinə, həmçinin Şəki şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının qərarının icrasına süni maneələr yaradılarsa, onların qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 62.1-ci maddəsinə əsaəsən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. 62.2-ci maddəsinə əsasən valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. 62.3-ci maddəsinə əsasən valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. «Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6/2011 saylı qərarının 4-cü bəndində izah edilmişdir ki, Qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini və marağını nəzərə almaqla mübahisəni həll edir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iddiaçıların izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Göründüyü kimi, nənə, babanın nəvələri ilə ünsiyyətdə olmaq hüququ, qanunvericilikdə nəzərdə tutulur. İddiaçıya Şəki şəhər İcra Hakimiyyəti Başçısı yanında fəaliyyət göstərən qəyyumluq və himayəçilik komissiyasının qərarı ilə azyaşlı nəvələri 3 may 2019-cu il təvəllüdlü Məmmədli Uğur Samir oğlu və 5 noyabr 2020-ci il təvəllüdlü X13 oğlu ilə onların görüş və ünsiyyət qaydası barədə qərar qəbul olunmuşdur. Lakin, cavabdeh Şəki şəhər İcra Hakimiyyəti Başçısı yanında qəyyumluq və himayəçilik komissiyasının qərarına tabe olmamış, iddiaçıların nəvələri ilə ünsiyyətdə olmalarına maneçilik törətmişdir. İddiaçılar uşağın tərbiyəsinə, sağlamlığına, psixi, fiziki və mənəvi inkişafına zərər yetirə biləcək hər hansı bir mənfi cəhət müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddiaçılara 3 may 2019-cu il təvəllüdlü X8 və 5 noyabr 2020-ci il təvəllüdlü X9 ilə ünsiyyət hüququnun həyata keçirilməsi məqsədilə Şəki şəhər İcra Hakimiyyəti Başçısı yanında fəaliyyət göstərən qəyyumluq və himayəçilik komissiyası tərəfindən qəbul olunmuş 6 avqust 2024-cü il tarixli qərarın icrasına cavabdeh tərəfindən törədilən maneçilik aradan qaldırılmalıdır. İddia ərizəsinin xahiş edirəm hissəsinin məzmunundan da göründüyü kimi iddiaçıların tələbi Şəki şəhər İcra Hakimiyyəti Başçısı yanında fəaliyyət göstərən qəyyumluq və himayəçilik komissiyasının qərarı ilə nəvələri 3 may 2019-cu il təvəllüdlü X8 və 5 noyabr 2020-ci il təvəllüdlü X9 ilə ünsiyyət görüş və ünsiyyətdə olmalarına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması ilə bağlıdır. Lakin iddiaçılar iddia ərizəsində gözügedən qəradada qeyd edildiyindən fərqli olaraq istəklərinə uyğun yerdə nəvələri ilə görüşmələrinə yaradılan maneələrin aradan qaldırılmasını da xahiş etmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki işlə məhkəmə baba və nənənin nəvələri ilə görüş verilməsi iddiasına deyil, verilmiş görüşə edilən maneənin aradan qaldırılması tələbi ilə bağlı iddiaya baxır. Ona görə də hər hansı əlavə tələbin bu qətnamə ilə həll edilməsi düzgün olmazdı. Odur ki, görüş verilməsi barədə 6 avqust 2024cü il tarixli qərarda göstərilənlərdən əlvə istənilənlər hissədində təmin edilməməlidir. Dövlət rüsumunun iddiaçılar tərəfindən ödənilməsi nəzərə alınmaqla məhkəmə xərci onlara aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. İddiaçı2 və İddiaçı1 3 may 2019-cu il təvəllüdlü X8 və 5 noyabr 2020-ci il təvəllüdlü X9 ilə ünsiyyət hüququnun həyata keçirilməsi məqsədilə Şəki şəhər İcra Hakimiyyəti Başçısı yanında fəaliyyət göstərən qəyyumluq və himayəçilik komissiyası tərəfindən qəbul olunmuş 6 avqust 2024-cü il tarixli qərarın icrasına Cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun iddiaçılar tərəfindən ödənilməsi nəzərə alınmaqla məhkəmə xərci onlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Əhmədov.
Məhkəmə qərarları › İş №e-2(075)-2220/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2220/2024
05.11.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver