Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2236/2025 21.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Hüryanova Şəbnəm Fərhad qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11975,5 manat məbləğində əsas bоrc və 967,71 manat faiz borcu оlmaqla, cəmi 12943,21 manat borcun və ödənilmiş 128,83 manat dövlət rüsumunun İddiaçı ASCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 29 noyabr 2024-cü il tariхli, 600804-871984/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 19.5% dərəcəsi ilə 12700 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, Banka olan borcunu ödəməmişdir. Cavabdehin 27 avqust 2025-ci il tarixinə 29 noyabr 2024-cü il tariхli, 600804-871984/1 nömrəli kredit müqaviləsi üzrə 11975,5 manat məbləğində əsas, 967,71 manat faiz borcu оlmaqla, cəmi 12943,21 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədiyindən gecikdirilmiş kredit yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi məhkəməyə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək və məhkəməyə eyni məzmunda ərizə təqdim edərək, İddiaçı ASC-nin ona qarşı 13072,04 manat pul tələbinə dair iddia tələbini qəbul etdiyini, hal-hazırda maddi imkanı yetərli olmaması səbəbi ilə borcu ödəyə bilmədiyini, məhkəmə qətnaməsi çıxarıldıqdan sonra ödəyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 29 noyabr 2024-cü il tariхli, 600804-871984/1 nömrəli istehlak krеditi müqaviləsinin surətindən görünür ki, borcluya 48 ay müddətinə, illik 19.5% dərəcəsi ilə 12700 manat məbləğində krеdit vеrilmişdir. 29 noyabr 2024-cü il tarixli kassa məxaric orderindən görünür ki, 12700 manat məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən Cavabdeh məxsus bank hesabına köçürülmüşdür. 29 noyabr 2024-cü il tariхli, 600804-871984/1 nömrəli istehlak krеditi müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş 04 iyul 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 29 noyabr 2024-cü il tariхli, 600804-871984/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən 11975,5 manat məbləğində əsas, 618,91 manat faiz borcu оlmaqla, cəmi 12594,41 manat borcun 11 iyul 2025-ci il tarixədək ödənilməsi barədə xəbərdarlıq edilmişdir. **********64 saylı, xx.xx.2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddia ərizəsinin verilməsinə görə, iddiaçı tərəfindən 128,83 manat dövlət rüsumu ödənilmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 29 noyabr 2024-cü il tariхli, 600804-871984/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən bank cavabdehə 48 ay müddətinə, illik 19.5% dərəcəsi ilə 12700 manat məbləğində krеdit vеrilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Cavabdehin 27 avqust 2025-ci il tarixinə 29 noyabr 2024-cü il tariхli, 600804-871984/1 nömrəli kredit müqaviləsi üzrə 11975,5 manat məbləğində əsas, 967,71 manat faiz borcu оlmaqla, cəmi 12943,21 manat məbləğində kredit bоrcu yaranmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxıb sonra bu sübutlara tətbiq edilməli hüquq normalarını tətbiq edib qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı "xxxx" ASC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə ilə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" ASC kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1 və 445.7-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 29 noyabr 2024-cü il tariхli, 600804-871984/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən 11975,5 manat məbləğində əsas bоrc və 967,71 manat faiz borcu оlmaqla, cəmi 12943,21 manat borc Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddia tələbi tam təmin edildiyindən, ödənilmiş 128,83 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilədən yaranan öhdəliklərin növlərindən biri borc müqaviləsindən əmələ gələn öhdəliklərdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları yekunlaşdıraraq, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 29 noyabr 2024-cü il tariхli, 600804-871984/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən 11975,5 manat məbləğində əsas bоrc və 967,71 manat faiz borcu оlmaqla, cəmi 12943,21 manat borc və ödənilmiş 128,83 manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ASC-yə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosesual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 29 noyabr 2024-cü il tariхli, 600804-871984/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən 11975,5 manat məbləğində əsas bоrc və 967,71 manat faiz borcu оlmaqla, cəmi 12943,21 manat borc və ödənilmiş 128,83 manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.. Sədrlik edən Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №e-2(075)-2236/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2236/2025
21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver