Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2265/2025 13.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2025-ci il tarixli, SKLMB-13676 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1190,36 manat, faiz borcuna görə 121,23 manat, cəmi 1311,59 manat pul və dövlət rüsumu kimi ödənilmiş 34 manat məbləğində pulun tutulması; cavabdehə məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi, Güllü lirə – 1 ədəd,çəkisi- 7,1,əyarı–880; Köhnə beşlik – 1 ədəd,çəkisi- 4,3,əyarı–880; Cəmi: 11,4 qr., bu qızıl-zinət əşyalarının hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2025-ci il tarixli, SKLMB-13676 saylı kredit müqaviləsi üzrə cəmi 1311,59 manat pul və dövlət rüsumu kimi ödənilmiş 34 manat məbləğində pulun ödənilməsi; girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2025-ci il tarixli, SKLMB-13676 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa,Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Belə ki, iş materiallarında olan borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, SKLMB-13676 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən borcalana 28 faiz dərəcəsi olmaqla 12 ay müddətinə 1397 manat məbləğində kredit verilmiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli kredit müqaviləsi üzrə borcu- əsas borcuna görə 1190,36 manat, faiz borcuna görə 121,23 manat, cəmi 1311,59 manat təşkil edir. xx.xx.2025-ci il tarixli, SKLMB-13676 saylı saxlanc girov müqaviləsinin surətindən görünür ki, cavabdeh: Güllü lirə – 1 ədəd,çəkisi- 7,1,əyarı–880; Köhnə beşlik – 1 ədəd,çəkisi- 4,3,əyarı–880; Cəmi: 11,4 qr. qızıl-zinət əşyalarını girov qoyulmuşdur. Müqavilənin 5.4-cü bəndinə əsasən, müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında və ya tam icra etmədikdə, girov saxlayanın saxlanc girov predmetinə tutma yönəldilməsi hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.5.2-ci maddəsinə əsasən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasının tələb edilməsi üçün əsasdır. (yeni redaksiyada) Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Eyni Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Belə ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilə predmeti olan pul məbləğini borcalana vermişdir. Borcalan isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmişdir. Borcalanın kredit müqaviləsi üzrə tələb edilən məbləğdə əsas və faiz borcu yaranmışdır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Borclu ilə bank arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsinə görə kreditin təminatı qismində ona məxsus qızıl-zinət əşyalarının girovla yüklü edilməsinə razılıq vermişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbin girov qoyulmuş əşyalara yönəldilməsinə dair hissədə də iddia əsaslıdır. Belə ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi girovla yüklü edilmiş göstərilən əşyaya yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin girovla yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş göstərilən əşyalara yönəldilməsi girovla yüklü edilmiş göstərilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, 34 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı həmçinin, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə tutmanın cavabdehdən ümumi qaydada tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması nəticəsində borcun tutulmalı olması və tutmanın girov predmetinə yönəldilməli olması müəyyən olunmuşdur. Satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə qalan borcun tutulması üçün icra icraatı çərçivəsində tədbirlər görülməsi qanunvericilikdən irəli gəlir. Buna görə həmin hissədə tələb iddia icraatı çərçivəsində araşdırılan məhkəmə mübahisəsi deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2025-ci il tarixli, SKLMB13676 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1190,36 manat, faiz borcuna görə 121,23 manat olmaqla, cəmi 1311,59 manat pul və dövlət rüsumu kimi ödənilmiş 34 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, tutmanın cavabdehə məxsus olan girov qoyulmuş güllü lirə – 1 ədəd,çəkisi- 7,1,əyarı–880; Köhnə beşlik – 1 ədəd,çəkisi- 4,3,əyarı–880; Cəmi: 11,4 qr olan qızıl-zinət əşylarına yönəldilərək həmin əşyalar açıq hərracdan satılmalı və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi təmin edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 284-1-284-5, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli, SKLMB13676 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1190,36 manat, faiz borcuna görə 121,23 manat olmaqla, cəmi 1311,59 manat pul və dövlət rüsumu kimi ödənilmiş 34 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Tutmanın Cavabdeh məxsus olan girov qoyulmuş güllü lirə – 1 ədəd,çəkisi- 7,1,əyarı–880; Köhnə beşlik – 1 ədəd, çəkisi- 4,3,əyarı–880; Cəmi: 11,4 qr olan qızıl-zinət əşylarına yönəldilərək həmin əşyalar açıq hərracdan satılsın və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi təmin edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(075)-2265/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2265/2025
13.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver