Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2286/2022 21.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlu, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş nəzərdən keçirib müəyyən etdim: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən "xxxx" KB ASC-nin xeyrinə 489.35 manat əsas borc, 121.41 manat faiz borcu, 6.21 manat cərimə olmaqla, cəmi 616.97 manat borcun və 30.40 manat dövlət rüsumunun tulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsi rəhbər tutularaq iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 25.1-ci maddəsinə əssən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası MPM-nin 251.1.1-ci maddəsinə əsasən işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Məhkəmənin icratında olan 2(075)-1773/2022 saylı mülki iş üzrə iddia ərizəsinə əlavə edilmiş Şəki şəhər İHB-nın Baş Göynük kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 06 dekabr 2021-ci il tarixdə verilmiş 5070 saylı arayışdan görünür ki, Şəki rayonu Baş Göynük kənd sakini mərhum Cavabdeh 05 dekabr 2021-ci il tarixdə Baş Göynük kəndində dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 251.1.1-ci maddəsinin tələbindən də müəyyən edildiyi kimi işə məhkəmədə baxılarkən mübahisə tərəfi öldükdə məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Lakin iddia tələbinin yönəldiyi Cavabdeh "xxxx" KB ASC-nin hazırkı iddia ərizəsini məhkəməyə təqdim etməsindən daha əvvəl vəfat etmişdir. Qeyd edilən səbəblərdən də iddiaçı "xxxx" KB ASC mərhum Cavabdeh qarşı deyil, onun vərəsələrinə qarşı məhkəmədə iddia qaldırmalı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiasına Cavabdeh iddianın məhkəməyə təqdim edilməsinədək vəfat etməsi nəzərə alınaraq məhkəmədə baxılmalı deyildir. Bu səbəbdən də iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddiaçı "xxxx" KB ASC-nə notariat və yaxud da müvafiq icra hakimiyyəti orqanına müraciət edib, Cavabdeh vərəsələrini müəyyənləşdirdikdən sonra onlara qarşı məhkəməyə iddia təqdim etmək hüququnun olması izah edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 263-264, 267-268-ci madələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. Ödənilmiş 30 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı "xxxx" KB ASC-nə geri qaytarılsın. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Mehdiyev MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi 21 oktyabr 2022-ci il tarixdə Şəki şəhərində Mən, Şəki Rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlu, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Şəki Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 14:40-da başlandı. İddiaçı "xxxx" KB ASC-nin iddia ərizəsinin icraata qəbulundan imtina olunması haqqında qərardad qəbul etdim. Prosessual hərəkət həmin gün saat 14:50-də qurtardı. Hakim: Elçin Mehdiyev
Məhkəmə qərarları › İş №e-2(075)-2286/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2286/2022
21.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver