Məhkəmə qərarları › İş №e-2(075)-230/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-230/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-230/2025 04.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 (üç min) manat pulun və 50 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh həyat yoldaşı X3 09 mart 2016cı il tarixdə ondan 9000 (doqquz min) manat məbləğində borc pul almışdır. Lakin xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusunda cavabdehlə aralarında “borc pul vəsaitinin bir hissəsinin qaytarılması müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh əri X1 09 mart 2016-cı il tarixdə ondan aldığı 9000 (doqquz min) manat məbləğində borc pulun 6000 (altı min) manat məbləğini notariusun bankda açılan depozit hesabı vasitəsilə ona qaytarmışdır. Müqavilə predmetinə əsasən cavabdeh qalan 3000 (üç min) manat məbləğində borcunu 24 (iyirmi dörd) ay müddətinə ona qaytarmağı öhdəsinə götürmüşdür. Sözügedən müqaviləyə əsasən icra müddəti yəni 24 ay müddət keçməsinə baxmayaraq Cavabdeh 3000 manat məbləğində borcu ona ödəməmişdir. Dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə müqavilə şərtlərini pozaraq öhdəliyini yerinə yetirməkdən boyun qaçırmışdır. Bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə Cavabdehnun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları; İddiaçı ilə Cavabdehnun arasında bağlanmış 16 sentyabr 2022-ci il tarixli borc pul vəsaitinin bir hissəsinin qaytarılması müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh əri X1 09 mart 2016-cı il tarixdə ondan aldığı 9000 (doqquz min) manat məbləğində borc pulun 6000 (altı min) manat məbləğini notariusun bankda açılan depozit hesabı vasitəsilə ona qaytarmışdır. Cavabdeh qalan 3000 (üç min) manat məbləğində borcunu 24 (iyirmi dörd) ay müddətinə ona qaytarmağı öhdəsinə götürmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 2023-cü il oktyabr ayının 1-nə kimi qüvvədə olan 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən, Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı 9000 (doqquz min) manat məbləğində pulun Cavabdeh həyat yoldaşı X2 verilməsini, aldığı 9000 (doqquz min) manat məbləğində borc pulun 6000 (altı min) manat məbləğini notariusun bankda açılan depozit hesabı vasitəsilə cavabdeh tərəfindən ona qaytarılmasını, qalan 3000 (üç min) manat məbləğində borcunu 24 (iyirmi dörd) ay müddətinə ona qaytarmağı öhdəsinə götürməsini təsdiq edən sübutu, yəni aralarında bağlanmış 16 sentyabr 2022-ci il tarixli borc pul vəsaitinin bir hissəsinin qaytarılması müqaviləsini məhkəməyə təqdim etmişdir. Cavabdeh isə iddiaçıya olan 3000 (üç min) manat borcunu və ya onun bir hissəsini qaytarması barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Cavabdeh 3000 (üç min) manat məbləğində pulu ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. İddiaçı borc müqavilələri üzrə öhdəliyini yerinə yetirərək 9000 (doqquz min) manat məbləğində pulu Cavabdeh həyat yoldaşı X2 borc kimi vermiş, lakin cavabdeh öhdəliyin icrası müddətinin başa çatmasına baxmayaraq, borc pul vəsaitinin bir hissəsinin qaytarılması müqaviləsi üzrə öhdəliyini icra etməmişdir, 3000 (üç min) manat məbləğində pulu iddiaçıya qaytarmamışdır. Odur ki, iddiaçı cavabdehdən 3000 (üç min) manat pul məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3000 (üç min) manat borc və ödənilmiş 50 (əlli) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat və ödənilmiş 50 (əlli) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar