Məhkəmə qərarları › İş №e-2(075)-2311/2022

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2311/2022

25.10.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2311/2022 25.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlu, iddiaçı Şəki rayonu Daşüz Bələdiyyəsinin Cavabdeh İspalkom oğluna qarşı cavabdeh tərəfindən törədilən qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib müəyyən etdim: İddiaçı Şəki rayonu Daşüz Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Daşüz kəndində yerləşən bələdiyyəyə məxsus torpaq sahəsindən yol liki istifadə olunmasına cavabdeh tərəfindən törədilən maneçiliklərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 149.2.5-ci maddəsinə əsasən ərizədə ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İddiaçı Şəki rayonu Daşüz Bələdiyyəsi Cavabdeh İspalkom oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Daşüz kəndində yerləşən bələdiyyəyə məxsus torpaq sahəsindən yol liki istifadə olunmasına cavabdeh tərəfindən törədilən maneçiliklərin aradan qaldırılmasını xahiş etsə də, iddia ərizəsində iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısı göstərilməmişdir. Buna görə də iddiaçı Şəki rayonu Daşüz Bələdiyyəsinin iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 35, 149, 151, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Şəki rayonu Daşüz Bələdiyyəsinin Cavabdeh İspalkom oğluna qarşı cavabdeh tərəfindən törədilən qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Mehdiyev AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2(075)-2311/2022 25 oktyabr 2022-ci il İddiaçı: Şəki rayonu Daşüz Bələdiyyəsinə (Şəki rayonu Daşüz kəndi) Şəki Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(075)-2311/2022 saylı iddia ərizəsinin geri qaytarılması haqqında qərardadının surəti məlumat üçün sizə göndərilir. Qoşma: 01 vərəqə, 02 səhifə. Hakim Elçin Mehdiyev. MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi 25 oktyabr 2022-ci il tarixdə Şəki şəhərində Mən, Şəki Rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlu İddiaçı Şəki rayonu Daşüz Bələdiyyəsinin Cavabdeh İspalkom oğluna qarşı cavabdeh tərəfindən törədilən qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsinə Şəki Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 16:00-da başlandı. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə verilmədiyini müəyyən etdim və ərizənin qaytarılması haqqında qərardad qəbul etdim. Prosessual hərəkət saat 16:10-da qurtardı. Hakim Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar