Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2316/2025 09.01.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, İbrahimov Tərlan Arif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı kiçik mübahisələr üzrə iddia ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli BPM**********64 saylı tam kart müqaviləsinə əsasən kart kredit limiti üzrə 300 (üç yüz) manat əsas borc və 5.31 (beş manat otuz bir qəpik) manat faiz borcu olmaqla, cəmi 305.31 (üç yüz beş manat otuz bir qəpik) manat və xx.xx.2023-cü il tarixli BPM**********71 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2,204.57 (iki min iki yüz əlli bir manat yetmiş üç qəpik) manat əsas borc və 47.16 (qırx yeddi manat on altı qəpik) manat faiz borcu olmaqla, cəmi 2,251.73 (iki min iki yüz əlli bir manat yetmiş üç qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 45.57 (qırx beş manat əlli yeddi qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsinə dair xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-2316/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Şəki filialı ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********64 saylı tam kart müqaviləsinə əsasən X4 36 ay müddətinə illik 24 faiz olmaqla 300 (üç yüz) manat məbləğində kart kredit limiti və xx.xx.2023-cü il tarixli BPM**********71 saylı kredit müqaviləsinə əsasən 47 ay müddətinə illik 21 faiz olmaqla 2760 (iki min yeddi yüz altmış) manat məbləğində nağd kredit verilmişdir. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 535 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 V-555/2024 nömrəli vərəsəlik işi üzrə xx.xx.2024-cü il tarixli, reyestrdə 2V-760 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Şəki filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X3 xx.xx.2022-ci il tarixli BPM**********64 saylı tam kart müqaviləsinə əsasən kart kredit limiti üzrə 300 (üç yüz) manat əsas borc və 5.31 (beş manat otuz bir qəpik) manat faiz borcu olmaqla, cəmi 305.31 (üç yüz beş manat otuz bir qəpik) manat və xx.xx.2023-cü il tarixli BPM**********71 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2,204.57 (iki min iki yüz əlli bir manat yetmiş üç qəpik) manat əsas borc və 47.16 (qırx yeddi manat on altı qəpik) manat faiz borcu olmaqla, cəmi 2,251.73 (iki min iki yüz əlli bir manat yetmiş üç qəpik) manat məbləğində borcu qalmışdır. Cavabdehlər, mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı "xxxx" ASC və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, cavabdehlər isə məhkəmə iclasına gəlməmişlər. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh7 xx.xx.2026-cı il tarixdə məhkəməyə teleqram ünvanlayaraq atası Məmməd Məmmədovun bank öhdəliklərinə görə cavabdeh olmadığını, ata mirasını qardaşı Cavabdeh1 tərəfindən qəbul edildiyini, bu səbəbdəndə onun atasının mirasını qəbul etmədiyindən onun bank öhdəliklərinə görə mirası qəbul etmədiyi həcmd cavabdehlik daşımağının mövcud olmamasını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Məmmədov Məmməd Hacıalı oğlu arasında bağlanmış BPM**********64 nömrəli, xx.xx.2022-ci il tarixli tamkart müqaviləsinə əsasən 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Məmmədov Məmməd Hacıalı oğlu arasında bağlanmış BPM**********71 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 47 ay müddətinə, illik 21 faiz olmaqla 2760 (iki min yeddi yüz altmış) manat məbləğində nağd kredit verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ödəniş cədvəlindən görünür ki, Məmmədov Məmməd Hacıalı oğlu götürdüyü 2760 (iki min yeddi yüz altmış) manat məbləğində kredit borcunu ona hesablanmış faizləri ilə birlikdə 47 ay müddətinə qaytarmalı olmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin maliyyə arayışından görünür ki, Məmmədov Məmməd Hacıalı oğlunun xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 2,204.57 (iki min iki yüz əlli bir manat yetmiş üç qəpik) manat əsas borc və 47.16 (qırx yeddi manat on altı qəpik) manat faiz borcu olmaqla, cəmi 2,251.73 (iki min iki yüz əlli bir manat yetmiş üç qəpik) manat məbləğində kredit borcu qalmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 07 avqust 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Məmmədov Məmməd Hacıalı oğlunun xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 300 (üç yüz) manat əsas borc və 5.31 (beş manat otuz bir qəpik) manat faiz borcu olmaqla, cəmi 305.31 (üç yüz beş manat otuz bir qəpik) manat məbləğində kredit borcu qalmışdır. Şəki Regional “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Məmmədov Məmməd Hacıalı oğlu xx.xx.2024-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş, 2V-760 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2024-cü ildə vəfat etmiş Məmmədov Məmməd Hacıalı oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 miras əmlakdan hər biri 1/7 hissədə bərabər irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş **********43-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29.3 kv/m olan fərdi yaşayış evinin və 0.2 ha olan torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ üzrə mərhuma məxsus olan pay hissəsindən ibarətdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən mərhum Məmmədov Məmməd Hacıalı oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən onlara xəbərdarlıq edilmiş və əks təqdirdə bank borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mərhum Məmmədov Məmməd Hacıalı oğlu arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, xx.xx.2022-ci il tarixli BPM**********64 saylı tam kart müqaviləsinə əsasən X4 36 ay müddətinə illik 24 faiz olmaqla 300 (üç yüz) manat məbləğində kart kredit limiti və xx.xx.2023-cü il tarixli BPM**********71 saylı kredit müqaviləsinə əsasən 47 ay müddətinə illik 21 faiz olmaqla 2760 (iki min yeddi yüz altmış) manat məbləğində nağd kredit verilmişdir. Lakin, Məmmədov Məmməd Hacıalı oğlu müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Məmmədov Məmməd Hacıalı oğlu xx.xx.2024-cü il tarixdə ölmüşdür. Məmmədov Məmməd Hacıalı oğlu öldükdən sonra onun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 miras qoyanın qanun üzrə vərəsəsi kimi ondan miras qalmış əmlakı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29.3 kv/m olan fərdi yaşayış evinin və 0.2 ha olan torpaq sahəsini vərəsəlik qaydasında rəsmi olaraq qəbul etmişlər və bu barədə onların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdehlər mərhum Məmmədov Məmməd Hacıalı oğlunun ölümündən sonra ondan qalmış miras əmlakı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29.3 kv/m olan fərdi yaşayış evinin və 0.2 ha olan torpaq sahəsini miras qoyanın qanun üzrə vərəsə kimi qəbul etdiklərindən, həmin əmlakın dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən yüksək olması mübahisə doğurmadığından, iddiaçı mərhum Məmmədov Məmməd Hacıalı oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 tələb etməkdə haqlıdır. Məhkəmə iş üzrə Cavabdeh7 məhkəməyə ünvanladığı xx.xx.2026-cı il tarixli teleqramda qeyd etdiyi atası Məmməd Məmmədovun bank öhdəliklərinə görə cavabdeh olmadığına, ata mirasının qardaşı Cavabdeh1 tərəfindən qəbul edildiyinə, bu səbəbdən də onun atasının mirasını qəbul etmədiyindən onun bank öhdəliklərinə görə cavabdehlik daşımadığına dair mövqeyinə münasibətdə qeyd edir ki, cavabdeh miras əmlakın onun tərəfindən qəbul edilməməsini, mirasın məhz digər vərəsə tərəfindən qəbul edilməsini sübut edən mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Odur ki, ümumilikdə xx.xx.2022-ci il tarixli BPM**********64 saylı tam kart müqaviləsinə əsasən 300 (üç yüz) manat əsas borc və 5.31 (beş manat otuz bir qəpik) manat faiz borcu olmaqla, cəmi 305.31 (üç yüz beş manat otuz bir qəpik) manat; xx.xx.2023-cü il tarixli BPM**********71 saylı kredit müqaviləsinə əsasən 2,204.57 (iki min iki yüz əlli bir manat yetmiş üç qəpik) manat əsas borc və 47.16 (qırx yeddi manat on altı qəpik) manat faiz borcu olmaqla, cəmi 2,251.73 (iki min iki yüz əlli bir manat yetmiş üç qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 45.57 (qırx beş manat əlli yeddi qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 müştərək qaydada 300 (üç yüz) manat əsas borc və 5.31 (beş manat otuz bir qəpik) manat faiz borcu olmaqla, cəmi 305.31 (üç yüz beş manat otuz bir qəpik) manat; xx.xx.2023-cü il tarixli BPM**********71 saylı kredit müqaviləsinə əsasən 2,204.57 (iki min iki yüz əlli bir manat yetmiş üç qəpik) manat əsas borc və 47.16 (qırx yeddi manat on altı qəpik) manat faiz borcu olmaqla, cəmi 2,251.73 (iki min iki yüz əlli bir manat yetmiş üç qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 45.57 (qırx beş manat əlli yeddi qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №e-2(075)-2316/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2316/2025
09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver