Məhkəmə qərarları › İş №e-2(075)-2329/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2329/2022

08.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2329/2022 08.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X14 qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X12 iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(075)-527/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq birgə nikahdan olan uşaqları 28 dekabr 2013-cü il təvəllüdlü X7 və 01 iyul 2016-cı il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 193 (bir yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat alimentin ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 11 fevral 2013-cü il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarınan 28 dekabr 2013cü il təvəllüdlü X7 və 01 iyul 2016-cı il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Əvvəllər mehriban yaşasalar da, daha sonra ailədə münasibətləri pisləşmiş, tez-tez münaqişələr baş vermişdir. Ona görə də o, nikahın pozulması, uşaq və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)-527/2021 saylı qətnaməsi ilə X8 ilə Cavabdeh arasında 11 fevral 2013-cü il tarixdə Şəki şəhər İHB-nın Kiçik Dəhnə kənd İƏD-si üzrə nümayəndəliyində bağlanmış 17 №-li nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - 28 dekabr 2013-cü il təvəllüdlü X7 və 01 iyul 2016-cı il təvəllüdlü X3 anaları X2 yanında saxlanılması, 28 dekabr 2013-cü il təvəllüdlü X7 və 01 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərin) 1/3 hissəsi məbləğində alimentin tutularaq X4 verilməsi, aliment tutulmasının əvvəlinin 10 fevral 2021-ci il tarixdən hesablanması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi qət edilmişdir. Artıq təyin olunmuş aliment hazırkı şəraitdə uşaqların həyat fəaliyyətinin minimumu səviyyəsi üçün zəruri olan tələbatlarını təmin etmir. Həmin qətnamə qəbul olunandan sonra yaşayış minimum məbləği artmışdır. Bundan əlavə bazar qiymətləri də artmış və nəticədə həmin məbləğ uşaqların təlabatının ödənilməsi üçün həddindən artıq azdır. Övladları günü gündən böyüyür və belə olan halda xərcləri də artır. Cavabdehin isə maddi vəziyyəti olduqca yaxşıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X12 izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)-527/2021 saylı qətnaməsi ilə 28 dekabr 2013-cü il təvəllüdlü X7 və 01 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərin) 1/3 hissəsi məbləğində alimentin tutularaq X4 verilməsi qət edilmişdir. Lakin cavabdeh halhazırda işdən çıxdığı üçün, həmin aliment məbləğini ödəmir. Uşaqlar Bakıda oxuyurlar və onların tələbatlarını qarşılamaq olduqca çətindir. Ona görə də alimentin sabit pul məbləğində təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında müyyən oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 28 dekabr 2013-cü il təvəllüdlü X7 və 01 iyul 2016-cı il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin 2(075)-527/2021 saylı, 20 avqust 2021-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olmuş 28 dekabr 2013-cü il təvəllüdlü X7 və 01 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərin) 1/3 hissəsi məbləğində aliment təyin edilmişdir. İddiaçı, təyin olunmuş aliment məbləğinin uşaqların təlabatını ödəmək üçün kifayət etmədiyini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməyərək iddiaya heç bir münasibət bildirməmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-527/2021 saylı, 20 avqust 2021-ci il tarixli qətnaməsindən görünür ki, X8 ilə Cavabdeh arasında 11 fevral 2013-cü il tarixdə Şəki şəhər İHB-nın Kiçik Dəhnə kənd İƏD-si üzrə nümayəndəliyində bağlanmış 17 №-li nikah pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - 28 dekabr 2013-cü il təvəllüdlü X7 və 01 iyul 2016-cı il təvəllüdlü X3 anaları X2 yanında saxlanılması, 28 dekabr 2013-cü il təvəllüdlü X7 və 01 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərin) 1/3 hissəsi məbləğində alimentin tutularaq X4 verilməsi, aliment tutulmasının əvvəlinin 10 fevral 2021ci il tarixdən hesablanması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan 26 oktyabr 2022-ci il tarixli, MŞŞ/1/01417 nömrəli X6 İştirak Edilməməsi barədə arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X12 22 oktyabr 2022-ci il tarixdə saat 17:00 – 18:00 saatlarında keçirilməsi nəzərdə tutulan X6 iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh X6 iştirak etməmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 28 dekabr 2013-cü il təvəllüdlü X7 və 01 iyul 2016-cı il təvəllüdlü X3 ataları Cavabdeh, anaları isə X5r. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2. maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh işləmir və sabit qazancı yoxdur. Eləcə də, təyin edilmiş aliment iddiaçı tərəfin mənafeyi və maraqlarına xələl gətirir. Belə olan halda iddiaçıya təyin edilmiş alimentin miqdarının dəyişdirilməli, uşaq üçün aliment sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Şəki rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(075)-527/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş, Cavabdeh hər ay qazancının və ya başqa gəlirinin 1/3 hissəsi miqdarında İddiaçı qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli və qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq 28 dekabr 2013-cü il təvəllüdlü X7 və 01 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3.-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 51.20 manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(075)-527/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş, Cavabdeh hər ay qazancının və ya başqa gəlirinin 1/3 hissəsi miqdarında İddiaçı qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin və qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq 28 dekabr 2013-cü il təvəllüdlü X7 və 01 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 51.20 manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar