Məhkəmə qərarları › İş №e-2(075)-2339/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2339/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2339/2024 27.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli BPM**********70 saylı istehlak kredit müqaviləsinə əsasən 18000 (on səkkiz min) manat əsas borc, 1720.61 (min yeddi yüz iyirmi manat altmış bir qəpik) manat faiz borcu olmaqla, cəmi 19720.61 (on doqquz min yeddi yüz iyirmi manat altmış bir qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 149.16 (bir yüz qırx doqquz manat, on altı qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx) qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə xx.xx.2024cü il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Şəki filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli BPM**********70 saylı istehlak kredit müqaviləsinə əsasən Cavabdeh 59 ay müddətinə illik 23.9 faiz olmaqla 18000 (on səkkiz min) manat məbləğində nağd kredit verilmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. İstehlak krediti müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh 6-2-22/2-31750/2024 nömrəli, xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Hazırda cavabdehin xx.xx.2024-cü il tarixli BPM**********70 saylı istehlak kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixinə 18000 manat əsas borc, 1720.61 manat faiz borcu olmaqla, cəmi 19,720.61 (on doqquz min yeddi yüz iyirmi manat altmış qəpik) manat məbləğində borcu mövcuddur. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 149.16 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı ödənilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BPM**********70 saylı kredit sazişindən görünür ki, Cavabdeh oğluna 59 ay müddətinə illik faiz dərəcəsi 23.9 faiz olmaqla 18000 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh oğlu götürdüyü 18000 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 59 ay müddətinə qaytarmalı olmuşdur. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh oğlunun "xxxx" ASC-yə 18000 (on səkkiz min) manat əsas borc, 1720.61 (min yeddi yüz iyirmi manat altmış bir qəpik) manat faiz borcu olmaqla, cəmi 19720.61 (on doqquz min yeddi yüz iyirmi manat altmış bir qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 149.16 (bir yüz qırx doqquz manat, on altı qəpik) manat dövlət rüsumu borcu vardır. xx.xx.2024-cü il tarixli "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən onlara xəbərdarlıq edilmiş və əks təqdirdə Bank borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmişdir. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək, verdiyi kreditin, ona hesablanmış faizlərin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı "xxxx" ASC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" ASC kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli BPM**********70 saylı istehlak kredit müqaviləsinə əsasən 18000 (on səkkiz min) manat əsas borc, 1720.61 (min yeddi yüz iyirmi manat altmış bir qəpik) manat faiz borcu olmaqla, cəmi 19720.61 (on doqquz min yeddi yüz iyirmi manat altmış bir qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 149.16 (bir yüz qırx doqquz manat, on altı qəpik) manat dövlət rüsumu və 0,4 (qırx) qəpik xidmət haqqı tutularaq Azərbaycan Beynəlxalq Bankı» ASC-nin xeyrinə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli BPM**********70 saylı istehlak kredit müqaviləsinə əsasən 18000 (on səkkiz min) manat əsas borc, 1720.61 (min yeddi yüz iyirmi manat altmış bir qəpik) manat faiz borcu olmaqla, cəmi 19720.61 (on doqquz min yeddi yüz iyirmi manat altmış bir qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 149.16 (bir yüz qırx doqquz manat, on altı qəpik) manat dövlət rüsumu və 0,4 (qırx) qəpik xidmət haqqı tutularaq Azərbaycan Beynəlxalq Bankı» ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar