Məhkəmə qərarları › İş №e-2(075)-2345/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2345/2024

29.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2345/2024 29.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixdə bağladığı 009A********** saylı kredit müqaviləsi üzrə 1655.29 manat məbləğində kredit bоrcu, 83.52 manat məbləğində faiz bоrcu və 18.64 manat məbləğində cərimə olmaqla, cəmi 1757.45 manat, xx.xx.2021-ci il tarixli, 009KK**********01 saylı kart kredit müqaviləsi üzrə isə 1188.15 manat məbləğində kredit bоrcu, 304.52 manat məbləğində faiz bоrcu və 1161.29 manat məbləğində cərimə olmaqla, cəmi 2653.96 manat, ümumilikdə cəmi 4411.41 (dörd min dörd yüz on bir manat qırx bir qəpik) manat məbləğində bоrcun və 64.11 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 009A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.625% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4500 (dörd min beş yüz) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 2844.71 manat ödəniş etmiş və оnun iddiaçıya 1655.29 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6- cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 107 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 18.64 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Bundan başqa, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 009KK**********01 saylı kart krediti müqaviləsi əsasında aylıq 2.0833 % faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə müqavilə ilə müəyyən olunmuş 1200 (bir min iki yüz) manat məbləğində kredit limiti açılmış və bank krediti emissiya edilmiş ödəniş kartı vasitəsilə verilmişdir. Kart krediti müqaviləsinin 1.3-cü bəndinə əsasən, Kredit alan kredit limitindən istifadə etdiyi təqdirdə, kredit borcunu və faizləri, olduğu halda cərimələri bu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində Banka ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən, faizlər hər bir kredit borcu yarandığı tarixdən başlayaraq müvafiq kredit borcunun Banka tam qaytarılması tarixinədək onun qalığı üçün hesablanır. Cavabdeh kart kredit müqaviləsinin 1.3-cü bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış və kredit müqaviləsi üzrə il tariхdən hazırki vaхtadək ödənilməsi planlaşdırılmış hər ay üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti banka ödəməkdən qəsdən yayınır. Cavabdeh götürdüyü kart kreditini qaytarmadığından 1188.15 manat əsas kredit borcu qalmışdır. O, kredit müqaviləsinin 2.3-cü bəndinə görə kreditdən istifadə üçün ödəməli olduğu faiz borcunu kreditora ödəməmiş və xx.xx.2024-cü il tarixə 644 gün üçün onun 304.52 manat məbləğində faiz borcu qalmışdır. Həmin müqavilənin 3.7-ci bəndinə görə kreditin gecikdirilməsi halında nəzərdə tutulmuş cərimə banka ödənilməlidir. xx.xx.2024-cü il tarixə 644 gün üçün hesablanmış 1161.29 manat cərimə təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixdə bağladığı 009A********** saylı kredit müqavilələrinə əsasən illik faiz dərcəsi 1.625 faiz olmaqla, 36 ay müddətinə, 4500 manat və xx.xx.2021-ci il tarixli, 009KK**********01 saylı kart krediti əsasında aylıq 2.0833 % faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 1200 manat məbləğində kredit verilmişdir. İddiaçı öz öhdəliyini yerinə yerinə yetirsə də cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə xx.xx.2022-ci il tarixdə bağladığı 009A********** saylı kredit müqaviləsi üzrə 1655.29 manat məbləğində kredit bоrcu, 83.52 manat məbləğində faiz bоrcu və 18.64 manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli, 009KK**********01 saylı kart kredit müqaviləsi üzrə isə 1188.15 manat məbləğində kredit bоrcu, 304.52 manat məbləğində faiz bоrcu və 1161.29 manat məbləğində cərimə borcu yaranmışdır. İddiaçı borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq göndərmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 462.1, 739.1, 739.2, 743.1, 746.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixdə bağladığı 009A********** saylı kredit müqaviləsi üzrə 1655.29 manat məbləğində kredit bоrcu, 83.52 manat məbləğində faiz bоrcu, xx.xx.2021-ci il tarixli, 009KK**********01 saylı kart kredit müqaviləsi üzrə isə 1188.15 manat məbləğində kredit bоrcu və 304.52 manat məbləğində faiz bоrcu tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2022-ci il tarixdə bağladığı 009A********** saylı kredit müqaviləsi üzrə cavabdehdən 18.64 manat məbləğində cərimə və xx.xx.2021-ci il tarixli, 009KK**********01 saylı kart kredit müqaviləsi üzrə isə 1161.29 manat məbləğində cərimə borcunun tutulması hissəsində iddianı qismən əsaslı hesab edir. Belə ki, iddiaçı "xxxx" QSC-nin cavabdehə qarşı hazırkı iddia xx.xx.2021-ci il tarixli müqavilə üzrə iddia tələbinin cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə bağladığı 009A********** saylı kredit müqaviləsi üzrə cavabdehdən 18.64 manat məbləğində cərimə və xx.xx.2021ci il tarixli, 009KK**********01 saylı kart kredit müqaviləsi üzrə isə 50 manat məbləğində cərimə borcunun tutulması məqsədə müvafiqdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 53 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdə bağladığı 009A********** saylı kredit müqaviləsi üzrə 1655.29 manat məbləğində kredit bоrcu, 83.52 manat məbləğində faiz bоrcu və 18.64 manat məbləğində cərimə olmaqla, cəmi 1757.45 manat, xx.xx.2021-ci il tarixli, 009KK**********01 saylı kart kredit müqaviləsi üzrə isə 1188.15 manat məbləğində kredit bоrcu, 304.52 manat məbləğində faiz bоrcu və 50 manat məbləğində cərimə olmaqla, cəmi 1542.67 manat, ümumilikdə cəmi 3300.12 (üç min üç yüz manat on iki qəpik qəpik) manat məbləğində bоrcun və ödənilmiş 53 (əlli üç) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar