Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2368/2023 14.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7977.5 manat məbləğində əsas borc, 1273.59 manat məbləğində faiz, 247.27 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9498.36 manat borcun və 116 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 48 ay müddətinə, illik 21.5% olmaqla 9000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Məhkəmə iclasinda İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddianı qəbul edir. İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank ona 48 ay müddətinə, illik 21.5% olmaqla 9000 manat məbləğində kredit vermişdir. 2022-ci ilin dekabr ayına kimi hər ay mütəmadi olaraq ödənişlər etmişdir. Sonradan maddi imkanı yaxşı olmadığından banka müraciət edərək, müqavilənin yenilənməsini, yəni yeni qrafikanın açılmasını xahiş etmiş, lakin bank bununla razılaşmamışdır. Daha sonra İddiaçı ASC-nin əməkdaşı onunla əlaqə saxlayaraq, nəzakətsiz davrandığından, o borcunu ödəməkdən yayınmışdır. Məhkəmədən qanuni qərar çıxarılmasını xahiş edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 may 2022-ci il tarixli, CC/03627/86/13 saylı kredit saizişindən görünür ki, Cavabdeh 48 ay müddətinə illik faiz dərəcəsi 21.5 faiz olmaqla 9000 (doqquz min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 9000 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 48 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan 08 oktyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 7977.50 manat əsas, 1273.59 manat faiz və 247.27 manat cərimə borcu vardır. İş materiallarında olan İnternet Vergi İdarəsinin portalından çıxarışdan görünür ki, İddiaçı ASC (VÖEN **********) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində hüquqi şəxs kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan 06 may 2022-ci il tarixli kassa mexaric orderindən görünür ki, Cavabdeh 9000 manat pulu qəbzə imza edərək İddiaçı ASC-dən götürmüşdür. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 may 2022-ci il tarixli, CC/03627/86/13 saylı kredit müqaviləsinə əsasən Cavabdeh kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 423, 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7977.50 (yeddi min doqquz yüz yetmiş yeddi manat əlli qəpik) manat əsas, 1273.59 (min iki yüz yetmiş üç manat əlli doqquz qəpik) manat faiz və 247.27 (iki yüz qırx yeddi manat iyirmi yeddi qəpik) manat borcu olmaqla, cəmi 9498.36 (doqquz min dörd yüz doxsan səkkiz manat otuz altı qəpik) manat borc və 116 (bir yüz on altı) manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7977.50 (yeddi min doqquz yüz yetmiş yeddi manat əlli qəpik) manat əsas, 1273.59 (min iki yüz yetmiş üç manat əlli doqquz qəpik) manat faiz və 247.27 (iki yüz qırx yeddi manat iyirmi yeddi qəpik) manat borcu olmaqla, cəmi 9498.36 (doqquz min dörd yüz doxsan səkkiz manat otuz altı qəpik) manat borc və 116 (bir yüz on altı) manat dövlət rüsumu tutularaq Bank of Baku» ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev.
Məhkəmə qərarları › İş №e-2(075)-2368/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2368/2023
14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver