Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-242/2025 09.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi Həmidov Məhəmməd Müşviq oğlunun Cavabdeh2 iştirakları ilə İddiaçı ləğv prosesində olan İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi, İddia tələbinin dəlilləri; İddiaçı ləğv prosesində olan «Aqrarkredit” QSC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dаir iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc 4986,65 (dörd min doqquz yüz səksən altı manat altmış beş qəpik) manat, faiz borcu 1537,35 (min beş yüz otuz yeddi manat otuz beş qəpik) manat, cəmi 6524 (altı min beş yüz iyirmi dörd manat) manat borc məbləğinin və ödənilmiş 85.24 (səksən beş manat iyirmi dörd qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına (bundan sonra – İddiaçı QSC) keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı Cavabdeh1 "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ da xx.xx.2017-ci il tarixli, S-FK-MİN-49 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC-yə ötürülmüşdür. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 06 noyabr 2014-cü il tarixli 1-xx.xx.2014 MİN57 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 istehlak məqsədi üçün 36 ay müddətinə illik 22 faizlə 6000 (altı min) manat kredit verilmişdir. Kredit borcunun təminatı kimi "xxxx" ASC ilə Cavabdeh2 arasında 06 noyabr 2014-cü il tarixli, 1-xx.xx.2014 MİN57 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit borcu müqaviləyə uyğun qaytarılmalı olduğu halda,Cavabdeh1 tərəfindən buna əməl olunmamışdır. Hazırda cavabdehin İddiaçı QSC-yə olan əsas borcu 4986,65 manat, faiz borcu 1537,35 manat, cəmi borcu 6524 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki onunla bağlanılmış zaminlik müqaviləsi 36 ay müddətə bağlanmışdır. xx.xx.2014-cü ildə bağlanmış müqavilədən 36 ay xx.xx.2017-ci il tarixdə bitmişdir. Müqavilədə qeyd olunmuşdur ki, zaminliklə təmin edilmiş öhdəliklərin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor tərəfindən zaminə qarşı iddia irəli sürülmədiyi üçün hazırkı iddia ərizəsi üzrə müqavilə üzrə tələb edilən borclar ondan tutulmamalıdır. Zaminliklə əlaqədar yönəlmiş iddia tələbi müəyyən olunmuş müddət keçdikdən sonra məhkəməyə müraciət olunması olunduğundan iddianın təmin olunmamasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları "xxxx" ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1-xx.xx.2014-MİN57 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 6000 (altı min) manat kredit verilmişdir. xx.xx.2014-cü il tarixli, 1-xx.xx.2014-MİN57 nömrəli kredit müqaviləsi üzrə ödəniş qrafikindən görünür ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş, ödənişlərin xx.xx.2014 – xx.xx.2017-ci il tarixləri arasında ödənilməsi müəyyən edilmişdir. "xxxx" ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1-xx.xx.2014-MİN57 nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə görə Cavabdeh2 Cavabdeh1 “Bank” qarşısında 1-xx.xx.2014-MİN57 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 İddiaçı QSC-nə xx.xx.2024-cü il tarixinə olan kreditin əsas və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 1xx.xx.2014-MİN57 nömrəli müqaviləyə əsasən xx.xx.2024-cü il tarixinə İddiaçı QSC-yə 4986,65 (dörd min doqquz yüz səksən altı manat altmış beş qəpik) manat əsas borc, 1537,35 (min beş yüz otuz yeddi manat otuz beş qəpik) manat faiz borcu olmaqla, cəmi 6524 (altı min beş yüz iyirmi dörd manat) manat borcu vardır. xx.xx.2024-cü il tarixli, 628 nömrəli xəbərdarlıqdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə borcun ödənilməməsi barədə məlumat verilmiş, borcun 10 (on) gün ərzində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2017-ci il tarixli S-FK-MİN-49 saylı təhvil-təslim Aktından görünür ki, "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına (bundan sonra – İddiaçı QSC) keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı Cavabdeh1 "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ da həmin akt əsasında İddiaçı QSC-yə ötürülmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4-cü maddəsinə əsasən zaminliyə, həmçinin zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-ci maddəsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarı Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini, cavabdehlərin izahatlarını, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına (bundan sonra – İddiaçı QSC) keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı Cavabdeh1 "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ da xx.xx.2017-ci il tarixli S-FK-MİN-49 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC-yə ötürülmüşdür. Həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. İddiaçı tərəfindən öz üzərinə götürdüyü öhdəlik vaxtında və lazımı qaydada icra edilmiş, lakin Cavabdeh1 isə öhdəliklərin icrasını həyata keçirməmişdir. Cavabdehin bu davranışı ilə müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh2 ilə bank arasında qanunvericinin tələb etdiyi formada zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 Cavabdeh1 bank qarşısında öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün birgə məsuliyyət götürmüşdür. «Azərbaycan Beynəlxalq Bankı” QSC ilə cavabdeh (zamin) Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1-xx.xx.2014-MİN57 nömrəli zaminlik müqaviləsinin 13.2-ci bəndində göstərilmişdir ki, bu müqaviləyə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini, faizləri, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzini, dəbbə pulunu və həmçinin borclunun öz vəzifələrini vaxtında və düzgün yerinə yetirilməməsi səbəblərindən yaranan sair ziyanlar kreditora ödənilənədək bu müqavilə qüvvədə olur. Müqavilədən görünür ki, xx.xx.2014-cü il tarixli 1-xx.xx.2014-MİN57 nömrəli kredit müqaviləsi üzrə kreditin qaytarılma vaxtının son müddəti xx.xx.2017-ci il tarixidir və həmin tarixdə kredit müqaviləsinin müddəti bitmişdir. Yəni, Cavabdeh2 zaminliyi ilə təmin olunmuş kredit müqaviləsinin və kreditin qaytarılmasının son müddəti xx.xx.2017-ci il tarixi olmuşdur. Lakin iddiaçı həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hazırkı iddia ərizəsini qeyd olunan müddət (bir illik müddət) keçdikdən xeyli sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələblərinə görə, kredit müqaviləsi üzrə zaminliklə təmin edilmiş öhdəliklərin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor tərəfindən zaminə qarşı iddia irəli sürülmədiyi üçün hazırkı iddia ərizəsi üzrə müqavilə üzrə tələb edilən borclar zamindən tutulmamalı, zamin qismində Cavabdeh2 qarşı zaminliklə əlaqədar yönəlmiş iddia tələbi həmin Məcəllənin 477-ci maddəsində müəyyən olunmuş müddət keçdikdən sonra məhkəməyə müraciət olunması ilə əlaqədar təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq və iş üzrə tədqiq edilən sübutlara qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehlərdən müştərək qaydada 4986,65 (dörd min doqquz yüz səksən altı manat altmış beş qəpik) manat əsas borc, 1537,35 (min beş yüz otuz yeddi manat otuz beş qəpik) manat faiz borcu olmaqla cəmi 6524 (altı min beş yüz iyirmi dörd manat) manat borc məbləği və ödənilmiş 85.24 (səksən beş manat iyirmi dörd qəpik) manat dövlət rüsumunun tutulmasına dair hissəsi qismən təmin edilməli, həmin məbləğlər bütün cavabdehlərdən deyil, yalnız Cavabdeh1 tutulmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən edilməli, Cavabdeh1 4986,65 (dörd min doqquz yüz səksən altı manat altmış beş qəpik) manat əsas borc, 1537,35 (min beş yüz otuz yeddi manat otuz beş qəpik) manat faiz borcu olmaqla, cəmi 6524 (altı min beş yüz iyirmi dörd manat) manat borc məbləği tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı QSC-nin xeyrinə tutulmalıdır Yuxarıda göstərilən qanunvericilik normasından da göründüyü kimi, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 85.24 (səksən beş manat iyirmi dörd qəpik) manat dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 85.24 (səksən beş manat iyirmi dörd qəpik) manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 4986,65 (dörd min doqquz yüz səksən altı manat altmış beş qəpik) manat əsas borc, 1537,35 (min beş yüz otuz yeddi manat otuz beş qəpik) manat faiz borcu olmaqla, cəmi 6524 (altı min beş yüz iyirmi dörd manat) manat borc məbləği və ödənilmiş 85.24 (səksən beş manat iyirmi dörd qəpik) manat dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-242/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-242/2025
09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver