Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2458/2024 10.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbinin dəlilləri : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli BPM**********67 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 3258.16 (üç min iki yüz əlli səkkiz manat on altı qəpik) manat əsas borc və 0.01 (bir) qəpik faiz borcu olmaqla cəmi 3258.17 (üç min iki yüz əlli səkkiz manat on yeddi qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 52.58 (əlli iki manat əlli səkkiz qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx) qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Şəki filialı ilə Məmmədova Niyar Şahid qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********67 saylı kredit müqaviləsinə əsasən Məmmədova Niyar Şahid qızına 46 ay müddətinə illik 22 faiz olmaqla 4800 (dörd min səkkiz yüz) manat məbləğində nağd kredit verilmişdir. X3 Şahid qızı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Şəki Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 1867 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Məmmədova Niyar Şahid qızının adına vərəsəlik işi qanun üzrə vərəsəsi olan Cavabdeh tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizəsi əsasında açılmışdır. Bankın “Şəki” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, Məmmədova Niyar Şahid qızının xx.xx.2022-ci il tarixli BPM**********67 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 3258.16 (üç min iki yüz əlli səkkiz manat on altı qəpik) manat əsas borc və 0.01 (bir) qəpik faiz borcu olmaqla cəmi 3258.17 (üç min iki yüz əlli səkkiz manat on yeddi qəpik) manat məbləğində borcu qalmışdır Cavabdeh, mərhum Məmmədova Niyar Şahid qızından qalmış mirası qəbul etməsinə baxmayaraqona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvələki məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, anası mərhum Məmmədova Niyar Şahid qızı vəfat etdikdən sonra, miras qalmış əmlakı o, qəbul etmişdir. Borcu birdəfəlik ödəməyə imkanı çatmır. Hissə hissə hər ay 100 manat olamqla ödəməyə söz verir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Məmmədova Niyar Şahid qızı arasında bağlanmış BPM**********67 nömrəli, 16 avqust 2022-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən cavabdehə 46 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 4800 (dörd min səkkiz yüz) manat məbləğində kredit verilmişdir məbləğində nağd kredit verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ödəniş cədvəlindən görünür ki, Məmmədova Niyar Şahid qızı götürdüyü 4800 (dörd min səkkiz yüz) manat məbləğində kredit borcunu ona hesablanmış faizləri ilə birlikdə 46 ay müddətinə qaytarmalı olmuşdur. Şəki Regional ASAN Xidmət mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 389 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Məmmədova Niyar Şahid qızı xx.xx.2023-cü il tarixdə ölmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mərhum X1 vərəsəsi Cavabdeh göndərdiyi ünvanlanmış bildirişdən görünür ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən onlara xəbərdarlıq edilmiş və əks təqdirdə bank borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin maliyyə arayışından görünür ki, Məmmədova Niyar Şahid qızının 16 avqust 2022-ci il tarixli kredit müqaviləsi üzrə 3258.16 (üç min iki yüz əlli səkkiz manat on altı qəpik) manat əsas borc və 0.01 (bir) qəpik faiz borcu olmaqla cəmi 3258.17 (üç min iki yüz əlli səkkiz manat on yeddi qəpik) manat məbləğində kredit borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı məktubdan görünür ki, X1 vərsəsi Cavabdehdur. Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən Şəki rayon məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, Cavabdeh adına avtonəqliyyat vasitələri qeydə alınmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2024-cü il tarixli 3-21- 3-39/2-4879/2024 nömrəli məktubdan görünür ki, Məmmədova Niyar Şahid qızının adına Şəki şəhəri 125-ci kvartalda 0.06 ha həyətyanı torpaq sahəsi xx.xx.2013-cü il tarixdə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daşınmaz əmlakın dövlət reyestrindən olan çıxarışdan görünür ki, Şəki şəhəri 125-ci kvartalda yerləşən **********57 reyestr nömrəli 0.06 ha torpaq sahəsi Məmmədova Niyar Şahid qızının mülkiyyətindədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, iddiaçının nümayəndəsi və cavabdehin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mərhum Məmmədova Niyar Şahid qızı arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 46 ay müddətinə illik 22 faiz olmaqla 4800 (dörd min səkkiz yüz) manat məbləğində nağd kredit verilmişdir. Lakin, Məmmədova Niyar Şahid qızı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Məmmədova Niyar Şahid qızı xx.xx.2023-cü il tarixdə ölmüşdür. Məmmədova Niyar Şahid qızı öldükdən sonra onun oğlu Cavabdeh miras qoyanın qanun üzrə vərəsəsi kimi ondan miras qalmış əmlakı – Şəki şəhəri 125-ci kvartalda yerləşən 0.06 ha torpaq sahəsini rəsmi olaraq qəbul etməsə də vərəsəlik qaydasında faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdeh mərhum Məmmədova Niyar Şahid qızının ölümündən sonra ondan qalmış miras əmlakı - Şəki şəhəri 125-ci kvartalda yerləşən 0.06 ha torpaq sahəsi miras qoyanın qanun üzrə vərəsə kimi qəbul etdiklərindən, həmin əmlakın dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən yüksək olması mübahisə doğurmadığından, iddiaçı mərhum Məmmədova Niyar Şahid qızının kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi – Cavabdeh tələb etməkdə haqlıdır. Odur ki, ümumilikdə xx.xx.2022-ci il tarixli BPM**********67 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 3258.16 (üç min iki yüz əlli səkkiz manat on altı qəpik) manat əsas borc və 0.01 (bir) qəpik faiz borcu olmaqla cəmi 3258.17 (üç min iki yüz əlli səkkiz manat on yeddi qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 52.58 (əlli iki manat əlli səkkiz qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx) qəpik xidmət haqqı məbləğində kredit borcu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 52.58 (əlli iki manat əlli səkkiz qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli BPM**********67 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 3258.16 (üç min iki yüz əlli səkkiz manat on altı qəpik) manat əsas borc və 0.01 (bir) qəpik faiz borcu olmaqla cəmi 3258.17 (üç min iki yüz əlli səkkiz manat on yeddi qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 52.58 (əlli iki manat əlli səkkiz qəpik) manat dövlət rüsumu və 0,4 (qırx) qəpik xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-2458/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2458/2024
10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver