Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-246/2024 26.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı xxxxnın nümayəndəsi X3, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı xxxxnın Cavabdeh qarşı “kreditin, ona hesablanamış faiz borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı xxxx iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli **********99914 №-li kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı "xxxx" Bank ASC qarşısında xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 1324,96 (bir min üç yüz iyirmi dörd ABŞ dolları doxsan altı sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 933,05 (doqquz yüz otuz üç ABŞ dolları beş sent) ABŞ dolları məbləğində penya, cəmi 2258,01 (iki min iki yüz əlli səkkiz ABŞ dolları bir sent) ABŞ dolları məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə 59 (əlli doqquz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********99914 nömrəli kredit müqaviləsinə (bundan sonra «kredit müqaviləsi» adlandirilacaq) müvafiq olaraq iddiaçı tərəfindən borc alana 48 (qırx səkkiz) ay müddətinə, illik 19 % (on doqquz faiz) ödəməsişərtilə 25400 (iyirmi beş min dörd yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borcalan Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh və cavabdeh X2 arasında sonuncuya məxsus Şəki şəhəri, Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı 4 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********99914/1 №-li İpoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC "xxxx" Bankı (bundan sonra – «Bank» adlandırılacaq) Kredit müqaviləsi üzrə tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarma haqqında iddia tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2020-ci il tarixli 2(075)- 4/2020 №-li qətnaməsi (bundan sonra “qətnamə” adlandırılacaq) ilə bankın iddiası qismən təmin edilmişdir. Belə ki, qətnamə ilə xx.xx.2014-cü il tarixli **********99914/1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında X1 məxsus olan Şəki şəhəri, Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 hatorpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı 4 nömrəli fərdi yaşayış evinə tutma yönəldilərək, həmin əmlakın ilkin satiş qiyməti 70000 (yetmiş min) manat müəyyən edilməklə açıq hərracda satılması və əmlakın satışından əldə edilimiş vəsait hesabına xx.xx.2014-cü il tarixli **********99914 №-li Kredit müqaviləsi üzrə borcalan Cavabdeh iddiaçı qarşısında 14000,17 (on dörd min ABŞ dolları on yeddi sent) ABŞ dolları məbləğində əsas borcun, xx.xx.2018-ci il tarixinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanmış 10442,6 (on min dörd yüz qırx iki ABŞ dolları altmış sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 100 (bir yüz) ABŞ dolları cərimə faizləri olmaqla, cəmi 24542,17 (iyirmi dörd min beş yüz qırx iki ABŞ dolları on yeddi sent) ABŞ dolları məbləğində borcun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən ASC "xxxx" Bankının xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan bank apellyasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsindən Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(075)-4/2020 №-li qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(107)- 261/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsininxx.xx.2020-ci il tarixli 2(075)-4/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışıdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Şəki İcra və Probasiya Şöbəsinə göndərilmiş və iş icra mərhələsində olarkən Cavabdeh tərəfindən həyata keçirilən ödənişlər hesabına qətnamə üzrə borc məbləği tam şəkildə ödənilmişdir. Lakin Cavabdeh kredit üzrə əsas borcun ödənilməsini gecikdirdiyinə görə Banka Kredit müqaviləsinin 6.2-cibəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə penya ödəməlidir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (Qətnamənin qəbul olunduğu tarix) bu məbləğ 933,05 (doqquz yüz otuz üç ABŞ dolları beş sent) ABŞ dolları təşkil edir. Yuxarıda göstərilənlərdən başqa qeyd etmək istəyirik ki, kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarıldığından Bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. Qeyd olunana əsasən Bank xx.xx.2020-ci il tarixdən əsas borcun ödənildiyi xx.xx.2023-cü il tarixə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini (illik 5%) əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra xx.xx.2020-ci il tarixdən əsas borcun ödənildiyi xx.xx.2023-ci il tarixədək olan dövr üçün müvafiq məbləğ 1324,96 (bir min üç yüz iyirmi dörd ABŞ dolları 96 sent) ABŞ dolları təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozduğuna görə onunla bir neçə dəfə əlaqə saxlanılmasına və borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2023-cü il tarixli Xəbərdarlıq məktubunun təqdim edilməsinə baxmayaraq, onun tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada iddiadan imtina barəsində qərar çıxarılması barədə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı "xxxx" ASC tərəfindən ona qarşı iddia tələbi ilə Şəki rayon məhkəməsinə müraciət edilərək xx.xx.2014cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmaqla 1324,96 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək kredit üzrə ödənilməsi gecişdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 933,05 ABŞ dolları peniya, cəmi 2258,01 ABŞ dolları məbləğində pul vəsaitinin ondan tutularaq banka ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf sözü gedən kredit müqailəsi üzrə borc məbləğinin tələbinə dair iddia müddətini keçirmişdir. Belə ki; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-ci maddəsinin 2-ci bəndinə əsasən Müqavilə tələbləri üzrə, eyni zamanda 3-cü bəndinə əsasən Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir. Tərəflər arasındakı bağlanmış kredit müqaviləsi xx.xx.2014-cü il tarixində bağlanmış və qüvvədə olma müddəti 48 ay nəzərdə tutulmuşdur. Müqavilə üzrə tərəfindən öhdəliklərinə tam yerinə yetirmədiyi üçün bank tərəfindən məhkəməyə müraciət edilmiş və müvafiq qətnamə ilə borc məbləğinin tutulması qət edilmişdir. Hal-hazırki tələb ilə iddiaçı tərəf yenidən məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək kredit üzrə ödənilməsi gecişdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 933,05 ABŞ dolları peniya məbləğinin tutulmasını tələb etmişdir. İddiaçı tərəf əgər belə bir peniya məbləği hesablamışdırsa (yəni həmin məbləği düzgün hesablayıb-hesablamadığını da müəyyən etmək mümkün deyil), onun hesablanma tarixindən üç il müddətinə məhkəməyə müraciət etməli idi. Yəni iddiaçı bu iş üzrə xx.xx.2023-cü ilə kimi iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. İş materiallarında olan sadələşmiş icraat qaydasında verilmiş iddia ərizəsinin imzalanma tarixindən göründüyü kimi ərizə xx.xx.2023-cü il tarixində asan imza ilə imzalanmışdır. Yəni iddiaçı bu tələb üzrə iddia müddətini ötürmüşdür. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi "köhnəlmiş" tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasina xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 2001-ci il 27 dekabr tarixli Qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçı tərəf iddia müddətini keçirmişdir. Məcəllənin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda yazılanları, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373, 375 maddələrinin tələblərini nəzərə alaraq, iddiaçı "xxxx" ASC tərəfindən mənə qarşı qaldırılmış iddia tələbi üzrə iddiadan imtina barəsində qərar çıxarılmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək göstərmişdir ki, o, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********99914 saylı kredit müqaviləsinə əsasən ona 25 400 (iyirmi beş min dörd yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. O, banka olan borcunu qəbul etmir. Götürdüyü kredit məbləğini tam olaraq ödəmişdir. Əldən çıxmış faydanın (zərər) əvəzini ödəmək barədə razılaşmır. Həmçinin bildirir ki, xx.xx.2014-cü il tarixində bağlanmış və qüvvədə olma müddəti 48 ay nəzərdə tutulmuşdur. Müqavilə üzrə tərəfindən öhdəliklərinə tam yerinə yetirmədiyi üçün bank tərəfindən məhkəməyə müraciət edilmiş və müvafiq qətnamə ilə borc məbləğinin tutulması qət edilmişdir. Hal-hazırki tələb ilə iddiaçı tərəf yenidən məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək kredit üzrə ödənilməsi gecişdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 933,05 ABŞ dolları peniya məbləğinin tutulmasını tələb etmişdir. İddiaçı tərəf əgər belə bir peniya məbləği hesablamışdırsa (yəni həmin məbləği düzgün hesablayıb-hesablamadığını da müəyyən etmək mümkün deyil), onun hesablanma tarixindən üç il müddətinə məhkəməyə müraciət etməli idi. Yəni iddiaçı bu iş üzrə xx.xx.2023-cü ilə kimi iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. İş materiallarında olan sadələşmiş icraat qaydasında verilmiş iddia ərizəsinin imzalanma tarixindən göründüyü kimi ərizə xx.xx.2023-cü il tarixində asan imza ilə imzalanmışdır. Yəni iddiaçı bu tələb üzrə iddia müddətini ötürmüşdür. Məhkəmədən borcun hissə-hissə ödənilməsinə köməklik edilməsini və faiz borcunun silinməsini xahiş edir. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2014-cü il tarixli, **********99914 saylı kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsi əsasında "xxxx" Bank ASC tərəfindən Cavabdeh illik faiz dərəcəsi 19 % olmaqla 48 ay müddətinə 25400 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 25400 ABŞ dolları krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 48 ay müddətinə qaytarmalı olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1745 nömrəli rəyindən görünür ki, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzlərindən, hesabdan çıxarış məlumatları nəzərə alınmaqla, xx.xx.2014-cü il tarixli, **********99914 saylı kredit müqaviləsi üzrə illik 5% hesablanmaqla Cavabdeh xx.xx.2020-ci il tarixdən (sualda göstərilən tarix) xx.xx.2023-cü il tarixədək (sualda göstərilən tarix) banka olan əldən çıxmış fayda borcu 1.322,54 ABŞ dolları məbləğində müəyyən edilir. xx.xx.2023-cü il tarixli "xxxx" Bank ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən ona xəbərdarlıq edilmiş və əks təqdirdə bank borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci və 373.3-cü maddələrinin tələblərinə görə müqavilə tələbləri üzrə, həmçinin vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmişdir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq, məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7 ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi ndan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3,399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə,kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi; Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********99914 nömrəli kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 48 (qırx səkkiz) ay müddətinə, illik 19 % (on doqquz faiz) ödəməsişərtilə 25400 (iyirmi beş min dörd yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borcalan Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh və cavabdeh X2 arasında sonuncuya məxsus Şəki şəhəri, Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı 4 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********99914/1 №-li İpoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC "xxxx" Bankı (bundan sonra – «Bank» adlandırılacaq) Kredit müqaviləsi üzrə tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarma haqqında iddia tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2020-ci il tarixli 2(075)- 4/2020 №-li qətnaməsi ilə bankın iddiası qismən təmin edilmişdir. Qətnamə ilə xx.xx.2014-cü il tarixli **********99914/1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında X1 məxsus olan Şəki şəhəri, Mikayıl Cəbrayılov küçəsində yerləşən 0.05 hatorpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 150,5 kv.m ümumi, 50,6 kv.m yaşayış, 99,9 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı 4 nömrəli fərdi yaşayış evinə tutma yönəldilərək, həmin əmlakın ilkin satiş qiyməti 70000 (yetmiş min) manat müəyyən edilməklə açıq hərracda satılması və əmlakın satışından əldə edilimiş vəsait hesabına xx.xx.2014-cü il tarixli **********99914 №-li Kredit müqaviləsi üzrə borcalan Cavabdeh iddiaçı qarşısında 14000,17 (on dörd min ABŞ dolları on yeddi sent) ABŞ dolları məbləğində əsas borcun, xx.xx.2018-ci il tarixinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanmış 10442,6 (on min dörd yüz qırx iki ABŞ dolları altmış sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 100 (bir yüz) ABŞ dolları cərimə faizləri olmaqla, cəmi 24542,17 (iyirmi dörd min beş yüz qırx iki ABŞ dolları on yeddi sent) ABŞ dolları məbləğində borcun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən ASC "xxxx" Bankının xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan bank apellyasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsindən Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(075)-4/2020 №-li qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(107)-261/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsininxx.xx.2020-ci il tarixli 2(075)-4/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı cavabdehə qarşı bu məzmunda olan tələblərinə məhkəmələr tərəfindən baxılmış və qət olunan borc məbləği xx.xx.2023-cü il tarixdə banka ödənilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(075)-4/2020 saylı qətnaməsində tutulması qət edilmiş xx.xx.2014-cü il tarixli **********99914 saylı kredit müqaviləsi üzrə borc məbləğləri ipoteka predmetinin boşaldılması və satışınadək, yəni 30 may 2023-cü il tarixdə Cavabdeh tərəfindən iddiaçı bankın hesabına ödənilmişdir. İddiaçı bankın hazırkı iddia ərizəsində tələb etdiyi məbləğlər isə cavabdeh tərəfindən borc məbləğinin ödənişindən sonrakı, yəni tələbi icra etdiyi vaxtdan sonrakı deyil, tələbin icra edildiyi dövrədək olan müddəti əhatə edir. Bu baxımdan iddia tələbinin xx.xx.2020-ci il tarixdən 30 may 2023-cü il tarixinə qədər illik 5% dərəcəsi ilə hesablanmış zərər (əldən çıxmış fayda) hissəsində iddia tələbi ilə razılaşan məhkəmə qeyd edir ki, iddiaçı həmin dövr üçün də cavabdehdən məhz illik 5 faiz dərəcəsi ilə hesablanmış məbləği tələb etməkdə haqlıdır. Məhkəmə bankın kreditdən istifadəyə görə xx.xx.2020-ci il tarixədək illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 933,05 (doqquz yüz otuz üç ABŞ dolları beş sent) ABŞ dolları məbləğində penya üzrə borcunu tələb etməkdə haqlı olmasına dair dəlilini əsaslı hesab etmir və iddianın xx.xx.2014-cü il tarixli **********99914/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixədək tarixinədək illik 15% dərəcəsi ilə hesablanmış və ödənilməmiş 933,05 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləğinin Cavabdeh tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin həmin hissəsi əsassızdır. Məhkəmə qeyd edir ki, kreditorun borcluya bildiriş göndərərək bütün borcun qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Bundan başqa hazırki iddiada bankın kredit müqaviləsinin bitdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək adi faiz üzrə hesablanmış 933,05 ABŞ dolları tələbi ilə bağlı daha əvvəl cavabdehə borcun tam qaytarılması haqqında bildirişin göndərilməsi və ya qeyd olunan iddianın qaldırılması müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edilməsi sayıldığı üçün həmin tarixdən sonra artıq qüvvədə olmayan müqavilədəki (adi) faizin hesablanması və tələb edilməsi yolverilməzdir. Məhkəmə, cavabdehin iddiaçının məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürməsi ilə bağı arqumenti ilə razılaşmayaraq qeyd edir ki, tərəflər arasında xx.xx.2014cü il tarixli **********99914/1 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə öhdəliklər Cavabdeh tərəfindən 30 may 2023-cü il tarixdə tam olaraq icra olunmuşdur. Bundan sonra iddiaçı Açıq Səhimdar Cəmiyyəti "xxxx" Bankı 5 ay sonra yəni xx.xx.2023-cü ildə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etməklə bağlı müddət ötürülməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2. və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Eyni zamanda aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul tərəflərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab–büdcə təsnifatının kodu - 142595, büdcə səviyyəsinin kodu - 3, SAP (XİİS) hesabı–adı Dövlət əzinədarlığı Agentliyi, kod-210005, VÖEN-**********, müxbir hesabına AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CTRE********************) ödənilməlidir Beləliklə, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2014-cü il tarixli **********99914 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında xx.xx.2020ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 1322,54 (bir min üç yüz iyirmi iki ABŞ dolları əlli dörd sent) ABŞ dolları və 42.52 (qırx iki manat əlli iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nə verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli **********99914 №-li Kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 1322,54 (bir min üç yüz iyirmi iki ABŞ dolları əlli dörd sent) ABŞ dolları və 42.52 (qırx iki manat əlli iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Açıq Səhimdar Cəmiyyəti "xxxx" Bankına verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı xxxxndan və Cavabdeh müştərək qaydada 05 avqust 2024-cü il tarixli №3-16- 16/2-9/1745/2024 nömrəli ekspert rəyinə əsasən 200 manat (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab–büdcə təsnifatının kodu-142595,büdcə səviyyəsinin kodu-3,SAP (XİİS) hesabı–adı Dövlət xəzinədarlığı Agentliyi, kod-210005, VÖEN-**********, müxbir hesab - AZ 41NAB Z********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN- **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-246/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-246/2024
26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver