Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2460/2024 05.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1680.75 (bir min altı yüz səksən manat yetmiş beş qəpik) manat məbləğində nəğd pulun və 36.81 (otuz altı manat səksən bir qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2021-ci ilin oktyabr ayında həmkəndlisi, qonşusu və çox yaxşı tanıdığı Cavabdeh payızlıq arpa səpini zamanı yüksək məhsuldarlıq əldə etmək məqsədilə 5000 (beş min) kq Rusiya Federasiyası istehsalı olan nitroamofos gübrəsini tez zamanda ödəmək şərtilə nisyə (borc) olaraq vermişdi. Həmin gübrənin dəyərinin bir hissəsini ödəməsinə baxmayaraq hal-hazıradək cavabdeh ona 1680.75 (min altı yüz səksən manat yetmiş beş qəpik) manat gübrə pulu borcu qalmışdır. Dəfələrlə xahiş etməyinə baxmayaraq Cavabdeh qeyd olunan 1680.75 (min altı yüz səksən manat yetmiş beş qəpik) manat məbləği qaytarmamış və buna görə də o hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, 2021-ci ilin sentyabr ayında Cavabdeh gübrə vermişdir. Gübrənin verilməsini o, oğluna demişdir. Oğlu, yəni X3 ona 8500 kq gübrə vermişdir. Bundan sonra cavabdeh ona gübrənin pulunu ayrı-ayrı vaxtlarda hissə-hissə olaraq qaytarmış, lakin sonradan gübrənin qiyməti qalxdığından, artım üzrə qalıq borcu qalmışdır. Gübrənin satılması ilə bağlı oğlu Nurad Səfərli arasında "xxxx" MMC-nin mallarının satılması üçün əmək müqaviləsi bağlanmışdır. Lakin gübrənin satılmasını faktiki olaraq o, həyata keçirir. Cavabdeh da, gübrəni onun deməsi ilə oğlu vermişdir. Həmin şirkət isə hazırda pulu 2021-ci ilə uyğun qiymətlərlə deyil, yeni qiymətlərlə tələb etdiyindən qalıq borcu 1680.75 (bir min altı yüz səksən manat yetmiş beş qəpik) manatı qarşı tərəfdən tələb edir. Odur ki, bütün bunları nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, ümumilikdə 8500 kq gübrə alınmış, həmin gübrənin 3500 kiloqramını özü, 5000 kiloqramını isə əmisi Mayıs almışdır. O gübrənin pulunu ödədiyini bu səbəbdən də iddia ilə razılaşmayaraq iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İşin halları İş materiallarında olan xx.xx.2021-ci il tarixli AGR 21/24 nömrəli əmək müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işəgötürəni direktor X2 ilə işçi X3 arasında əmək müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci bəndində əsasən X3 "xxxx" MMC-nin Şəki şəhəri, satış nöqtəsinə satıcı olaraq işə qəbul edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmənin mövqeyi; Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan, iddiaçının məhkəmə iclasında verdiyi izahat və iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə işçi X3 arasında olan əmək müqaviləsindən müəyyən olunur ki, Nurad Səfərli "xxxx" MMC-nin Şəki şəhəri, satış nöqtəsinə satıcı olaraq işə qəbul edilmişdir. Belə olan halda "xxxx" MMC-yə məxsus olan gübrənin satılımasından sonra hazırki tələb üzrə gübrənin satılması ilə bağlı iddianı İddiaçı deyil "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsinə əsasən X3 tələb edə bilər. İddiaçının isə cavabdehə qarşı verilmiş gübrənin pulun geri tələb edilməsi üçün subyektiv hüququ yoxdur. Bundan başqa iddia ərizəsinin məzmunundan, tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan, müəyyən olunur ki, Cavabdeh təsərrüfat fəaliyyəti ilə məşğul olmuşdur. O, iddiaçıdan nisyə gübrə istəmiş, iddiaçı da oğlu X1 cavabdehə nisyə gübrə verməsini demiş bundan sonra da onlar arasında nisyə alqı-satqı münasibətləri başlamışdır. Beləki, cavabdeh 2021-ci ildə bir kiloqramının qiyməti 0.81 (səksən bir) qəpik olmaqla 8500 kq nitroamofos gübrəsini almışdır. Aldıqdan sonra cavabdeh ayrı-ayrı vaxtlarda aldığı gübrənin borcunu hissə hissə müxtəlif vaxtlarda qaytarmışdır. Lakin iddiaçı məhkəmə iclasında bildirmişdir ki, gübrəni 2021-ci ildə cavabdehə verən zaman qiymətlər fərqli idi. Hal-hazırda da oğlunun gübrə alıb cavabdehə verdiyi şirkət də pulu yeni qiymətlərlə istədiyindən qalan borcu yeni qiymətlərlə tələb edir. Lakin cavabdeh iddianı qəbul etməyərək borcu ödədiyini bildirir. İddiaçı həmin vaxtı verdiyi nisyə məhsulun qalıq borc dəyərinin sonradan artdığını və pulu artımla istədiyini bildirsə də, məhkəmə hesab edir ki, qanunvericiliyə əsasən bu tələb əsassızdır. Belə ki, əşyaların nisyə satışı, satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirildiyindən, nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Göründüyü kimi tərəflər arasında əlavə qayda nəzərdə tutulmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, hazırki iddia üzrə tələb rədd edildiyindən ödənilmiş 36.81 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-2460/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2460/2024
05.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver