Məhkəmə qərarları › İş №e-2(075)-2484/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2484/2023

11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2484/2023 11.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbi barədə işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada əsas borc 856,62 manat, faiz borcu 2,38 manat olmaqla, cəmi borc 859 (səkkiz yüz əlli doqquz) manat borc məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının İdarə Heyətinin 06 avqust 2020-ci il tarixli 86 saylı Qərarının icrası ilə əlaqədar İddiaçı QSC-nin Şəki filialı ilə Cavabdeh2 arasında 26 noyabr 2020-ci il tarixli 064 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 1161,72 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 5 il müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Restrukturizasiya Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin Şəki filialı ilə Cavabdeh1 və Cavabdeh3 arasında 26 noyabr 2020-ci il tarixli 1-064 saylı və 2-064 saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh2 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da cavabdeh Rzayeva X1 müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh2 İddiaçı QSC-yə olan əsas borcu 856,62 manat, faiz borcu 2,38 manat olmaqla, cəmi borc 859 manat məbləğində təşkil edir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh2 və onun zaminləri Cavabdeh1 və Cavabdeh3 dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Cavabdeh2 onunla bağlanmış Restrukturizasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğu üçün 859 manat məbləğində borc cavabdehlər tərəfindən ödənilməlidir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. - 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı QSC BOKT (Kreditor) ilə Cavabdeh2 (Borclu) arasında imzalanmış xx.xx.2020-ci il tarixli RDA-064 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiyası müqaviləsi”nin 2.1-ci bəndinə əsasən Tərəflər Borclunun İddiaçı QSC BOKT-un Şəki filialı ilə bağlanmış xx.xx.2013-cü il tarixli, 178KYKİL-106BBQ saylı Kredit müqaviləsinə əsasən aldığı kredit üzrə bu müqavilənin bağlandığı tarixə ödənilməmiş qalan 1161,72 manat vaxtı keçmiş əsas, 335,51 manat faiz, cəmi 1497,23 manat kredit borcunun qalığını təsdiq edirlər. - Həmin müqavilənin 2.2-ci bəndinə əsasən Kreditor Borclunun bu Müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi üzrə ödənilməmiş qalan 1161,72 manat vaxtı keçmiş əsas kredit borcunun Tərəflər arasında bu Müqavilə imzalandığı tarixdən 5 (beş) il müddətinədək uzadılmasını, həmçinin sözügedən kredit üzrə Borcluya hesablanmış faizlər üzrə ödənilməmiş 335,51 manat faiz borcunun silinməsini təmin edir, Borclu isə müvafiq qaydada təminat təqdim etməklə 1161,72 manat əsas borcunu və bundan sonra ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq Kreditora ödənilməsini öz öhdəsinə götürür. - Həmin müqavilənin 2.3-cü bəndinə əsasən restrukturizasiya olunan kredit borcuna hesablanan faiz dərəcəsi illik 1% olmaqla, ödəniş cədvəlinə uyğun olaraq Borclu tərəfindən hər ay ödənilir. Borc gecikdirildiyi halda isə, gecikdirilmiş məbləğə faizlər illik 2 %-lə hesablanır. - Həmin müqavilənin 2.6-cı bəndinə əsasən bu Müqavilə üzrə kredit ödənişləri Tərəflər arasında razılaşdırılmış ödəniş cədvəlinə əsasən Borclu tərəfindən icra olunmadıqda, Kreditor Borcluya qabaqcadan xəbərdarlıq etməklə bu Müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun ödənilməsini Borcludan tələb etmək hüququna malikdir. - Həmin müqavilənin 5.4-cü bəndinə sasən bu Müqavilənin qüvvədə olduğu müddətdə Tərəflər yarana biləcək mübahisələrin həllinə qarşılıqlı müzakirə yolu ilə nail olmağa çalışacaqlar. Razılığa gələ bilmədikdə mübahisənin məhkəmə qaydasında həlli hüququndan istifadə ediləcəkdir. - xx.xx.2020-ci il tarixli RDA-064 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiyası müqaviləsi”nə Əlavə ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə borc məbləğinin ödənişi xx.xx.2020-ci il tarixdə başlayır və sonuncu ödəniş tarixi xx.xx.2025-ci il müəyyən edilmişdir. - "xxxx" QSC BOKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli Z-1 (RDA-064) saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 26 noyabr 2020-ci il tarixli, RDA-064 saylı Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya müqaviləsi əsasında Borclunun Kredit Təşkilatına ödənilməli olan 1161,72 manat borcu ilə əlaqədar olaraq Borclunun Kredit Təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borclu ilə birlikdə Kredit Təşkilatı qarşısında həmin borcların ödənilməsinə məsuliyyət daşımağı öz öhdəsinə götürür. - "xxxx" QSC BOKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli Z-2 (RDA-064) saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 26 noyabr 2020-ci il tarixli, RDA-064 saylı Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya müqaviləsi əsasında Borclunun Kredit Təşkilatına ödənilməli olan 1161,72 manat borcu ilə əlaqədar olaraq Borclunun Kredit Təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borclu ilə birlikdə Kredit Təşkilatı qarşısında həmin borcların ödənilməsinə məsuliyyət daşımağı öz öhdəsinə götürür. - Cavabdeh2 restrukturizasiya olunmuş kredit borcunun xx.xx.2023-cü il tarixə olan vəziyyəti barədə məlumatdan görünür ki, RDA-064 saylı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 856,62 manat əsas borc, 2,37 manat faiz borcu ödənilməmiş qalmışdır. - İddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2021-ci il tarixli 925, 924 və 929 saylı bildirişlərdən görünür ki, iddiaçı əsas borclu və zaminlərdən 1144,85 manat əsas borcun və ona hesablanmış faizlərin 15 gün müddətində ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyini bildirmişdir. - xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli restruktruzasiya və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya restruktruzasiya və zaminlik müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə işin hallarını, sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların qeyd olunan müqavilələr üzrə iddiaçıya 856,62 manat əsas borc, 2,38 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən 856,62 manat əsas borc, 2,38 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Materiallardan da göründüyü kimi iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 856,62 manat əsas borc, 2,38 manat faiz borcu olmaqla, cəmi 859 (səkkiz yüz əlli doqquz) manat borc məbləği və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar